Azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 261,5 Kb.
səhifə1/6
tarix22.10.2022
ölçüsü261,5 Kb.
#65874
  1   2   3   4   5   6
Behruz memmedov


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İQTİSADİYYAT İNSTİTUTU


Əlyazması hüququnda
BƏHRUZ ƏMİR oğlu MƏMMƏDOV
SƏNAYE ŞƏHƏRİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFI MƏSƏLƏLƏRİ
(Sumqayıt şəhərinin timsalında)

İxtisas: 08.00.05 – Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (regional iqtisadiyyat)




İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın
AVTOREFERATI

B AKI – 2011
Dissertasiya işi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda yerinə yetirilmişdir.
Elmi rəhbər: İqtisad elmləri doktoru,
professor R.Ə.BALAYEV


Rəsmi opponentlər: İqtisad elmləri doktoru,
professor Ə.X.NURİYEV
İqtisad elmləri namizədi,
dosent N.Ö.HACIYEV


Aparıcı təşkilat: Azərbaycan Dövlət Neft Akademiyası

Müdafiə “____” ___________ 2011-cu il tarixində saat ___-da Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu nəzdindəki D.01.181. Dissertasiya Şurasının iclasında olacaqdır.


Ünvan: AZ 1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti 31, AMEA İqtisadiyyat İnstitutu.


Dissertasiya işi ilə Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun kitabxanasında tanış olmaq olar.


Avtoreferat “____” _____________ 2010-cu il tarixində göndərilmişdir.
D.01.181.Dissertasiya
Şurasının Elmi katibi
İ qtisad elmləri namizədi G.S.HACIYEVA
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI


Mövzunun aktuallığı. Şəhərlərin inkişafına, mahiyyətinin və cəmiyyətin formalaşmasındakı rolunun tədqiqinə olan maraq, onun milli iqtisadiyyatın inkişafında əhəmiyyətli yer tutması ilə izah oluna bilər. Azərbaycan Respublikası üçün məhsuldar qüv­­və­lərin əraziyə görə qeyri-bərabər yerləşməsi xarakterikdir. Belə ki, 2008-ci ildə məhsulun ümumi buraxılışında ölkə əhalisinin 22,2 faizinin yaşadığı Bakı şəhərinin payı 78,9 faizə bərabər olmuşdur. Buna görə də, müasir dövrdə respub­li­ka­nın iqtisadi rayonlarında sosial-iqtisadi inkişaf səviyyələrini artırmaq öl­kədə apa­rı­lan iqtisadi islahatların strateji isti­qa­mət­­lə­rindən biri kimi müəyyən edilmişdir. Məhz bu səbəbdən 2004-cü ildə qəbul edilmiş “Azər­bay­can Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər)” və 2009-cu ildə qəbul edilmiş “Azər­bay­can Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramında regionlarda yoxsulluğun aradan qaldırılması, regionların potensialında səmərələi istifadə edilməsi, sahibkarlığın inkişafı və bütövlükdə tarazlı və davamlı iqtisadi in­­kişafın təmin edilməsi dövlət əhəmiyyətli mühüm məsələ kimi öz əksini tap­mış­dır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə prezidenti İlham Əliyevin yekun nitqində öz əksini tapan “Ənənəvi olaraq, Azərbaycanın bir neçə sənaye mərkəzi olmuşdur. Hazırda o mərkəzlərdə yeni sənaye müəssisələri yaradılır və biz Azərbaycanda bir neçə şəhəri məhz güclü sənaye mərkəzlərinə çevirməliyik. İlk növbədə, mən Sumqayıtı nəzərdə tuturam” fikirləri məhz bu siyasətin təzahürüdür.
Dünya təcrübəsində, cəmiyyətlər, dövlətlər, regionlar və yaşayış məntəqələri üçün əsas məqsəd ümumilikdə inkişaf etmək, eyni zamanda, iqtisadi, sosial və ekoloji proseslərdə iştirak etmək olmuşdur. Davamlı inkişaf haqqında qlobal konsepsiyaların dəstəklənməsi, 60-dan çox ölkələrin proqram və sənədlərində onun əks olunması və beynəlxalq təşkilatların qəbul etdiyi “Avropa şəhərlərinin davamlı inkişaf xartiyası”, “Yaşayış məntəqələri üzrə İstanbul deklarasiyası”, “Yaşayış məntəqələrinin davamlı inkişafının planlaşdırılması və onların idarə olunmasının rəhbər prinsipləri”, “Müstəqil Dövlətlər Birliyinin şəhərsalma xartiyası” kimi sənədlərlə əsaslandırılması, cəmiyyətin siması olan şəhərlərin və digər yaşayış məntəqələrinin davamlı inkişafın təşkilinin nə qədər vacib olduğunu təsdiqləyir. İnkişaf sistemlərinə tez adaptasiya olmaq qabiliyyəti şəhərləri, daima iqtisadi-siyasi proseslərin mərkəzində yer almasına zəmin yaratmışdır.
Ölkənin məhsuldar qüvvələrinin səmərəli yerləşdirilməsi və ayrı-ayrı region­la­rın iqtisadi potensialından tam istifadə olunması ölkənin iqtisadi inkişafı baxı­mın­­dan mühüm əhəmiyyət kəsb edir. Azərbaycan əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Məhsuldar qüvvələrin yerləşdirilməsi üzrə həyata keçiriləcək tədbirləri müəyyən edərkən nəzərə almaq lazımdır ki, iri şəhərlərdə istehsalın həddən artıq təmərküzləşməsi sosial, iqtisadi, ekoloji baxımdan təhlükəlidir. Bu baxımdan, Sumqayıt şəhərinin mövcud iqtisadi poten­sia­lın­dan tam və səmərəli isti­fa­də olunmasının təmin edilməsinə və bu əsasda sosial-iq­tisadi inkişaf səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş tədbirlər həyata keçirilməlidir. Elə ki, Sumqayıt şəhərinin sosial-iqtisadi potensiyalını qiymətləndirilməsi və ondan istifadənin səmərəliliyinin müəyyən olunması məsələlərinin tədqiq ediləsi mühüm əhəmiyyət kəsb edir.

Yüklə 261,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin