Polşa İkinci dünya müharibəsi ərəfəsində
Faşistləşmə meyli özünü 1935-ci il konstitusiyasında bir daha göstərdi. «Vahid və bölünməz dövlət», «tarix və allah qarşısında məsuliyyət» konstitusiyada öz əksini tapdı. Pilsudski prezident seçildi. Bütün dövlət orqanları ona tabe edildi. Hökumət parlamentə tabe olmadı. Avtoritar rejim yaranmış oldu. 1935-ci ilin mayında Pilsudski öldü.
Polşanın Fransa və Kiçik Antantanın üzvü olan Ru- mıniya ilə əlaqəsi yaxşı idi. 1932-ci ildə Polşa SSRİ ilə hücum
etməmək haqqında müqavilə bağladı. 1934-cü ildə Polşa ilə Almaniya arasında silah işlətməmək haqqında bəyannamə imzalandı.
Pilsudskinin silahlı qüvvələrin baş inspektoru yerini Rıda Smiqla tutdu. Prezident isə Mostsisski seçildi. Xarici işlər naziri Bek idi. 1935-ci ildə "Bitərəf blok" buraxıldı. 1937-ci ildə isə Milli birlik cəbhəsinin yaradıldığı elan edildi. Antifaşist mübarizə gücləndi.
1937-1939-cu illərdə iqtisadi vəziyyət bir qədər yax- şılaşdı. Visla və Sana çayları arasında Mərkəzi sənaye dairəsi yaradılmış oldu. Lakin bununla belə 1939-cu ildə ölkədə 240 min işsiz var idi.
Kənd təsərrüfatında da yüksəliş nəzərə çarpırdı.
1938-ci ildə Kominternin qərarı ilə Polşa KP buraxıldı.
İkinci dünya müharibəsi ərəfəsində Polşa Almaniya və SSRİ əleyhinə olan xarici siyasət yeridirdi ki, bu da onun 1939- cu ildə bu iki dövlət tərəfindən bölüşdürülməsinə səbəb oldu.
Dostları ilə paylaş: |