zamanlar əlindən alınmış müstəqilliyini özünə qaytara bildi. 1991-ci ilin 18 oktyabrında qəbul
olunmuş «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı ilə
Azərbaycanın suverenliyi bərpa olundu.
Azərbaycanın beynəlxalq əlaqələrinin nizama salınması, iqtisadiyyatın yenidən
qurulması böyük səy tələb edirdi. Tarixi həqiqətləri üzə çıxarmaq, bədnam qonşuların
niyyətlərini açmaq, müharibə şəraitində quruculuq işlərini davam etdirmək dövlətin çoxtərəfli
iş görməsini zəruriləşdirmişdi. Belə bir şəraitdə elmi-mədəni sahədə
islahatlar və inkişaf
şübhəsiz ki, ləng gedirdi. Bu, dilin təkamülündə, real dəyişikliklərin dildə təzahüründə də
özünü göstərirdi. Azərbaycanda latın əsaslı yeni əlifbaya keçidlə yeni əlifbanın tətbiqi arasında
zaman fərqi yaranmış, yeni əlifbaya keçidi təmin edəcək hazırlıq işlərinin yerinə yetirilməsində
çətinliklər meydana çıxmışdı.
Müstəqilliyin qazanılması
ölkənin iqtisadi, siyasi, sosial həyatında əhəmiyyətli
dəyişmələrə gətirib çıxartdı. Keçmiş əlaqələrin qırılması, yeni əlaqələrin formalaşması ilə
müşayiət olunurdu. Azərbaycanla Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikaları ilə
əlaqələr zəifləyirdisə, qardaş Türkiyə ilə əlaqələr yaranıb sürətlə inkişaf etməyə başlamışdı.
Qərb dövlətlərinin də suveren Azərbaycana marağı artmışdı. Respublika
başqa dövlətlərlə
əməkdaşlığa can atırdı. Lakin müstəqilliyin ilk illərində beynəlxalq əlaqələrin normal şəkildə
formalaşıb inkişaf etməsi bir qədər çətin gedirdi. Ermənistanın təcavüzkar siyasəti, düşmən
qüvvələrin ölkəni beynəlxalq miqyasda pis qələmə verməsi öz işini görürdü.
Yeni Konstitusiyanın qəbulu ilə
Dostları ilə paylaş: