Niderland dünya iqtisadi böhranı illərində və İkinci dünya müharibəsi ərəfəsində
Dünya iqtisadi böhranı 1930-cu ildə ölkənin bütün iqtisa- diyyatını bürüdü və 1932-1933-cü illərdə daha kəskin şəkil aldı. Ölkə iqtisadiyyatının vasitəçilik xarakteri daşıyan ticarət, nəqliyyat və müstəmləkə xammal emalı ilə əlaqədar olan əsas sahələri daha çox böhran keçirirdi. Ölkənin və onun müstəm- ləkələrinin xarici ticarəti yarıdan çox azalmışdı. 1933-cü ildə işsizlərin sayı yarım milyona çatırdı. İşsizlər hərəkatı geniş- lənirdi. Koleynin başçılıq etdiyi «milli birlik» hökuməti bu hərəkatı yatırmaq üçün polis, zirehli avtomobilləri və topları işə salmışdı.
Niderlandın iqtisadiyyatı 1933-cü ilin sonunda tədricən böhran vəziyyətindən çıxmağa başladı. 1938-ci ildə xaricdə və müstəmləkələrdə qoyulmuş Niderland kapitalının ümumi məbləği 4 milyard 818 milyon dollar idi. Xaricə kapital qoyu- luşuna görə Niderland kapitalı ingilis və amerikan kapitalından sonra üçüncü yeri tuturdu. Buna baxmayaraq, ölkənin iqtisadi vəziyyəti heç də möhkəm deyildi. Əgər 1937-ci ilin iyulunda sənaye istehsalı 1929-cu il səviyyəsini ötüb keçmişdisə, həmin ilin sonunda yenə də aşağı düşdü. 1938-ci ildə işsizlərin sayı 439 minə çatırdı.
İşsizlərin narazılığından böhran illərində meydana çıxmış müxtəlif faşist təşkilatları istifadə etmək istədilər. Bu təşki- latlardan ən fəalı Hitler Almaniyası irlə sıx surətdə bağlı olan və Niderlandda pozuculuq fəaliyyəti gxöstərən Mussertin «Na- sional-sosialist hərəkatı» idi. O, ölkədə faşizm qurmaq və Niderlandı Almaniyaya qatmaq məqsədini güdürdü. 1935-ci il parlament seçkilərində faşistlər 8% səs aldılar. Fəhlələrin çoxu yenə də sosial-demokratların ardınca gedirdi. 1937-ci il seç- kilərində bütün seçicilərin 22%-i səslərini sosial-demokratlara vermişdi.
İkinci dünya müharibəsi ərəfəsində hakim dairələr faşist təşkilatları ilə mübarizə aparmırdılar. Xarici siyasətdə onlar bitərəflik elan edərək ölkəni müdafiəyə hazırlamır, Hitler Al- maniyası və militarist Yaponiyasının təcavüzkarlığını sakitliklə qəbul edirdilər.
Bu siyasət isə Niderlandın da Almaniya tərəfindən İkinci dünya müharibəsində işğalına gətirib çıxartdı.
Dostları ilə paylaş: |