1924-cü ilin yanvarın 23-də Böyük Britaniya tarixində ilk dəfə olaraq Ramsey Makdonaldın başçılığı altında birinci leyborist hökuməti təşkil edildi. İkipartiyalı sistemdə liberalların əvvəlki rolunu itirmələri leyboristlərin qələbəsinə kömək etdi. Bundan başqa mühafizəkarlar və liberallar koalisiyalı və birpartiyalı hökumət yaratmaq haqqında razılığa gələ bilmədilər. Belə şəraitdə onlar leyboristlərin hökumət təşkil etməsinə mane olmadılar. Çünki leyboristlər özlərinin kapitalizm qaydalarına sadiqliyini dəfələrlə bildirmişdilər. Leyboristlər mühafizəkarlara nisbətən daxili siyasəti daha çevik üsullarla yeritməyə başladılar. Onlar işsizlərə və qocalara yardı- mın miqdarını çoxaltdılar, işsizliyə görə sığorta sistemini yax- şılaşdırdılar, mənzil tikintisinə dövlət təxsisatlarını artırdılar. Çay, qənd və ərzaq üzərinə qoyulan aksiz vergiləri azaldıldı. Sosial sığorta qaydaya salındı. Leyboristlər hökumətinin yeni dövlət büdcəsi layihəsi hazırlaması, proteksionizmdən və ticarətdən alınan rüsumlardan imtina etməsi mühafizəkarların narazılığına səbəb oldu. Böyük Britaniya 1924-cü il fevralın 1- də Sovet İttifaqını tanıdı. Lakin leyboristlər seçkiqabağı kampaniyada şaxtaları və dəmiryollarını milliləşdirmək, kapital
üzərinə vergi qoymaq barədə verdikləri vədlərini yerinə yetirmədilər.
İngilis diplomatiyası 1923-cü ildə olmuş Lozanna konfransında Türkiyə ilə münasibətləri tənzimlədi. Konfrans, Süveyş kanalı üzərində Böyük Britaniyanın hüquqlarını təsdiq etdi. 1923-24-cü illərdə dominionlarla münasibətlərdəki ziddiyətlər yumşaldıldı. Dominionların azad və bərabər hüquqlu tərəfdaş statusu möhkəmləndirildi. ABŞ-la münasibətlərə üstünlük verildi. Daues planı bəyənildi.
Leyboristlər kabineti silahlı qüvvələri möhkəmləndirdi. Hərbi xərclər artırıldı. Onların siyasəti zəhmətkeşlərdə məyusluq doğurdu. Kütlələrin gözündə daha da nüfuzdan düşəcəyindən qorxan hökumət 1924-cü ilin oktyabrın 9-da parlamenti buraxdı və yeni seçkilər təyin etdi.
Dostları ilə paylaş: |