Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Hitler Almaniyasının Avstriyanı işğal etməsi



Yüklə 0,59 Mb.
səhifə54/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   156
avropa amerka tarıxı

Hitler Almaniyasının Avstriyanı işğal etməsi


1934-cü il iyulun 25-də hitlerçilər Dolfusu öldürüb Avs- triyanı işğal etməyə cəhd göstərdilər. Ancaq sərhədlərdə yerlə- şən alman qoşunlarını Hitler Avstriyaya yeridə bilmədi. Çünki Mussolini də belə olacağı təqdirdə qoşunlarını Avstriyaya yeri- dəcəyini bildirmişdi. Şuşink Avstriya hökumətinin başçısı oldu. O, 1936-cı ilin yayında Avstriya və Almaniya arasında dostluq münasibətlərini bərpa etmək haqqında müqaviləyə imza atdı. Almaniya faşist mətbuatı anşlüs haqqında yenidən təbliğata başladı. Şuşink hökuməti yenə də xalqın iradəsi ilə hesablaşaraq almanların Avstriyada təşkil etdiyi nasional- sosialist partiyasını qadağan etdi. Bu Hitlerin qəzəbinə səbəb oldu. 1938-ci ilin fevralın 12-də Hitler Şuşinkə ultimatum ver- di. Nəticədə nasional-sosialistlər azad olundu. Nasist Zeys- İnkvard daxili işlər naziri təyin olundu. Şuşink Avstriyanın müstəqilliyi barəsində plebist (ümumi rəy sorğusu) keçirməyi qərara aldı. Ancaq Hitler yenə ona ultimatum göndərib plebsisti ləğv etməyə nail oldu. Şuşink 1938-ci il martın 11-də radio ilə çıxış edib istefaya çıxdığını bildirdi. Eyni zamanda xalqı alman qoşunlarına müqavimət göstərməməyə çağırdı. İnkvard Avstriyanın kansleri təyin edildi. 1938-ci il martın 11-də Hitler ordusu heç bir müqavimətsiz Avstriyaya daxil oldu. Kansler Avstriyanı alman dövləti elan etdi. Anşlüs Avstriyanın Alma-

niyanın hakimiyyəti altına alınması ilə nəticələndi. Avstriya rəsmi olaraq Ostmark ("Şərq markası") adı altında üçüncü reyxin tərkibinə qatıldı.



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin