Yunanıstan kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı dövründə
Kapitalizmin qismən sabitləşməsi dövründə Yunanıs- tanda sənaye istehsalı və sənaye müəssisələri tikintisi artdı. 500-ə qədər sənaye müəssisəsi və elektrik stansiyası tikildi.
Yunanıstanda 1924-1926-cı illərdə natamam da olsa, aqrar islahatı keçirildi.
Ölkədə respublika qurulduqdan sonra daxili və beynəl- xalq vəziyyətin pisləşməsindən polkovnik Panqalos istifadə etdi. O, Afina qarizonuna arxalanaraq 1925-ci ilin iyununda dövlət çevrilişi etdi və hakimiyyəti öz əlinə aldı. Parlament və nazirlikləri ləğv etdi. Onun Fransa ilə yaxınlığı İngiltərə və İta- liyanın xoşuna gəlmədi. 1926-cı ilin avqustunda Panqalos dev- rildi. Ölkədə burjua partiyalarının nümayəndələrindən ibarət
1927-ci ili iyununda qəbul edilmiş konstitusiyaya görə qanunverici hökumət iki palatadan ibarət Parlamentə məxsus idi. 1926-1928-ci ildə Yunanıstanın maliyyə vəziyyəti xarici borclar hesabına yaxşılaşdı. Yunanıstanın İtaliya ilə müna- sibətləri yaxşılaşdı. Böyük Britaniyanın hərbi-dəniz nü- mayəndələri Afinaya qayıtdı. 1929-cu ilin iyununda SSRİ ilə ticarət və dənizçilik haqqında müqavilə bağlandı.
1929-cu ilin avqustunda Milli Məclisə keçirilən seçki- lərdə sağ burjua partiyaları əksəriyyət qazandılar. Venizelosun başçılığı ilə hökumət təşkil olundu.
1929-cu ildə başlanan iqtisadi böhran Yunanıstanın iqtisadiyyatına ağır təsir göstərdi. 1931-1932-ci illərdə 1929-cu illə müqayisədə metallurgiyada 30%, ağac emalı sənayesində 20%, kimya sənayesində 15%, spirtli içkilər sənayesində 35% istehsal azaldı. Tütün istehsalı 68 min tondan 24 min tona endi. Böhran kənd təsərrüfatına daha ağır təsir etdi. Ölkədə aclıq başlandı. İş günü 10 saatdan 14 saata qaldırıldı. İşsizlərin sayı 200 mini ötüb keçdi.
1932-ci ildə keirilmiş seçkilərdə Saldarisin başçılıq etdiyi xalq (monarxist) partiyası qalib gəldi. Yeni hökumətə Saldaris başçılıq etdi.
Yunanıstan ancaq 1934-cü ildə iqtisadi böhrandan çıxmağa başladı.
Dostları ilə paylaş: |