Vidovdan konstitusiyası
Güclü təqiblər şəraitində 1921-ci ilin iyunun 28-də mü- qəddəs Vida günündə (1389-cu idldə Kosovo döyüşünün ildö- nümündə) Müəssislər Məclisi Vidovdan konstitusiyası adlı konstitusiyasını qəbul etdi. Onun birinci maddəsində yazılırdı ki, Serb-xorvat-sloven dövləti konstitusiyalı, parlamentli, irsi
monarxiyadır. Kral da qanunverici məclis olan Skupşina ilə bə- rabər qanun vermək hüququna malik idi. İcraedici hakimiyyət də krala məxsus idi. O, silahlı qüvvələrin baş komandanı idi. Dövlət 33 jiraniyaya (qubernatorluğa) bölünürdü ki, onlara da jiranları kral təyin edirdi.
Konstitusiya unitar dövlət quruluşunu möhkəmləndirdi. Krallıqda ancaq 10 il yaşayan şəxs deputat ola bilərdi. Vidov- dan konstitusiyasının qəbul edilməsi ilə Yuqoslaviya dövlətinin formalaşması prosesi başa çatdı.
1923-cü ildən ölkəni iqtisadi böhran bürüdü. Böhran nəticəsində bir sıra istehsalat müəssisələri müflisləşdi. Buna görə də ölkədə işsizlərin sayı daha da artdı. Kənd təsərrüfatında da vəziyyət çətinləşdi. Yuqoslaviya kənd təsərrüfatı məhsulla- rını xarici bazarda sata bilmədi. Ölkənin siyasi vəziyyəti də kəskinləşdi.
Dostları ilə paylaş: |