Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


PORTUQALİYA Birinci dünya müharibəsindən sonra ölkədə iqtisadi və siyasi vəziyyət



Yüklə 0,59 Mb.
səhifə107/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   156
avropa amerka tarıxı

PORTUQALİYA




Birinci dünya müharibəsindən sonra ölkədə iqtisadi və siyasi vəziyyət

1910-cu il burjua inqilabından sonra Portuqaliya burjua parlament respublikası oldu. O, geridə qalmış kapitalist ölkəsi idi. İngiltərədən xeyli dərəcədə asılılıq var idi. Ölkə bununla belə Anqola, Mozambik və s. kimi iri müstəmləkələrə malik imperiya idi. Onun müstəmləkələrinin ərazisi öz ərazisindən təxminən 23 dəfə böyük idi. Ölkədə feodal qalıqları yaşamaqda idi. Əhalinin 60%-i kənddə yaşayırdı. Cənubda iri latu- findiyalar, şimalda isə xırda torpaq sahibliyi üstün idi. Kənd təsərrüfatında icarədarlıq geniş yayılmışdı. Sənaye yarımkustar səciyyə daşıyırdı. Dəmiryolu və kommunal nəqliyyatı əsasən ingilislərin əlində idi. Fəhlə sinfinin sıralarında 250 min adam var idi.

Ölkədə siyasi hakimiyyət mülkədarların və burjuaziyanın mənafeyini müdafiə edən Respublikaçılar partiyasının əlində idi. Fəhlə hərəkatında reformist və anarxist əhval-ruhiyyə güclü idi. 1875-ci ildən ölkədə zəif nüfuza malik olan Sosialist partiyası da fəaliyyət göstərirdi. 1910-cu ildə yaradılmış Milli fəhlə ittifaqı 1919-cu ildə Ümumi Əmək Konfederasiyası kimi təşkil edildi.

1916-cı ildə İngiltərənin təzyiqi ilə Portuqaliya Antan- tanın tərəfində birinci dünya müharibəsinə daxil oldu. Versal sülhünə əsasən Portuqaliyaya keçmiş alman müstəmləkələ- rindən ancaq Şərqi Afrikadakı üçbucaq Kionqosu verildi.

1917-ci ilin dekabrın 11-də keçirilən prezident seçkilə- rində Sidoniy Paiş qalib gəldi. Rejimdən narazılıq 1918-ci ilin sonunda hökumətlə fəhlə təşkilatları arasında baş verən güclü toqquşmada özünü göstərdi. Ölkədə baş verən tətillər Paişin diktaturasının 1918-ci ilin dekabrın 14-də süqutuna səbəb oldu.

1919-1921-ci illərdə Portuqaliyanı ümumi tətillər bürüdü. Bu monarxistlərin qiyam yolu ilə 1919-cu ilin qışında ha- kimiyyətə gəlmək cəhdlərinin qarşısını aldı.

1921-ci ilin martında Portuqaliya kommunist partiyası təşkil edildi. 1923-cü ildə iqtisadi böhranla əlaqədar ölkədə yenidən ümumxalq hərəkatı gücləndi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin