Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Danimarka dünya iqtisadi böhranı illərində



Yüklə 0,59 Mb.
səhifə95/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   156
avropa amerka tarıxı

Danimarka dünya iqtisadi böhranı illərində


Dünya iqtisadi böhranı Danimarkanı yalnız 1931-ci ilin sonunda-İngiltərə qızıl paritetindən əl çəkəndən sonra bürüdü. Maldarlıq məhsullarının 80-90%-ni İngiltərəyə ixrac edən Danimarkaya qiymətlərin aşağı düşməsi və xarici ticarət balan- sının pozulması çox pis təsir göstərdi. Böhranın təsiri altında hökumət riqsdağı buraxdı. 1932-ci ilin noyabrında növbədən-

kənar keçirilən seçkilərdə Venstre partiyası məğlub oldu. Böhran gəmi inşaatı, toxuculuq, sement və sənaye məhsulları istehsalının azalmasına və işsizlərin sayının 200 minə çatma- sına səbəb oldu. Hökumət şəraiti bir qədər yumşaltmaq üçün tətilləri və lokautları qadağan etmək haqqında müvəqqəti qanun verdi və müştərək müqavilələrin müddətini bir il uzatdı. 1933- cü ilin yanvarında Venstre, Sosial-demokrat və Radikallar partiyası arasında getən gizli danışıqlar nəticəsində gələcək daxili siyasi xətt haqqında saziş bağlandı ki, buna «Kansler- qradda saziş» (Stauninqin mənzili yerləşdiyi və danışıqlar aparılmış küçənin adıdır) adı verildi. Bu saziş İkinci dünya müharibəsinə qədər Danimarkanın bütün iqtisadi və sosial- siyasətinin əsası oldu. Böhran və böhrandan sonrakı dövrdə Stauninq hökuməti büdcə xərclərinin və idxal mallarının istehlakının ciddi surətdə məhdudlaşdırılması siyasəti yeridirdi. Nəticədə, 30-cu illərin ortaları üçün, sənaye malları ixracının dəyəri ölkəyə gətirilən sənaye xammalının dəyəri ilə tədricən tarazlaşdı, sonra isə onu ötüb keçdi.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin