Albaniyada 1924-cü il iyun inqilabı
Albaniyada Müəssislər məclisi çağırmaq ideyası böyük populyarlıq qazandı. İctimai fikrin təzyiqi altında hökumət Müəssislər məclisinə seçkilər keçirilməsinə razılıq verdi. Alba- niyada fəaliyyətdə olan seçki qanununda bir sıra məhdudiyyətlər var idi. Qadınlar və hərbi qulluqçular seçki hüququndan məhrum idilər. 1923-cü ilin dekabrında Müəssislər məclisinə keçirilən seçkilər birbaşa deyil, çoxdərəcələrdə keçirildi. Bütün bunlara baxmayaraq seçkilər kütlələrin siyasi fəallığının artmasına təkan verdi. Hökumət bloku çox çətinliklə seçkilərdə qələbə qazandı və 1924-cü ilin martında mülkədar Şefket Berlyasi başda olmaqla hökumət təşkil edildi.
Ölkənin iqtisadi vəziyyəti yaxşı deyildi. 1922, 1923, 1924-cü illərin məhsul qıtlığı ölkədə gərgin vəziyyət yaratmış- dı. Albaniyada inqilabi şərait yetişmişdi. 1924-cü ilin aprelində A.Zoqunun tapşırığı ilə A.Rustaminin öldürülməsi xalqın səbr kasasını doldurdu. 1924-cü ilin may ayının 1-də A.Rustaminin dəfni günü Vlyörada 10 min adamın iştirak etdiyi nəhəng nü- mayiş keçirildi. May ayının sonunda ölkənin hər yerində kəndli, fəhlə və əsgərlərin birgə iştirak etdikləri silahlı inqilabi çıxışlar oldu. Silahlı üsyanın gedişində Albaniyada feodalların hakimiyyəti devrildi. İyunun 10-da üsyançılar Albaniyanın pay- taxtı Tiranaya daxil oldular. İyunun 16-da başda liberal əhval- ruhiyyəli Fon Nola olmaqla demokratik hökumət təşkil edildi. Bu hökumət demokratik dəyişikliklər keçirəcəyini vəd etdi. 1924-cü ilin iyunun 24-də SSRİ ilə diplomatik münasibətlər yaratdı. Yeni hökumətin proqramında inzibati, hərbi və mülki islahatlar keçirmək, kəndlilərin vəziyyətini yaxşılaşdırmaq, vergi sistemi, səhiyyə və təhsilin təşkilində dəyişikliklər etmək
nəzərdə tutulurdu. Beynəlxalq aləmdə isə hökumət müstəqil xarici siyasət yeritməyi planlaşdırdı. Lakin hökumət bu dəyişiklikləri etməyə müvəffəq olmadı. Hökumətin sosial baza- sı zəif idi. Onun daxilində ciddi ixtilaflar var idi. Burjua dairələri qətiyyətsizlik göstərərək feodallarla kompromisə gir- məyə çalışırdılar. A.Zoqunun başçılığı altında Yuqoslaviya əra- zisində əksinqilabi dəstələr təşkil edildi ki, onlar vrangelçilərin iştirakı ilə Albaniyaya soxuldular və burjua-demokratik inqilabını yatırtdılar. 1924-cü ilin dekabrında Tirana alındı. De- mokratik azadlıqlar ləğv olundu. Mütərəqqi təşkilatlar qadağan edildi. Bütün hakimiyyət A.Zoqunun əlində cəmləşdi.
Dostları ilə paylaş: |