Finlandiya dünya iqtisadi böhranı və İkinci dünya müharibəsi ərəfəsində
1928-ci ilin sonunda Finlandiyada başlanmış iqtisadi böh- randan faşist hərəkatının «fin» formasını ölkədə yaymaq üçün istifadə edildi. İşsizlərin sayı 95 mindən 126 min nəfərə qədər artdı. Bu vaxt mürtəce qüvvələr Finlandiyanın şimal-qərbindəki Lapua mahalının, yəni 1929-cu il noyabrın ortasında yerli şüskorların tərəqqipərvər fəhlə gənclərin iclasına basqın et- dikləri və iclas iştirakçılarına ağır divan tutduqları yerin adı ilə adlanmış lapuas faşist təşkilatını yaratdılar. 1930-cu il iyulun 1- də hökumət seymə fövqəladə qanunlar layihəsini təqdim etdi. Bu qanunları müdafiə etmək məqsədi ilə 1930-cu il iyulun 7-də lapuasçılar, bütün Finlandiyada Lapuas hərəkatının 12 min fəal iştirakçısı Helsinki üzərinə «yürüş» təşkil etdi. Bundan bir az əvvəl xaricdə mühacirətdə olmuş Svinxuvud ölkəyə çağrıldı və ona sağ burjua partiyaları nümayəndələrindəni yeni kabinet təşkil etmək tapşırıldı.
Seymə edilən təzyiq əks təzyiqə səbəb oldu. Laupas hərəkatının getdikcə azğınlaşmasından qorxan liberal-burjua deputatların bir hissəsi fövqəladə qanunlara səs verməkdən imtina etdi və bu qanunlar üçüncü oxunuşda lazım olan əksəriyyəti qazana bilmədi. Belə olduqda prezident Relander
1930-cu il iyulun 15-də seymi buraxaraq, 1930-cu il oktyabrın 1-nə yeni seçkilər təyin etdi.
Terror şəraitində keçirilmiş və koalisiya partiyasına böyük uğur gətirmiş (28 əvəzinə 42 mandat) yeni seçkilərin nəticə- sində irtica öz mövqelərini möhkəmləndirdi. Seym bütün föv- qəladə qanunları qəbul etdi. Lapuasçılar açıq faşist çevrilişinə cəhd etməyə başladılar. Azğın antisovet təbliğatı başlandı. Lakin, Sovet İttifaqı orqanlarını təqsirləndirmək məqsədi ilə keçmiş prezident K.Stolberqi öldürüb, onun meyitini SSRİ əra- zisinə atmaq cəhdi baş tutmadı. 1931-ci il yanvarının 15-16- sında cəmi iki səs çoxluğu ilə Svinxuvud prezident seçildi. 1931-ci il martın 21-də isə Sunilanın mötədil burjua hökuməti təşkil edildi.
Lapuasçıların öz hərəkatlarına geniş kəndli kütlələrindən yardım almaq ümidi boşa çıxdı. Xırda kəndlilər nəinki sağ partiyaları, habelə aqrarilər partiyasını da tərk edərək siyasi radikal «Xırda torpaq sahibləri» ittifaqını yaratdılar.
Lapuasçıların nüfuzunun gündən-günə aşağı düşdüyünü hiss edən onların başçıları hərbi-faşist çevrilişini sürətləndir- mək üçün cəhd göstərdilər. 1932-ci ilin fevralında paytaxtın yaxınlığındakı Miyantiyola adlanan yerdə lapuasçıların silahlı dəstəsi qiyam qaldırdı. Qiyam heç bir güllə atılmadan dağıdıldı. Hərəkat zəifləməyə başladı. Lakin onun əsasında əvvəlcə koalisiya partiyasının bir qrupu kimi çıxış etmiş, sonra isə fin faşist partiyası kimi təşəkkül tapmış «Vətənpərvər xalq hərəkatı» adlı faşist partiyası yaradıldı. Bu partiya geniş ictimai baza əldə edə bilmədi. Fin faşizminin – lapuas hərəkatının xüsusiyyəti onun ictimai bazasının darlığında idi.
1932-ci ilin yanvarında laupas hərəkatı formal olaraq qa- dağan edildikdən sonra SSRİ ilə Finlandiya arasında hücum etməmək haqqında 10 il müddətinə öhdəlik imzalandı.
1932-ci ilin dekabrında sağ burjua partiyalarını təmsil edən Kivimyaki hökuməti təşkil edildi. Bu hökumət əvvəlkilər-
dən daha çox - 1936-cı ilin sentyabrına qədər hakimiyyətdə qaldı.
Finlandiyada fin burjuaziyası ilə İsveç burjuaziyası ara- sındakı ziddiyyətlər əsas etibarı ilə fin və İsveç iri kapitalistlərinin mənafelərinin tamamilə uyğun gəlməsi ilə əlaqədar aradan qaldırılmışdı. 1936-cı ilin iyulunda seymə keçirilmiş seçkilərdə, «sol» olan partiyalara verilən səslər çox- luq təşkil etdi. FSDP 83 mandat, aqrarilər isə 53 mandat aldılar. 1936-cı ilin sentyabrında Kivimyaki hökuməti istefa verdi və üç partiya – aqrarilər, tərərqqipərvərlər, mühafizəkarlar koalisiyasını təmsil edən Kalleo (aqrarii partiyasından idi) hökuməti təşkil edildi. Yarım ildən sonra prezident seçkilərində Svinxuvud məğlubiyyətə uğradı. Prezident seçilmiş Kalleo hökumətin təşkilini Kayanderə tapşırdı. O isə, sosial-demokrat Tennerə maliyyə naziri vəzifəsini verməklə koalision hökumət təşkil etdi. Nəticədə Finlandiyada keçmiş hökumətdən fərqli olaraq İngiltərə meylli Kayander-Xolsti-Tenner burjua höku- məti hakimiyyətə gəldi. Bu hökumət arasıkəsilmədən müha- ribəyə hazırlıq aparırdı. Lakin ilk vaxtlarda yəni, 1937-1938-ci illərdə, fin burjuaziyası özünün xarici siyasət planlarını «Skan- dinaviya istiqaməti» siyasəti ilə pərdələyirdi.
1937-ci ilin fevralında Finlandiyanın xarici işlər naziri Xolsti Moskvaya gəldi. Bir az sonra R.Xolsti vəzifəsindən gö- türüldü. Xarici işlər naziri vəzifəsinə SSRİ-yə nifrət edən Elias Erkko təyin edildi. Kayandar-Tenner hökuməti müharibəyə ideoloji hazırlığı gücləndirdi. «Mannerheym xətti» tikilməyə başladı. Yenidən Urala qədər «Böyük Finlandiya» yaratmaq haqqında fikirlər irəli sürülməyə başlandı. Belə olduqda, 1939- cu ilin mart-aprel aylarında Sovet hökuməti Avropada yaranmış gərgin vəziyyəti nəzərə alaraq Finlandiyaya təklif etdi ki, Fin körfəzinin mərkəzi hissəsindəki ümumi sahəsi 48,5 min kv.km olan bir sıra xırda adaları (Suksaari, Tyuttarsaari, Lavansaari,Penisaari və Seyskari) Kareliya ərazisinin müvafiq
sahəsi ilə dəyişdirsin və ya onu SSRİ-yə icarəyə versin. Lakin Finlandiya hökuməti bu təklifi rədd etdi. Bu isə SSRİ ilə Finlandiya arasında 1939-cu ilin noyabrında müharibənin başlanmasına və Finlandiyanın məğlubiyyətinə səbəb oldu.
Dostları ilə paylaş: |