İsveç XX əsrin 20-ci illərində
1921-ci il İsveçin inkişafında dönüş ili oldu. Bu dövrdə iqtisadiyyat sahəsində müharibədən sonrakı ilk illərdə hökm sürən qızğın möhtəkirlik dövrü başa çatdı.
Başqa ölkələrə nisbətən İsveçdə kapitalizmin qismən sa- bitləşməsi prosesinin tez başlanması və bu proses üçün sağ sosial demokratların müstəsna əlverişli şərait yaratması, İsveçə güclü miqdarda xarici kapitalın (alman və amerikan) nüfuz etməsi nəticəsində 5-6 il ərzində sənaye, xüsusilə dəmir, sellüloz, maşınqayırma və hərbi sənaye yüksək sürətlə inkişaf etdi, texniki cəhətdən xeyli dərəcədə yenidən quruldu. 1921-ci ildə İsveçdə 200-dən çox inhisar var idi. Artıq 1925-ci ildə İsveçin sənaye istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı və 1929--cu ilə qədər artmaqda davam etdi. Daxili bazarın həcmcə kiçik olması 20-ci illərdə İsverç inhisarçı kapitalını iqtisadi qəsbkarlıq yoluna sövq etdi. Bu özünü İsveç inhisarlarının dünyanın ən iri inhisarları: amerikan, alman,
ingilis inhisarları ilə sıx əlaqə yaratmalarında, habelə çoxlu isveç kapitalının iqtisadi cəhətdən zəif və asılı (Pribaltika, Orta Şərq, Həbəşistan, Latın Amerikası ölkələri) ölkələrə qoyul- masında göstərirdi. Bütün bunlar İsveç burjuaziyasına XX əsrin 20-ci illərinin II yarısında İsveçin «böyüklüyünün II döv- rünün» başlanması haqqında danışmağa əsas verirdi.
1921-ci ildən 1926-cı ilədək (1922-1924-cü illər müstəs- na olmaqla) hakimiyyət başında sağ sosialist-demokratlar ol- muşdular. 1925-ci ildə Brantinqin vəfatından sonra baş nazir vəzifəsini R.Sandler tutdu.
20-ci illərin ikinci yarısında İsveçdə mondizm geniş surətdə yayılmağa başlamışdı. Hakimiyyət başında duran bur- juaziya (1926-1928-ci illərdə Ekman hökuməti, 1928-1930-cu illərdə Lindman hökuməti) və sosial-demokrat hökumətləri
«əmək bazarında sülhü» qanunvericilik yolu ilə möhkəmləndir- dilər. Fəhlələrlə sahibkarlar arasında münaqişələrlə əlaqədar dövlət arbitrajı haqqında qanunlar qəbul edilmişdi.
Dostları ilə paylaş: |