Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


*****  İxtisas dərəcəsi haqqında



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə157/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   153   154   155   156   157   158   159   160   ...   178
I CİLD (2)

***** 
İxtisas dərəcəsi haqqında 
HÜSEYN NADİR oğlu CƏLİLOV-mebel sahəsinin böyük
dəzgahçısının ixtisas dərəcəsi əmək kitabçasındakı qeydə uyğun 
olaraq 00.00.00 tarixdən bərpa edilərək o, 3-cü dərəcəli böyük
dəzgahçı hesab edilsin.
Əsas: H.N.Cəlilovun əmək kitabçası və kadrlar şöbəsi müdirinin məlumatı 
PROTOKOL
 
Protokol - kollegial orqanların konfrans, müşavirə, mitinq və iclasında məsələnin 
müzakirəsi və qərar qəbul edilməsi gedişini əks etdirən sənəddir. 


Formasına görə protokolun stenoqrafik, fonoqrafik, icmal və qısa (çıxışların tam mətni 
yazılmayan) növləri vardır. Protokolda məruzəçilərin nitqi, müzakirələrdəki çıxışların mətni, 
səslənmiş sual-cavablar və qəbul edilmiş qərar ifadəsini tapmalıdır. Protokolun qısa variantı o 
zaman qəbul olunur ki, yığıncağın stenoqramı, məruzə və çıxışların mətnləri ona əlavə olunsun. 
Protokolu ştatlı və ya seçilmiş katiblər tərtib edib onun doğruluğuna sədrlə bərabər 
məsuliyyət daşıyırlar. Protokolun tərtibi zamanı onun tam hüquqi tamlığını təmin etmək 
lazımdır. Protokolun hüquqi tamlığı ona aid zəruri rekvizitlərin və protokoldakı məlumatın 
düzgün qeyd olunmasını əhatə edir. Kollegial orqanların iclaslarında iştirak edənlərin tam 
sayının yazılması siyasi hüquqi cəhətdən vacibdir. Protokol A4 formatlı ümumi və xüsusi 
blanklarda yazılır. Əgər protokol səhifələrinin sayı çox olursa, yalnız birinci səhifə blankda, 
qalanlar isə adi kağızda yazılır. Protokol A4 formatlı adi kağızda da sənədləşdirilir. 
Protokolun rekvizitləri aşağıdakılardır: 
-idarənin adı; 
-sənədin adı /PROTOKOL/; 
-iclasın tarixi; 
-indeks /nömrə/; 
-iclasın yeri; 
-təsdiqolunma qrifi /əgər protokol təsdiq olunmalıdırsa/; 
-başlıq /kollegial orqan və ya protokollanan müşavirənin adı/; 
-mətn /giriş hissəsi-iştirakçıların tərkibi və gündəlik/; 
-EŞİDİLDİ, ÇIXIŞLAR, QƏRAR; 
-imza /sədr və katibin/. 
Giriş hissədə sabit məlumat /sədr, katib və iştirak edənlər/ və dəyişən məlumat /sədr, katib 
və iştirakçıların adının, atasının adının baş hərfləri və familiyaları verilir/. İştirakçıların 
familiyası əlifba sırası ilə /əvvəl orqan üzvlərinin, sonra isə dəvət olunanların/ yazılır. Dəvət 
olunanlar 15-dən çox olduqda onların siyahısı protokola əlavə olunur. Hər hansı əlavə haqqında 
protokolda mütləq məlumat verilir. Ona görə də dəvət olunanlar sözündən sonra «siyahı 
protokola əlavə olunur» cümləsi yazılır. 
Dəvət olunanların familiyalarından sonra mötərizədə onların işlədikləri idarənin adı və 
vəzifələri yazılır. Kollegial orqanın üzvlərinin vəzifələri də qeyd olunur. 
Gündəlikdə müzakirə edilən məsələlər əhəmiyyətlilik dərəcəsindən asılı olaraq 
yerləşdirilir. Məsələnin adı adlıq halda yazılır. Məsələdən sonra məruzəçinin adı və soyadı 
(bəzi hallarda adı və atasının adının baş hərfləri və familiyası, mötərizədə isə vəzifəsi) qeyd 
olunur. Gündəliyə «Müxtəlif məsələlər», «cari məsələlər» və s. bu tipli ümumi adlar daxil 
etmək məsləhət görülmür. Hər bir məsələ konkretləşdirilməlidir.
Mətnin əsas hissəsi gündəlikdəki məsələlərə müvafiq ardıcıllıqla EŞİDİLDİ –
ÇIXIŞLAR-QƏRAR sxemi əsasında tərtib olunur. Bu sxem hər bir məsələ üçün ayrıca 
verilməlidir. Ona görə də «EŞİDİLDİ» sözündən əvvəl gündəlikdəki məsələnin nömrəsi 
yazılır. Bu məsələ ilə bağlı «qərar» hissəsi qərarlar müvafiq bəndə uyğun nömrələnir. Məsələn, 
ikinci məsələ ilə bağlı birinci qərarın qarşısında «2.1.», ikinci qərarın qarşısında «2.2.» və s. 
yazılır. 
İclasın gedişində sədrin çıxışları «Sədr» sözündən sonra verilir. 
EŞİDİLDİ bölməsində məruzəçinin adı, atasının adının baş hərfləri və familiyası yazılır. 
Sonra tire işarəsindən sonra məruzənin tam və ya qısa məzmunu yazılır. Əgər məruzə mətninin 
stenoqrafiyası yazılırsa və ya məruzəçi onu təqdim edirsə, onda məruzə protokola əlavə olunur. 
Bu haqda protokola müvafiq qeyd edilir. Yəni «məruzə protokola əlavə olunur» cümləsi 
yazılır. Protokolda məruzənin qısaldılmış variantı da verilə bilər. 
«ÇIXIŞLAR» sözündən sonra qoşa nöqtə qoyulur. Bundan sonrakı sətrdə bir abzas 
buraxılmaqla çıxış edənin adı, soyadı yazılır, sonra tire qoyulur. Tiredən sonra çıxışın tam və 
ya qısaldılmış variantı yazılır. 


