Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Norveç İkinci dünya müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə92/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   156
avropa amerka tarıxı

Norveç İkinci dünya müharibəsi ərəfəsində

L.Movingelin başçılıq etdiyi «venstre» hökuməti 1933- 1935-ci illərdə Norveçdə hakimiyyətdə oldu.

1933-cü ildə NFP-nin proqramında dəyişiklik edilərək orada “mütəşəkkil kapitalizm və korporativ sistem tətbiq edilməsi müddəaları” öz əksini tapdı.

1935-ci ilin yazında Norveç böhrandan çıxdı və 1935-ci ilin martında Q.Nyuqorsvollun başçılığı altında NFP hökuməti təşkil edildi. Bu dövrdə faşistlərin fəaliyyəti canlandı. Kvislinq 1933-cü ildə «Namunal Samlinq» faşist partiyasını yaratdı.

1937-ci ildə Norveç yeni böhranla üzləşdi. 1939-cu ilin yayında stortinq konstitusiyada belə bir dəyişiklik etdi ki, seçkilər 3 yox, 4 ildən bir keçirilsin.

1931-ci ildə Oslo qrupu yaradıldı. Belçika, Niderland və Şimali Avropa dövlətləri ilə birlikdə Norveç də bu qrupun üzvü idi. 1936-cı il iyulun 1-də onlar təcavüzkar dövlətlərə qarşı iqtisadi qadağalar tətbiqinə qarşı çıxdılar. Onlar bununla yüksək iqtisadi konyukturadan istifadə etmək niyyətində idilər.

1937-1938-ci ildə Danimarka, Norveç və İsveç arasında Skandinaviya müdafiə ittifaqı yaradıldı. 1938-ci ildə xarici siyasətdə Norveç bitərəf mövqe tuturdu.

İkinci dunya müharibəsində Almaniya tərəfindən işğal edilən ilk ölkələrdən biri də Norveç oldu.



1931-1932-ci ildə Norveç Danimarkaya məxsus olan Şərqi Qrenlandiyanı işğal etdi. Lakin tezliklə də tutduğu ərazidən geri çəkilməli oldu.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin