Azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 261,5 Kb.
səhifə3/6
tarix22.10.2022
ölçüsü261,5 Kb.
#65874
1   2   3   4   5   6
Behruz memmedov

Tədqiqatın obyektini sənaye şəhərinin sosial-iqtisadi sistemini özündə əks etdirən Sumqayıt şəhəri təşkil edir.
Tədqiqatın predmetini sənaye şəhərində gedən proseslər, iqtisadi strukturun inkişafının xüsusiyyətləri, əlamətləri, formaları və nəticələri təşkil edir.
Tədqiqatın nəzəri-metodoloji əsasını Azərbaycan və xarici ölkə alimlərinin əsərləri, problemlə bağlı mövcud ideya və nəzəriyyələr, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Milli Məclisin qəbul etdiyi qanunlar, Nazirlər Kabinetinin qərarları, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin normativ-hüquqi sənədləri, beynəlxalq konvensiyalar, regionların və sənaye sahələrinin inkişafı üzrə Dövlət və Sahə Proqramları təşkil edir.
Tədqiqat işinin informasiya bazasını Dövlət Statistika Komitəsinin, İqtisadi İnkişaf və Maliyyə Nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məlumatları, kütləvi informasiya vasitələrində tədqiq edilən problemə dair dərc edilən məqalələr təşkil etmişdir.
Tədqiqat üsulu. Tədqiqat zamanı qruplaşdırma, müqayisə, analitik təhlil, məntiqi təfəkkür üsullarından istifadə edilmişdir.
Dissertasiya işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:

  • şəhərlərin sosial-iqtisadi potensialının tədqiqində onların inkişaf meyillərini, qanunauyğunluqlarını və xüsusiyyətlərini əks etdirən müddəalara əsaslanan nəzəri-metodoloji yanaşmalara münasibət bildirilmiş və ümumiləşdirmələr aparılmışdır;

  • sənaye şəhərlərinin iqtisadiyyatının srukturu təhlil olunaraq, sosial-iqtisadi inkişaf xüsusiyyətləri ümumiləşdirilmiş və təkliflər verilmişdir;

  • şəhər təsərrüfatının inkişafı və tənzimlənməsi məsələlərinin normativ və pozitiv konturları muqayisəli şəkildə tədqiq edilmişdir;

  • Azərbaycanda sənaye şəhərlərinin inkişaf xüsusiyyətləri öyrənilmiş, prioritet sahələr tədqiq edilmiş, əsas sənaye şəhərləri müvafiq statistik göstəricilər əsasında ranqlaşdırılmışdır;

  • Sumqayıt şəhərinin sosial-iqtisadi potensialının əsas parametrləri dəqiqləşdirilmiş və ondan istifadə səviyyəsi qiymətləndirilmişdir;

  • Sumqayıt şəhərinin iqtisadi və sosial inkişafının yüksəldilməsi imkanları və onların reallaşdırılması yolları müəyyən olunmuşdur.


Yüklə 261,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin