qaydasının pozulması aktı). Xüsusi aktın formaları onlardan istifadə edən təşkilatlar tərəfindən
müəyyənləşdirilir.
Aktda bir neçə fakt və ya hadisə ifadəsini tapa bilər. Bu halda aktın mətnində hər bir fakt
ayrıca bənddə verilir. Akt A4 formatlı kağızda tərtib olunur. Akt bir vərəqdə yerləşmədikdə
onun ardı vərəqin ikinci üzünə yazılır. Növbəti vərəqin əlavə edilməsi lazım gəldikdə ardıcıl
nömrələmədən istifadə olunur. Aktın imza olmayan səhifəsinin dəyişdirilməsi onun məz-
mununa xələl gətirə biləcəyi halda aktın bütün səhifələrində imzalar qoyulur.
Aktın giriş hissəsi aşağıdakı qaydada verilir:
1.Əvvəlcə müəssisənin adı göstərilir. Əgər nazirlik, komitə və baş idarənin qeyd
olunması vacibdirsə, onlar prioretlərinə görə alt-alta sıralanır.
2.Əgər akt müəssisənin struktur bölməsində tərtib olunursa, müəssisənin adının altında
həmin bölmənin adı yazılır
3.Akt vərəqin sol tərəfində «sıfır» mövqeyindən yazılır.
4.Sənədin adı (AKT) sözü baş hərflərlə müəssisənin adı ilə müqayisədə mər-
kəzləşdirilmiş şəkildə yazılır. Akt sözünün hərfləri arasında bir ara (probel) vermək olar.
5.Akt sözündən aşağıda onun tərtib olunma tarixi və ondan sonra bir tabulyasiya (təqribən
1sm) məsafədə nömrə işarəsi qoyulur və aktın nömrəsi qeyd olunur. Nömrə təklik rəqəmlə
ifadə olunursa ondan əvvəl «sıfır» yazılır.
6.Tarix və nömrə sətrindən aşağıda aktın tərtib yeri qeyd olunur.
7.Tərtib yerindən iki sətir aşağı mövqedə sənədin başlığı yazılır.
8.Başlıqdan sonra aktın tərtibinin əsası göstərilir. Bunun üçün «Əsas:» yazılır və ara
verildikdən sonra əsas qeyd edilir.
Aktın giriş hissəsinin ümumi modeli aşağıdakı kimidir:
Dostları ilə paylaş: