BELÇİKA
Belçika Birinci dünya müharibəsindən sonrakı ilk illərdə
Birinci dünya müharibəsi zamanı Belçikanın Almaniya tərəfindən işğalı onu ağır vəziyyətə saldı. Müharibədə 40 min- dən çox insan həlak oldu, ərzaq mallarının qıtlığı kəskin surətdə özünü göstərdi, bahalıq artdı, yüz minlərlə adam işdən və yaşayış vasitələrindən məhrum oldu.
Müharibə qurtardıqdan sonra Belçika imperialistləri sü- rətlə öz mövqelərini bərpa etməyə başladılar. Versal müqavi- ləsinə görə Eypen və Malmedi dairələri Belçikaya birləşdirildi, Ekvator Afrikasındakı Ruanda-Urundi ərazisi üzərində ona tam mandat verildi. Belçika təzminat hüququ aldı, fransız və ingilis qoşunları ilə birlikdə Belçika qoşunları Reyn zonasının işğalın- da iştirak etdilər. 1920-ci ildən Almaniya əleyhinə yönəldilmiş birgə hərəkat haqqında Fransa, 1921-ci ildə ilə kömrük ittifaqı və vahid valyuta haqqında Lüksemburq, 1922-ci ildə isə təminatlar haqqında İngiltərə ilə saziş bağladı.
Müharibədən sonra Belçika inhisarları sənayeni nəinki bərpa etdilər, hətta onu yenidən qurdular. İşsizlik xeyli azaldı, fəhlə sinfinin vəziyyəti yaxşılaşdı. Kütlələrin tələbi ilə 1919- 1921-ci illərdə seçicilərin sayı xeyli artırıldı, mənzil tikintisi proqramı qəbul edildi, müharibə əlillərinə və qocalara pensiya təyin edildi. Burjua partiyaları olan liberal və katolik partiyaları siyasi həyatda həlledici rol oynamalarına baxmayaraq 1919-cu il parlament seçkilərində xeyli mandat itirdilər. Fəhlə partiyasının əldə etdiyi mandatların sayı çoxaldı.
1920-ci ilin payızında Belçikada böhran başladı, isteh- salın səviyyəsi aşağı düşdü. 1921-1923-cü illərdə baş vermiş tə- tillər hökuməti məcbur etdi ki, 1921-ci ildə tətillər və həmkarlar ittifaqları əleyhinə müstəsna qanunları ləğv etsin, 8 saatlıq iş günü təyin etsin. 1921-ci ilin sentyabrında Belçika Kommunist Partiyası yaradıldı. Kütlələr içərisində nüfuzlarını itirməkdən
qorxan sağ sosialistlər 1921-ci ilin oktyabrında hökumətin tərkibindən çıxdılar. Fəhlə partiyası başçılarının, xüsusilə E.Vanderveldenin opportunist siyasəti partiyanın bir qədər nüfuzdan düşməsinə səbəb oldu.
1921-1922-ci illərdə ölkənin başlıca burjua partiyası ka- tolik ittifaq partiyası idi. Bu da katolik dininin bu ölkədə güclü nüfuza malik olmasından irəli gəlirdi.
Müharibədən sonrakı ilk illərdə Belçika inhisarları Yu- qoslaviya, Rumıniya, Polşa, habelə Asiya və Afrikanın bir sıra ölkələrinin iqtisadiyyatında ciddi mövqelər tutmuşdu.
Dostları ilə paylaş: |