Macarıstan iqtisadi böhrandan ancaq 1924-1926-cı illərdə İngiltərə, ABŞ və Fransanın verdiyi kreditlər hesabına çıxa bildi və iqtisadiyyatın inkişafında nisbi sabitlik yarandı. Lakin ölkədə xarici kapitalın mövqeyi gücləndi. Macarıstanda ağır sənaye (metallurgiya, maşınqayırma və s.), toxuculuq sənayesi nisbətən daha sürətlə inkişaf edirdi. İnhisarların sayı artdı. Lakin 1929-cu ildə də bu inkişaf 1913-cü il səviyyəsinə çat- madı. Əsaslı aqrar islahat keçirilmədiyindən kəndli ailələrinin yarıya qədərinin torpağı yox idi. Betlen hökuməti Xorti rejimi ilə siyasi razılığa gəlməyi bacardı. 1922-ci il seçki qanunu Budapeşt və 11 iri əyalətdə gizli səsverməni saxlayırdısa da, 1925-ci il seçki qanunu parlament demokratiyasını minimum səviyyəyə endirdi.
Dostları ilə paylaş: |