Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Kapitalizmin nisbi sabitləşməsi



Yüklə 0,59 Mb.
səhifə77/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   156
avropa amerka tarıxı

Kapitalizmin nisbi sabitləşməsi


Kapitalizmin nisbi sabitləşməsi dövründə serb burjuazi- yası dövlətdə özünün aparıcı rolundan istifadə edərək milli rayonların hesabına ölkə iqtisadiyyatında Serbiyanın rolunu artırmağa çalışırdı. Serbiya Milli bankdan kreditin əsas hissə- sini alırdı. Onun ərazisində dəmir və şosse yolları çəkilir, yeni sənaye müəssisələri tikilirdi. Bosniya və Hersoqovina ən geridə qalmış əyalətlər idi. Makedoniyada nisbətən inkişaf gedirdi. Bütövlükdə ölkənin sənaye cəhətdən inkişafı zəif idi. Bircə dağ-mədən sənayesindən başqa yerdə qalan sənaye sahələri yox səviyyəsində idi. Yüngül sənaye müəssisələrinin əksəriyyəti xırda müəssisələr idi. Yuqoslaviyanın ixracında xammal və kənd təsərrüfatı məhsulları üstünlük təşkil edirdi. Torpaqların 70%-i iri və orta sahibkarlara məxsus idi. 500 min kəndlinin torpağı yox idi. 250 min adam ehtiyac üzündən ölkəni tərk etmişdi.

Daxili siyasi həyatda milli ziddiyyətlərin ifadəsi olaraq müxtəlif burjua fraksiyaları arasında kəskin mübarizə gedirdi. Serb burjuaziyasının hegemonluq siyasəti yeni siyasi münaqişə yaratdı. Böyük serb millətçiliyinə qarşı yerli xorvat və sloven millətçiliyi də gücləndi.

1925-ci ilin iyulun 20-də hökumət İtaliya ilə Nettun kon- vensiyasını imzaladı ki, bu sənədə görə Yuqoslaviya hökuməti dəmir yolları və su nəqliyyatı, gömrük tarifləri, Dalmasiyada italyan vətəndaşlarının hüquqları məsələsində İtaliyaya güzəştə getməli idi. Bu hadisə Xorvatiya Kəndli Partiyasında (XKP) narazılıq yaratdı və onun lideri S.Padiç parlamentdə müxalifətə keçdi. Paşiç hökuməti istefaya getdi, onun yerini Radikallar partiyasından olan N.Uzunoviçin hökuməti əvəz etdi.

1927-ci ilin noyabrında Xorvat Kəndli Partiyası xırda və orta serb burjuaziyasının mənafeyini müdafiə edən Müstəqil Demokrat partiyası ilə birlikdə Kəndli-demokratik koalisiyasını təşkil etdilər. Onlar parlament yolu ilə tələblərinin həyata keçirilməsinə nail olmaq istəyirdilər. 1928-ci ilin iyunun 20-də Skupşinada qızğın müzakirələr zamanı hakim partiyanın depu- tatı tərəfindən Xorvatiya Kəndli Partiyasının lideri S.Radiç ölduruldu. Bu, Xorvatiyada böyük həyəcana səbəb oldu.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin