NIDERLAND Niderland Birinci dünya müharibəsindən sonrakı ilk illərdə (1918-1923-cü illər)
Birinci dünya müharibəsi başlanarkən Niderland öz bitə- rəfliyini elan etsə də, müharibə edən tərəflərə xammal, ərzaq, sənaye malları, silah və digər material satmaq hesabına xeyli varlandı. İnhisarların sayı çoxaldı. İstər «Royyal-Datç Şell» ingilis-holland neft tresti kimi beynəlxalq xarakter daşıyan, is- tərsə də Filipsin elektrik konserni və digər ölkə daxilində fəa- liyyət göstərən başqa inhisar birliklərinin rolu xeyli artdı.
Müharibə zəhmətkeşlərin vəziyyətinə çox pis təsir gös- tərdi. Yeyinti məhsullarının qiymətləri artdı. 1918-ci ildə ərzaq kartoçkaları tətbiq edildi. İşsizlərin sayı xeyli çoxaldı. Bütün bunlar hakim dairələri məcbur etdi ki, 1917-ci ildə kişilər üçün ümumi seçki hüququ haqqında qanun verilməsinə razı olsunlar. Niderlandın siyasi həyatında XIX əsrin sonundan başla- yaraq xalq içərisində kilsənin geniş yayılmış nüfuzundan hakim siniflərin mənafeləri üçün istifadə edən burjua-klerikal (istər kapitalist və istərsə katolik) partiyaları əsas rol oynayırdılar. Bu partiyalar parlamentdə tam əksəriyyətə malik idilər. Bütün bunlara baxmayaraq, 1918-ci ilin iyulunda aşağı palataya keçi- rilmiş seçkilərdə Sosial-demokrat fəhlə partiyası əvvəlki seçkilərdən fərqli olaraq daha çox mandat aldı. Ancaq yenə də
katolik partiyası hökumətdə əsas yer tuturdu.
1918-ci ildə ölkədəki inqilabi hərəkatın təsiri altında ka- tolik partiyasının rəhbərləri bir sıra ictimai islahatlar keçirmək üçün proqram tərtib etməyə məcbur oldular. Onlar 8 saatlıq iş gününü tətbiq etməyi, müştərək müqavilələrin açıq bağlanma- sına icazə verməyi, pensiyaları artırmağı və s. vəd etdilər. 1919-cu ilin aprelində ölkədə inqilabi hərəkatın təsiri altında Niderland Kommunist Partiyası yaradıldı. 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində 8 saatlıq iş günü tətbiq edildi. 1919- cu ilin iyulunda verilmiş qanuna görə 45 saatlıq iş həftəsi təyin
edildi. Aşağı palataya seçilmək hüququ qadınlara da şamil edildi. Qocalar və əlillər üçün pensiyalar artırıldı, pensiya alan şəxslər üçün yaş həddi azaldıldı. «Gent ictimai sığorta sistemi» adlanan sistem (həmkarlar ittifaqları üzvlərinin işsizlikdən sı- ğorta edilməsində dövlətin iştirakı və s.) tətbiq edildi.
1920-ci ilin sentyabrından başlayaraq Niderland iqtisa- diyyatı böhran dövrünə qədəm qoydu. İstehsal azaldı, xarici ti- carət xeyli ixtisar edildi. İşsizlərin sayı artdı. Tətillər başlandı. 1922-ci ilin iyulun 3-də iş həftəsinin uzadılması haqqında par- lament tərəfindən qəbul edilmiş qanun qüvvəyə mindi. Beləlik- lə də fəhlələrin 1919-cu ildə qazandıqları nailiyyətlər əlindən alındı.
1922-ci ilin iyulunda mühafizəkar qüvvələrin güclənməsi şəraitində keçirilmiş parlament seçkilərində klerikal partiyalar xeyli çoxluq qazanaraq qələbə əldə etdilər. Yeni hökumət ictimai sığorta xərclərini, dövlət qulluqçularının əmək haqqını və s. olduqca azaltdı. 1922-1923-cü illərin tətilləri nəticəsində fəhlələr tələblərinin bir hissəsini hökumətə qəbul etdirə bildilər.
Dostları ilə paylaş: |