Bu bölmədə suallar və onlara cavablar yazılır. «Sual» sözünün əvəzinə sual verənin adı 
və soyadı (yaxud adının və atasının adının baş hərfləri və soyadı) qeyd olnur. Bundan sonra 
sual yazılır. Cavab verən məruzəçi deyilsə eyni qayda ilə onun haqqında məlumat verilir. Bəzi 
hallarda familiyadan sonra çıxış edənin vəzifəsi qeyd edilir. Suallara cavablar və çıxışlar 
vasitəsiz nitq şəklində qeyd olunur. 
«QƏRAR» bölməsində xüsusiyyətinə görə fərqlənən bəndlər ayrı-ayrı punktlar şəklində 
verilir. 
Yığıncaqda müəyyən sənədin təsdiq edilməsi haqqında qərar qəbul oluna bilər. Bu halda 
təsdiq olunan sənədin adına, tarixinə və nömrəsinə istinad olunmalı, sənəd protokola əlavə 
olunmalıdır. Sənədin protokola əlavə olunması onun müzakirəsi ilə bağlı «EŞİDİLDİ»
bölməsində və ya qərar bölməsində qeyd olunur 
Protokol tərtib edilərkən məruzəçi və çıxış edənlər onunla tanış edilir və onların imzaları 
alınır. Bu razılaşma imzaları sədr və katibin imzasından sonra yerləşdirilir. İmzalayan şəxsin 
adı və soyadı (yaxud inisialları və soyadı) yazıldıqdan sonra imza edilir. İmzalayan şəxs ad və 
soyadını öz xətti ilə yazmalıdır. 
Protokolun tarixi yığıncağın keçirildiyi gündür. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin