Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Çexoslovakiya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı illərində



Yüklə 0,59 Mb.
səhifə64/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   156
avropa amerka tarıxı

Çexoslovakiya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı illərində


Birinci dünya müharibəsindən sonra ölkədə baş verən böhrandan ölkə ancaq 1923-cü ilin sonunda çıxa bildi. Çex inhisarçıları Slovakiya və Zakarpat Ukraynasının iqtisadiyyatı- nı özlərinə tabe etdilər və onu yüksək inkişaf etmiş çex tor- paqlarının aqrar-xammal əlavəsinə çevirdilər. Kapitalizmin nis- bi sabitləşməsi illərində ölkədə yüngül sənaye sahələri daha sürətlə inkişaf etdi. "Skoda" zavodu öz silah məhsullarını Kiçik Antantanın üzvlərinə və digər ölkələrə satırdı.

1929-1933-cü illərin dünya iqtisadi böhranı Çexoslova- kiya iqtisadiyyatına da ciddi zərbə vurdu. Böhran hərbi səna- yedən başqa bütün sənaye sahələrinə toxundu. Ölkədə işsizlərin sayı 700 mini ötüb keçdi. Böhran illərində ölkədə milli müna- sibətlər də kəskinləşdi. Siyasi məsələlərin həllində "Qrad" qrupu əsas rol oynayırdı. Onunla müxalifətdə olan partiya isə "Pyaterka" partiyası idi. "Qrad"ın nüfuzu daha güclü idi. Ölkədə "çexləşdirmə" siyasəti yeridilirdi. Bu siyasətin nəti-

cəsində Slovakiyada millətçi xalq partiyası təşkil edildi ki, onun da rəhbəri Qlinka idi. Sudet vilayətində də Henleynin başçılığı altında millətçi Alman partiyası təşkil edildi. Zakarpat Ukraynası da muxtariyyət tələb edirdi.

1929-cu ilin dekabrında keçirilən parlament seçkiləri nəticəsində "hakim koalisiya hökuməti" təşkil edildi. Çexoslo- vakiya böhrandan ancaq 1934-cü ildə çıxa bildi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin