Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


FİNLANDİYA Finlandiya Birinci dünya müharibəsinin sonu və müharibədən sonrakı ilk illərdə



Yüklə 0,59 Mb.
səhifə87/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   156
avropa amerka tarıxı

FİNLANDİYA

Finlandiya Birinci dünya müharibəsinin sonu və müharibədən sonrakı ilk illərdə


1809-1917-ci illər ərzində böyük knyazlıq kimi Rusiya tərkibində olmuş Finlandiya olduqca geniş muxtariyyətdən istifadə edirdi. Onun öz maliyyə sistemi, kömrük sərhədi, seymi, senatı (yerli hökuməti) var idi. Dövlət dili İsveç və fin dilləri idi. Onun vətəndaşları Finlandiya təbəəliyinə malik idi- lər. Birinci dünya müharibəsi illərində Finlandiyada hərbi və- ziyyət elan edilsə də, fin əhalisi müharibədə iştirak etmirdi. Lakin onlar xəlvəti Almaniyaya kömək edirdilər.

Çoxlu hərbi sifarişlər alan ölkənin sənayesi sürətlə inkişaf edir, burjuaziyaya çoxlu qazanc gətirirdi.

Fin sosial-demokrat başçılarının tərəddüdü və sazişçi siyasəti onların nüfuzdan düşməsinə və 1917-ci ilin oktyabrın 1-2-də keçirilmiş seym seçkilərində məğlubiyyətə uğramasına səbəb oldu. 1917-ci il noyabrın 27-də təşkil edilmiş Svinxuvud hökuməti Finlandiyanın Rusiyadan dərhal ayrılmasını tələb etdi və seymin Rusiyanın tərkibində qalmaq haqqındakı 1917-ci il

18 iyul qərarını ləğv etdi. 1917-ci il dekabrın 31-də Sovet hökumətinin başçısı V.İ.Lenin Svinxuvudun başçılıq etdiyi fin nümayəndə heyətini qəbul etdi və elə həmin gün də XKS-nin Finlandiya Respublikasına istiqlaliyyət verilməsi haqqında qərarını ona təqdim etdi. Hökumət 1918-ci il yanvarın 12-də sosial-demokrat fraksiyasının müqavimətinə baxmayaraq, seymə şüskorların açıq fəaliyyət göstərmələrinə icazə verən və Qızıl Qvardiyanın buraxılmasını nəzərdə tutan diktatorluq vəkalətləri verilməsi haqqında qanun qəbul etdirdi. 1918-ci il yanvarın 16-da Svinxuvud keçmiş çar generalı Qustav Man- nerheymi ordunun baş komandanı təyin etdi.

1918-ci il yanvarın 22-də sosial-demokrat partiyası Şura- sının iclasında ali inqilabi orqan – Finlandiya fəhlələrinin icraiyyə komitəsi seçildi. Yanvarın 28-də Helsinqforsda fəhlə

sinfi inqilaba başladı. Paytaxt tutuldu və Xalq Müvəkkilləri Şurası yaradıldı. Ali dövlət orqanı 35 nəfərdən ibarət olan Baş Sovet idi. Finlandiyanın cənubunda yeni hökumət quruldu. Ağ hökumət ölkənin bütün qızıl ehtiyatını götürərək ölkənin şimalına qaçdı. Svinxuvud gizlicə Estoniyaya, oradan da Al- maniyaya getdi. Ağ fin hökuməti Almaniya ilə ayrılıqda sülh bağladı və sonra inqilab əleyhinə hərbi yardım almaq haqqında onunla saziş imzaladı.

Finlandiya fəhlə respublikası cəmi 3 ay, 1918-ci il yan- varın axırından mayın əvvəlinə qədər yaşadı. 1918-ci il martın sonu – aprelin əvvəllərində Finlandiyanın cənubuna-Qızıl Qvardiyanın arxasına fon der Holtsun komandanlığı altında alman qoşunlarının böyük desant qrupları çıxarıldı. Şimaldan isə fin inqilabi qoşunlarının mərkəz cəbhəsini yararaq Monnerheym ordusu irəlilədi. Qızıl Qvardiya məğlubiyyətə uğradı.

Qalib gəlmiş ağ hökumətin ilk tədbiri 1918-ci il mayın 15-də Sovet Rusiyası ilə diplomatik münasibətləri kəsməsi oldu.

1918-ci il avqustun 29-da Moskvada fin inqilabçı müha- cirlərinin qurultayında Fin KP yaradıldı.

Finlandiyada alman imperializmi ilə sıx bağlı olan rejim yaradıldı. 1918-ci il avqustun 15-də Finlandiyada monarxiya qurulduğu elan edildi. Oktyabrın 9-da isə alman şahzadəsi Hessenski-Karl-Fridrix «Finlandiya və Kareliyanın kralı» oldu. Müharibədə Almaniya məğlub edildikdən sonra, 1918-ci il dekabrın 12-də Antantanın əlaltısı Mannerheym Finlandiyanın naibi təyin edildi. Alman ekspedisiya korpusu Finlandiyanı tərk etdi.

1919-cu ildə vətəndaş müharibəsindən sonra seymə ilk seçkilər keçirildi. 5 partiya: koalisiya, İsveç xalq partiyası, aqrar, tərəqqipərvər və sosial-demokrat partiyası bu seçkilərdə iştirak etdi. Seym respublika idarə formasını qəbul etdi, monar-

xiya haqqındakı qanunu ləğv etdi. 1919-cu ilin iyulunda liberal burjuaziyanın nümayəndəsi K.Stolberq (tərəqqipərvər partiyası) Finlandiyanın prezidenti seçildi.

Fin hakim dairələri Kareliya, Kola yarımadası və Lenin- qrad hesabına Finlandiyanın ərazisini genişləndirmək istəyir- dilər. Yalnız 1920-ci il oktyabrın 14-də Fin hökuməti Rusiya ilə Yuryev-Tartu sülhünü bağladı. Bu sülhə görə Barents dənizinə çıxış yolu ilə birlikdə Peçeneq (Petsamo) vilayəti Finlandiyaya verilirdi. 1922-ci il iyulun 1-də Finlandiya ilə Rusiya arasında sərhəd sazişi imzalandı.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin