Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


CƏNUBİ AVROPA DÖVLƏTLƏRİ YUNANISTAN



Yüklə 0,59 Mb.
səhifə103/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   156
avropa amerka tarıxı

CƏNUBİ AVROPA DÖVLƏTLƏRİ YUNANISTAN

Yunanıstan Birinci dünya müharibəsindən sonrakı ilk illərdə


Yunanıstan Birinci dünya müharibəsinə qədər geridə qalmış aqrar ölkə idi. Fəaliyyət göstərə bilən əhalinin əsas küt- ləsi (təqribən 70%) kənd təsərrüfatı ilə məşğul idi. Yunanıs- tanın iqtisadi cəhətdən geriliyinin səbəbi ölkədə müasir fabrik- sənayesinin yoxluğunda idi Yunanıstanın xalq təsərrüfatının xarakterik xüsusiyyəti onun xarici kapitaldan asılı olması idi. İngiltərə, Fransa, sonra isə ABŞ kapitalı ölkədə ağalıq edirdi.

Ölkənin ən böyük siyasi partiyaları – liberal, xalq və respublika ittifaqı partiyaları idi ki, onlar da çox vaxt böyük dövlətlərin yedəyində gedirdilər.

1917-ci ilin yayında Yunanıstan Antanta tərəfində birinci dünya müharibəsinə qoşuldu. Yunanıstanın hakim dairə- ləri böyük Ellin dövləti yaratmaq planını həyata keçirmək istəyirdilər, lakin buna nail olmadılar.

Yunanıstan da antisovet müdaxilədə iştirak etdi.

Venizelosun başçılıq etdiyi hökumət Paris sülh konfransında iştirak etdi və Yunanıstan bütün Frakiyanı, İzmiri götürdü. İzmirin işğalı 1919-cu ilin mayında yunan-türk mü- haribəsinin başlanmasına səbəb oldu. 1918-ci ildə Yunan Ümumi Əmək Konfederasiyası və Yunanıstan fəhlə sosialist partiyası təşkil olundu. 1920-ci ildə kral Aleksandr öldu. Parlament seçkilərində Venizelosun başçılıq etdiyi hökumət iflasa uğradı. Monarxiyaçı xalq partiyası qalib gəldi. Konstan- tin yunan taxtına qaytarıldı.

1923-cü il iyulun 24-də Türkiyə ilə Lozzannada sülh müqaviləsi imzalandı. Sevr müqaviləsinə əsasən Yunanıstana verilmiş Şərqi Frakiya və Türkiyənin Kiçik Asiyadakı əraziləri Türkiyəyə qaytarıldı.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin