Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Belçika dünya iqtisadi böhranı illəri və İkinci dünya müharibəsi ərəfəsində



Yüklə 0,59 Mb.
səhifə99/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   156
avropa amerka tarıxı

Belçika dünya iqtisadi böhranı illəri və İkinci dünya müharibəsi ərəfəsində


1929-cu ilin sonunda baş verən dünya iqtisadi böhranı Belçikaya 1930-cu ildə öz təsirini göstərdi. İstehsal 1932-ci ildə 1929-cu il səviyyəsinin yalnız 37%-ni təşkil edirdi. 1932-ci ilin sonunda ölkədə 400 min tam və qismən işsiz var idi. Böhran illərində tətil hərəkatı gücləndi.

Hakimiyyət başında duran Katolik ittifaqı ilə liberallar partiyası blokundan ibarət hökumətlər fövqəladə mürtəce dek- retlər vermək, vergiləri artırmaq, sosial xərcləri azaltmaq yolu ilə böhrandan çıxmağa çalışırdılar.

Faşist qrupları Belçikada iki əsas etnik qrupun (vallan və flamand) mövcud olmasından öz talançı təşviqatları üçün isti- fadə etməyə cəhd göstərirdilər. Lakin fəhlələr onları dəf edir- dilər. Bununla belə fəhlə partiyasının sağ başçıları hökumətin bütün tədbirlərini müdafiə edirdilər. 1934-cü ildə onlar kral Albertin dəfni və Leopoldun taxta çıxması mərasimi zamanı monarxist kampaniyada iştirak etdilər. Fəhlə partiyasının təşkilatlarında sağ rəhbərliyin siyasətindən narazılıq artırdı. Belə şəraitdə hakim dairələr 1935-ci ildə Fəhlə partiyasından Vandervalde, de-Man, Spaakın daxil olduqları Ban-Zeyelandın başçılığı altında «milli ittifaq» hökuməti yaratmağı qət etdilər. Beynəlxalq aləmdə SSRİ-nin rolunun artması yeni hökuməti 1935-ci ilin iyulunda SSRİ ilə diplomatik əlaqələr yaratmağa məcbur etdi. Hökumətin yeni maliyyə tədbirləri və davam edən kapitalist səmərələşdirilməsi ölkədə işsizliyin daha da artmasına səbəb oldu.

1936-cı il parlament seçkilərində Katolik ittifaqı və Li- berallar partiyasının tərəfdarlarının bir hissəsi öz səslərini inhisarçı kapitalın ən mürtəce qrupları, həmçinin alman nasistləri ilə sıx əlaqədə olan faşistlərə verdilər.

Lakin 1936-cı ilin oktyabrında fəhlələr faşistlərin çevriliş cəhdinin qarşısnı aldılar. 1939-cu ildə keçirilmiş seçkilərdə isə faşist qrupları məğlubiyətə uğradılar. Yenə də hakim dairələr

«azad əllər» siyasətinə keçdiklərini söyləyərək, hitlerçilərə güzəştə getməklə alman faşizminin təcavüzkarlıq siyasətinə kömək edirdilər.

İkinci dünya müharibəsi ərəfəsində ölkənin iqtisadi və- ziyyəti yenə də gərgin olaraq qalırdı. 1938-ci ilin sonunda iş- sizlərin sayı 400 mindən çox idi.

Avropada silahlanma Belçikanın iqtisadiyyatına getdikcə daha çox təsir göstərirdi. Hərbi məqsədlər üçün lazım olan malların, xüsusilə kömürün istehsalı və ixracı artmışdı. Anter- verpen limanının yük dövriyyəsi xeyli çoxalmışdı. Konqoda hasil edilən strateji xammal ticarətin genişlənməsində mühüm rol oynadı. Belçikanın xaricə uzun müddətə qoyduğu kapitalın miqdarı 1953 milyon dollar idi. Bu dövrdə Belçikanın təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da tanınan «Sosyete- Jeneral», «Solvey», «Bank de Brüssel» və başqaları kimi nüfuzlu inhisarları var idi.

İkinci dünya müharibəsi zamanı Belçika da alman işğalına məruz qalan ölkələrdən biri oldu.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin