Azərbaycan Milli Elmlər Akademiyası


Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti



Yüklə 261,5 Kb.
səhifə4/6
tarix22.10.2022
ölçüsü261,5 Kb.
#65874
1   2   3   4   5   6
Behruz memmedov

Tədqiqatın nəzəri və təcrübi əhəmiyyəti. Tədqiqat işinin nəticələrindən ölkədə şənaye şəhərlərin və digər yaşayış məntəqələrinin inkişaf proqramlarının hazırlanmasında, şəhər və sənaye mərkəzlərində infrastrukturun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən müvafiq siyasət sənədlərinin hazırlanmasında, eləcə də, bu istiqa­mətdə aparılan elmi-tədqiqat işləri və ali məktəblərdə “Şəhər iqtisadiyyatı” fənninin tədris olunmasında geniş istifadə edilə bilər.
İşin aprobasiyası və nəticələrinin tətbiqi. Tədqiqat işinin nəti-cələri müəllif tərəfindən AMEA-nın İqtisadiyyat İnstitutu və İİN İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun birgə təşkil Azərbaycanda milli iqtisadiyyatın modernləşmə problemləri: mövcud vəziyyət və gələcək prespektivlər” mövzusunda elmi-praktik konfransında (Bakı, 2011). Tədqiqatın nəticələri, işlənib hazırlanmış təklif və tövsiyələr Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinə təqdim edilmiş və istifadə haqqında müvafiq arayış alınmışdır (Arayış №809, «18» may 2010-cu il).
Dərc olunmuş məqalələr. Dissertasiya işinin əsas müddəaları 6 məqalə (onlardan 1-i xaricdə) və 2 konfrans materialında dərc olun-muşdur.
İşin quruluşu və həcmi. Dissertasiya işi girişdən, üç fəsildən, 8 yarımbölmədən, nəticədən, istifadə edilmiş ədəbiyyat siyahısından ibarət olmaqla 166 səhifədən ibarətdir. İşdə 7 sxem və şəkil, 32 cədvəl verilmişdir.


TƏDQİQATIN ƏSAS MƏZMUNU

Dissertasiya işinin girişində mövzunun aktuallığı, problemin öy-rənilmə səviyyəsi, tədqiqatın məqsədi və vəzifələri, obyekti, predmeti, nəzəri-metodoloji əsasları, üsulları, informasiya bazası, nəzəri və təc-rübəvi əhəmiyyəti, işin elmi yeniliyi, aprobasiyası və nəticələrinin tət-biqi göstərilir.


İşin «Şəhərin sosial-iqtisadi inkişafının nəzəri əsasları» adlı birinci fəslində respublikamızın və xarici ölkə alimlərinin mövzuya dair əsərlərinin öyrənilib ümumiləşdirilməsi ilə sosial-iqtisadi inkişafda şəhərlərin rolu, şəhərlərin təkamülündə sənaye amili və fəaliyyət sahələrinin ərazi üzrə yerləşdirilməsi, bu istiqamətdə dünya təcrübəsi, şəhər təsərrüfatının inkişafı və tənzimlənmə məsələləri tədqiq edilir.
Milli iqtisadiyyatın inkişafında müəyyən dövrlərdə elə seçimlər var ki, onlar iqtisadi inkişafı tərəqqi və ya tənəzzülə aparır, bəzi hallarda isə burada katalizator rolunu oynayır. Dəyişiklərə yüksək dərəcədə adaptasiya ola bilən, eyni zamanda, tədavül və istehsal proseslərinin inkişafında əhəmiyyətli olan şəhərlər bu katalizatorlardandır.
Klassik iqtisadi nəzəriyyədə bütün diqqət tələb və təklif, istehsal və istehlaka yönəldilərək bazarların məkan üzrə paylanmasını nəzərə almır. Lakin bunu qeyd etmək lazımdır ki, iqtisadi proseslər konkret məkanda baş verir və bu amillər ümumi mənzərəni fərqləndirir.
XX əsrin sonlarında şəhər iqtisadiyyatı məkan iqtisadiyyatının tərkib hissəsi olan bir elm kimi formalaşmış və şəhər sərbəst iqtisadi kateqoriya kimi möhkəmlənmişdir. “Yeni Şəhər İqtisadiyyatı” Henderson, Fujita kimi neoklassiklərin yanaşmasında şəhər ilk öncə “iqtisadi proseslərin baş verdiyi məkan” kimi təyin olunmuşdur. XX əsrin 70-ci illərin əvvəllərində torpaq qiymətlərinin formalaşması, ərazilərdən istifadə, şəhər nəqliyyatının effektivliyi, şəhərin mənzil bazarının durumu, bələdiyyə maliyyələşdirilməsinidə tarazlıq istiqamətində iqtisadçıların təklifi əsasında konsepsiya və modellər hazırlanırdısa, 80-ci illərin sonunda artıq müharibəyə qədər şəhər şəbəkələrinin regional inkişafı, ev təsərrüfatlarının mikro iqtisadi təhlili, şəhərlərin genişlənməsinin makro iqtisadi analizi, şəhərlərin idxal məsələləri və s. ümumiləşdirilərək, şəhər nəzəriyyələri və modelləri hazırlanırdı. Marks Veberin və Vernera fon Zambartın tədqiqatlarında məkanların bazar iqtisadiyyatının inkişafında yüksək rolu, şəhərlərin innovasiya qabiliyyəti və eyni zamanda şəhərlər sərbəst iqtisadi agent kimi tədqiq olunur. Son 20-30 ildə şəhər iqtisadiyyatında irəli sürülən nəzəriyyələrində məkan amili və sosial-iqtisadi həyatın lokallaşdırılması problemləri önə çəkilir. Qeyd etmək lazımdır ki, əsas əhəmiyyət dünyanın iri şəhərlərinin iqtisadi inkişafda rolunun tədqiqinə verilir. Hələ XIX əsrin I yarısında fon Tunenin tədqiqatlarında əks olunan mərkəzləşdirilmiş şəhər modeli iqtisadi aktivlik və ya əl yetərlilik baxımından qarşılıqlı təsirlərin məkanlar üzrə əks olunur. Azərbaycanda məkan iqtisadiyyatı əsasən XX əsrin ikinci yarısından sonra aparılmış tədqiqatlarda ozünü əks etdirir. Həm Sovet, həm də mütəqillik dövrlərində məhsuldar qüvvələrin yerləşdirilməsi, regionlar arsında tarazlı inkişafın təmin olunması, iqtisadi rayonlaşdırma, regional və şəhər iqtisadiyyatını milli iqtisadiyyatın tərkib hissəsi kimi və sair vacib məsələlər Asəf nadirov, Ziyad Səmədzadə, Əli Nuriyev, Rəsul Balayev, Tofiq Huseynov və digər ölkə iqtisadçılarının tədqiqatlarında öz əksini tapmışdır.
Bir tərəfdən yoxsulluq, tünlük, çirklənmə və cinayətkarlıq kimi ciddi problemləri olan şəhərlər, digər tərəfdən, ticarət və istehsala zəmin yaratmaqla insanların böyük həcmdə tələbatlarını müxtəlif mal və xidmətlərlə ödəyir, insanların həyat səviyyəsinin artımına şərait yaradır. Yaşayış yerlərinin və müəssisələrin yaxın yerləşməsi istehlakçı üçün, iş yerləri, mal və xidmətlərin satışından, sosial infrastrukturlardan (təhsil, səhiyyə, mədəniyyət) istifadə, sahibkar üçün isə, əmək bazarı ilə qarşılıqlı əlaqə, eyni zamanda, xammal və məhsulun daşınma xərclərində faydalılıq deməkdir. Şəhər deyəndə, ilk öncə, sosial-iqtisadi münasibətlərdə mühüm rola malik, insan cəmiyyətinin fəaliyyətinin təmərküzləşdiyi məkan kimi başa düşülür. Belə ki, şəhərlərin təkamülündə iqtisadi faktorlarla yanaşı, təbii, coğrafi, sosial və digər faktorlarda az rol oynamır.
Yaxın dövrdə iqtisadi və coğrafi ədəbiyyatlarda kənd yerlərindən şəhərlərə miqrasiya müsbət tendensiya kimi baxılırdı. Bu onunla əsaslandırılırdı ki, kənd yerlərində mövcud olan artıq əmək resurslarının onlara tələb olunan şəhərlərə axını normal prosesdir. Eyni zamanda, urbanistlərin fikrinə görə kənd yerlərindən şəhərlərə miqrasiya şəhərlərdə sənaye sahələrinin əmək resurslarına olan tələbi ödəməklə yanaşı, kənd təsərrüfatında işləyənlərin azalması ilə əmək məhsuldarlığını artırır. Lakin təcrübə göstəriri ki, şəhərlərdə sənaye və xidmət sahələri əmək resurslarının kütləvi axınını udmaq gücündə deyil. Bundan başqa, kütləvi miqrasiya şəhərlərdə işsizliyin, kənd yerlərində isə işçı ehtiyacını artıra bilər.
Daxili miqrasiya prosesləri səbəblərinə görə əsasən 5 qrupa bölünür:

  • sosial amillər, eyni zamanda, ənənəvi kənd həyat tərzindən kənarlaşmaq istəyi;

  • fiziki həyat şərtləri, təbii fəlakətlərdən (daşqın, quraqlıq, və s.) şəhərlərdə müdafiə olunma düşüncəsi;

  • demoqrafik amillər, kənd yerlərində əhalinin artım səviyyəsinin daha yüksək olması;

  • mədəniyyət amilləri, şəhərlərdə böyük ailələrin daxili əlaqələrinin möhkəmliyi, böyük şəhərlərin cazibədarlığı;

  • ünsiyyət şərtlərinin yüksəlməsi, nəqliyyat şəbəkəsi, təhsil sisteminin şəhər həyat tərzinə üyğunlaşdırılması, televiziya, radio, kino və digər maraqların müasir həyat ətrzini formalaşdırması.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malik olur. Belə ki, inkişaf etmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə paralel olaraq gedir. Bir qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə cərəyan edən urbanizasiya prosesi tarazlı, inkişaf etməkdə olan ölkələrdəki urbanizasiya isə nataraz urbanizasiya adlanır. İqtisadi ədəbiyyatlarda Todaro miqrasiya modelində bu proses sənayedə və kənd təsərrüfatında əməyin qimətləndirilməsi və iş əldə etmə ehtimalına əsaslanır. Yəni miqrant kənd yerindən şəhərə daha çox gəlir əldə etmək ehtimalı ilə axın edir. Azərbaycan şəaitində də Bakı şəhərində əməyin daha yüksək qiymətləndirilməsi regionlardan birmərkəzli təmərküzləşməyə zəmin yaradır.
Kənd yerlərinin kompleks inkişaf proqramlarının hazirlanması və kənd təsərrüfatının inkişaf etdirilməsi şəhər yerlərində işzizliyin azaldılması məqsədi ilə əmək haqqlarının stimullaşdırılmasından, dövlət sektorunda məşğulluğun artırılmasndan, sahibkarlığa vergi gözəştlərindən və digər stimullaşdırıcı tədbirlərdən daha səmərəlidir.
Amerikalı alim Cibbs urbanizasiyanı beş əsas dərəcəyə (mərhələyə) ayırır:

  • birinci dərəcə: təsərrüfatçılığın sənayeyə qədərki ukladı, geniş təkraristehsalın ənənəvi növü, sıx və nisbətən müntəzəm kənd yaşayış şəbəkəsi (bu mərhələdə kənd əhalisinin artım tempi şəhər əhalisinin artım tempini üstəliyir və şəhər əhalisinin xüsusi çəkisi azalır);

  • ikinci dərəcə: sənayeləşmə ilə müsaiyət olunan proses (şəhərə ilkin inteqrasiya);

  • üçüncü dərəcə: demoqrafik keçid dövrü başa çatmış, miqrasiya və təbii azalma kənd əhalisinin azalmasına səbəb olmuşdur (şəhər əhalisinin xüsusi çəkisi daha yüksəkdir);

  • dördüncü dərəcə: şəhər əhalisinin zəif artımı, kənd əhalisinin zəif templə azalması;

  • beşinci dərəcə: sənayeləşmənin başa çatmasından sonra şəhər və kənd yerlərində sosial fərqlərin aradan qalxması, böyük şəhərlərdən əhalinin şəhərətrafı ərazilərə və digər kənd yerlərinə axını.

Cibbsin bölgüsündən göründüyü kimi hər bir prosesin “doyma” dövrü var. Bu dövr son nəticədə əks effektlə kəndlərə inteqrasiyanı əsaslandırır. Şəhərlərin ölçüsü dünya alimlərinin diqqət mərkəzindədir. Belə ki, iri amerika və avropa şəhərlərdə gəlirlərin artımı dövlət xərclərinin artımını dörd dəfə qabaqlayır. Lakin iri şəhərlərdə ictimai və ekoloji vəziyyətin idarə olunması qənaətbəxş deyildir.
İş yerlərinin şəhərlərdə təmərküzləşməsinin və ümumiyyətlə şəhərlərin inkişafının üç əsas, müqayisəli üstünlük, miqyasın daxili effekti və təmərküzləşmə effekti kimi səbəbləri qeyd etmək olar. Digər tərəfdən başqa bir məsələ, eyni sahəli müəssisələrin təmərküzləşməsi xammal təminatında qənaətə səbəb olmaqla yanaşı, istehlak bazarında çıxışı asanlaşdırır. Bu formada istehsalın təşkili son məhsul istehsal edən müəssisələrin xərclərinin azalmasına səbəb olur.
Sənaye istehsalı müəssisələrinin şəhərlərin təşəkülündəki rolunu qiymətləndirmək üçün, onların fəaliyyət istiqamtləri a.ağıdakı kimi fərqləndirilir:

  • Nəqliyyat yönümlü (yerləşmə barədə qərarda başlıca amil kimi daşınma xərclərinin qəbul edildiyi) müəssisələr;

  • Resurs yönümlü müəssisələr;

  • Bazar yönümlü müəssisələr.

Resurs yönümlü müəssisələr xammal mənbələrinə, bazar yönümlü müəssisələr isə satış bazarlarına yaxın olmağa üstünlük verirlər.
Sənaye müəssisələri və onlara aid olan digər obyektlər təyinatından asılı olmayaraq şəhərlərin sənaye rayonlarında yerləşir. Sənaye müəssisələrinin sənaye rayonlarında təmərküzləşmiş yerləşməsi şəhər ərazilərinin qənaətinə, səhərlərdə sanitar-gigiyenik şərtlərin yüksəlməsinə, bundan başqa, müəssisələrə ümumi köməkçi sahələrin, yəni, istehsal, nəqliyyat, kommunal və enerji obyektlərinin təşkilinə və bu obyektlərin və sistemlərin qurulmasında xərclərin azaldılması zəmin yaradır. Elmi-texniki inkişaf sənayenin elmi-texniki təchizatı ilə məşğul olan və bu istiqamətdə kadrların hazırlanmasını təşkil edən müxtəlif səviyyədə elmi-tədqiqat və tədris müəssisələrini və konstruktor idarələrinin yaranmasını və inkişafını şərtləndirir. Bu tip müəssisələr şəhər sənaye rayonlarının tərkibində və ya sərbəst fəaliyyət göstərməklə elmi-istehsal kompleksinin ixtisaslaşmasını tənzimləyir. Şəhərlərdə sənaye rayonlarının formalaşdırılmasının əsas şərti müəssisələrin qruplaşdırılmasıdır (klaster yanaşması). Bu əsasən istehsal-texnoloji, iqtisadi və şəhər tikintisi şərti ilə həyata keçirilir. Şəhər tikintisi baxımından şəhərlərdə sənaye rayonlarının təşkili, şəhərin strukturu və sərnişin və yük daşımalarında nəqliyyatın təşkili və həmçinin su, enerji və təmizləmə qurğularının təchizi məsələlərini nəzərə alaraq, uyğun ərazilərin təyin olunması əhəmiyyət kəsb edir. Sənaye müəssisələrinin qurulmasında nəqliyyat faktoru əhəmiyyətli rola malikdir. Sənaye rayonunun nəqliyyat sxemi şəhərin baş planına və ərazinin planlaşmasına uyğun olaraq hazırlanır. Qeyd edək ki, şəhər sənaye rayonlarında nəqliyyatın təşkili zamanı, sənaye müəssisələrinin səmərəli yerləşdirilməsinin təsiri, onlar üçün ümumi nəqliyyat obyektlərinin yaradılması və onların tikintisinin iqtisadi səmərəliliyinin təyini, sənaye müəssisələrinin xarici və onlarla əlaqəsi olan daxili daşımalar üçün nəqliyyat tiplərinin seçilməsi və s. məsələlər nəzərə alınır. Müəssisələrdə daxili və xarici yükdaşımaları həyata keçirəcək nəqliyyat tipləri daşınacaq məhsulun növləri, həcmi və daşınmanın xarakteri, nəql olunma məsafəsi və mövcud nəqliyyat vasitələrinin məqsədyönlü istifadəsi nəzərə alınaraq, iqtisadi-texniki hesablamaların nəticəsində seçilir.
Şəhərin inkişafı və onun tənzimlənməsi prosesləri, onların idarə edilməsinin məqsədəuyğun olaraq təkmilləşdirilməsi yolları ölkənin sosial-iqtisadi inkişafı üçün prioritet məsələlərdən biridir. Şəhərlərdə iqtisadi fəaliyyət sahələri ilə yanaşı, eyni zamanda, sosial təsərrüfat sahələri, yəni, elm, təhsil, mədəniyyət, səhiyyə, mənzil-komunal, şəhər daxili nəqliyyat, ictimai asayişin mühafizəsi və digər fəaliyyət sahələri təmərküzləşmişdir. Bu bir daha şəhərlərin yalnız iqtisadi mahiyyətini deyil eyniz zamanda sosial mahiyyətini də qabardır. Şəhərin sosial inkişafından danışarkən aşağıdakı elementləri diqqət mərkəzində saxlamaq lazımdır:

  • Yoxsulluq və mənzil şəraitinin səviyyəsi;

  • Şəhər nəqliyyatının vəziyyəti;

  • Təhsil, səhiyyə, elm və mədəniyyətin səviyyəsi;

  • İctimai asayişin vəziyyəti.

Yerli özünü idarə orqanı (mutissipalitet, bələdiyyə) yerli hakimiyyət adından komunal və digər xidmətlərin təqdim edilməsi kimi başa düşülür. Şəhər əhalisinə keyfiyyətli və hərtərəfli xidmətin təminatı məqsədilə şərtli və şərtsiz subsidiyalar verərək şəhər iqtisadiyyatını tənzimləyir. Şəhər iqtisadiyyatının tənzimlənməsi şəhər problemlərinin və şəhərdə dövlət siyasətinin əhatəli aspektlərinin məcmu idarə olunmasını nəzərdə tutur. Azərbaycanda yerli idarəetmə dövlət orqanı olan yerli icra hakmiyyətləri və dövlət orqanı sisteminə daxil olmayan bələdiyyələr tərəfindən həyata keçirilir. Yerli icra hakimiyyətləri və bələdiyyələr eyni inzibati-ərazi vahidlərində fəaliyyət göstərirlərlər və bu qurumlar arasında hər hansı tabeçilik münasibətləri yoxdur. Yerli administrasiyalar dövlət siyasətinin yerlərdə həyata keçirən orqanlardır. Masqreyv (1980) dövlətin funksiyalarını əsasən üç yerə bölür:

  • Tənzimləmə funksiyası: dövlət pul-kredit (monetar) və vergi-maliyyə (fiskal) siyasətlə işsizlik səviyyəsini və inflyasiya tempini tənzimləyir;

  • Gəlirlərin bölgüsü: dövlət vergi və transfertlət vasitəsi ilə gəlirlərin və maddi memətlərin bölgüsünü dəyişir;

  • Resursların bölgüsü: dövlət nə və necə istehsal etmək barəsində qərarlar qəbul edir (dövlətin özü tərəfindən və yaxud, dövlətin güzəştlərlə (subsidiyalar, vergi güzəştləri) təşviqi nəticəsində istehsal olunan mal və xidmətlər) [49, s. 441].

İlk iki funksiyalar şəmərəlilik və faydalılıq baxımından ölkə səviyyəsində həyata keçirilən siyasətin tərkib hissələridir. Ücüncü funksiya isə, bildiyimiz kimi, yerli idarəetmə orqanları təhsil, səhiyyə, avtomobil yolları, ictimai asayiş (polis, yanğından mühafizə) parklar, kanalizasiya sistemlərini də əhatə etməklə mütəlif növ məhsul və xidmətlərin təqdim olunmasını həyata keçirirlər. Bu məhsul və xidmətlər üç halda dövlət tərəfindən (yerli idarəetmə orqanları) həyata keçirməsini səmərəlilik baxımından əsaslandırmaq olar: təbii inhisar, daxili effektlər (qənaət), yerli ictimai nemət.
Qeyd edək ki, ictimai nemətin həcmində optimal səmərəlilik ictimai mənfəətin son həddinin ictimai xərclərin son həddinə bərabər olmasıdır. Yerli idarəetmə orqanları yerli vergilər (məsələn: əmlak vergisi) və ali büdcələrdən subsidiyalar hesabına formalaşır. Daha öncə qeyd etdiyimiz kimi, yerli ictimai nemətlərdən ölkə səviyyəsində deyil, region səviyyəsində istifadə edildiyindən spesifik yerli gəlirlərin istifadəsi məqsədəuyğundur. Daşınmaz əmlaka olan vergilər özündə mənzil, kommersiya və sənaye müəəsisələrinin mülkiyyətinə olan vergiləri (əsas fondlar) özündə birləşdirir. Nəzərə alsaq ki, torpaq təklifi dəyişməz qalır, torpaq verglərini torpaq sahibləri ödəyir. Dunya təcrübəsində dövlət tərəfindən subsidiyalar iki halda, regionlar arasında tarazlı inkişafı stimullaşdırmaq və yerli büdcələrin kəsirlərin azaldlması məqsədi ilə ayrılır. Kəsirlər o zaman yaranır ki, yerli ictimai nemət xərclərinin artımı vergi gəlirlərinin artımını üstələyir. Bu problemin həllinin iki yolu mövcuddur: vergi dərəcələrnin artırılması, dövlət büdcəsindən yerli budcələrə transfertlər. Azərbaycanda şəhərlərin əksəriyyəti dövlət büdcəsində dotasiyalar əsasında büdcələri formalaşdırır.
Tədqiqatın «Şənaye şəhərin sosial-iqtisadi inkişafının müasir vəziyyətinin təhlili və inkişaf imkanlarının qiymətləndirilməsi » adlı ikinci fəslində çoxillik statistik məlumatlarının toplanması, işlənilməsi, sistemləşdirilməsi və qruplaşdırılması əsasında Azərbaycanda şənaye şəhərlərinin inkişaf xüsusiyyətləri tədqiq edilmiş, Sumqayıt şəhərinin ümumi xarakteristikası və iqtisadi inkişafının mövcud vəziyyətinin təhlil olunmuş, sosial infrastrukturunun vəziyyəti və onun inkişaf imkanları qiymətləndirilmişdir.
Digər ölkələrlə yanaşı Azərbaycanda da şəhərlərin inkişafına marağın və zərurətin artması, dövlətin bu sahədə inkişaf proqramlarının hazırlanmasına, elmi-tədqiqat inistutlarının, hökümət və qeyri hökümət təşkilatlarının, eyni zamanda, şəhərlərin özlərinin də bu sahədə fəaliyyətinə təkan vermişdir.
Azərbaycanın çox böyük sənaye potensialına malik olması, eyni zamanda, beynəlxalq ticarət yollarının üzərində yerləşməsi, həm sənaye və eyni zamanda ticarət şəhərlərinin yaranmasına imkan vermişdir. Azərbaycanda ilk şəhərlərin yaranmasını ikinci ictimai əmək bölgusu prosesi ilə əlaqələndirmək olar. XVIII-XIX əsrdə kapitalist münasibətlər sisteminin yaranması və sənaye inqilabı, Azərbaycanada bilavasitə təsir göstərmiş, dəmir yolunun istifadəyə verilməsi isə şəhərlərin inkişafının sürətləndirmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər olan dövrdə 91%-i Bakı şəhərinin payına düşməklə sənaye əsasən, neft cıxarılması və emalı, toxuculuq xammalı (pambıq, yun, ipək və s.), bir sıra yeyinti (balıq, şərab və s.) istehsalı ilə səciyyələnirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mövcud fabrik və zavodların yenidən qurulması və bundan başqa yeni istehsal sahələrinin yaradılması üçün qoyulmuş böyük vəsait qoyuluşları, ümumi məhsul istehsalının kəskin artımına səbəb olmuşdu. 25 iri yeni istehsal sahələrinin işə salınması, emal sənayesindən başqa, maşınqayırma, kimya, yüngul və yeyinti sahələrinin inkişafına zəmin yaratdı. Bu inkişaf özünü Respublikanın regionlarında da yeni sənaye müəssisələrinin yaradılmasına və bu istehsalın inkişafı nəticəsində məhsuldar qüvvələrin orada təmərküzləşməsinə əsas verirdi. Elektrotexnika, radiotexnika, qara və əlvan metallurgiya, sintetik kauçuk, mahud parca, asbest-sement məmulatları və s. bu kimi bir cox sahələrin inkişafı və digər prioritet sahələrə ehtiyac, artıq yeni sənaye mərkəzlərinin yaranmasına revac vermişdir. Gəncə, Naxçıvan, Quba, Şəki, Lənkəran və başqa bu kimi tarixi şəhərləri sənaye mərkəzlərinə çevirməklə yanaşı, eyni zamanda, yeni salınmış Sumqayıt, Mingəçevir, Daşkəsən, Şirvan kimi sənaye şəhərləri respublikanın sosial-iqtisadi inkişafının əsasını təşkil edirdi. Onu da qeyd etmək lazımdır ki, Sovet hakimiyyəti dövründə tikilmiş 530 iri sənaye müəssisələrinin 70 %-dən coxu Bakıdan kənarda yerləşməsi, istehsalın qısa dövr ərzində regionlarda da inkişafından xəbər verirdi.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə etdikdən sonra, iqtisadi sistemin dəyişməsi, təsərrüfat ələqələrinin və əsas satış bazarlarının itirilməsi, planlı iqtisadiyyatdan imtina edilməklə liberal qiymətlərin tətbiq edilməsi və bu kimi digər ünsürlərin təsiri altında sənaye istehsalının tənəzzülə uğraması, özünü, sənayenin əsas mərkəzləri olan şəhərlərin sosial-iqtisadi inkişafına mənfi təsir göstərdi. Azərbaycan sənayesinin əsasını təşkil edən neft sənayesində iri miqyaslı layihələrin həyata keçirilməsi, hökümətin sərt pul və fiskal siyasəti, qiymətlərin və xarici siyasətin liberallaşması, kütləvi özəlləşdirmənin həyata keçirilməsi istiqamətində atılmış mühüm addımlar, eyni zamanda kicik və orta biznesin inkişafına dövlət dəstəyi, vergi sisteminin və lisenziya fəaliyyətinin sadələşdirilməsi sənayenin inkişafında özünü göstərdi. Yüksək keyfiyyətli məhsul istehsal etmək, eyni zamanda, yeni texnologiyalarda istifadə və məhsul çeşidlərini yeniləməklə onun rəqabətqabiliyətini artırmaq və nəinki daxili bazara, həm də, xarici bazara inteqrasiyasını təşkil etmək dövlət qarşısında duran mühüm məsələlərdən biridir
Azərbaycan sənayesində rəqabətqabiliyyətli məhsul istehsalı, daxili və xarici bazarın tələbatına, ölkənin sahələr üzrə ixtisaslaşma dərəcəsinə və istehsalın perspektiv fəaliyyətinə, rayon və şəhərlər üzrə istehsal səmərəliliyi və istehsal vasitələrindən effektiv istifadə baxımından regionlar üzrə bölünməsi, sənayenin kompleks inkişafını tənzimləməyə imkan verir. Azərbaycan iqtisadiyyatının sənayesinin əsas hissəsinin Bakı aqlomerasiyasının payına düşməsi onun əhəmiyyətini artırır. Qeyd etmək lazımdır ki, Bakı şəhərinin inkişafı və əhalisinin sayına görə Azərbaycanda üçüncü şəhər olan Sumqayıt şəhərinin yaranması Bakı aqlomerasiyasının təşəkkülünü sürətləndirdi. Azərbaycanın məhsuldar qüvvələrinin çox hissəsi Bakı şə­həri və onun ətrafında cəmləşmişdi ki, bu meyl müasir dövrdə də davam edir. Belə ki, 2007-cı ildə məhsulun ümumi buraxılışında ölkə əhalisinin 22,2 faizinin yaşadığı Bakı şəhərinin payı 81 faizə bərabər olmuşdur. Əgər biz bura Bakı aqlomerasiyasına daxil olan digər ərazilərdə məhsulun ümumi buraxılışını əlavə etsək bu rəqəm artacaqdır. Bunu onunla əlaqələndirmək olar ki, ölkəmiz üçün prioritet sayılan sənaye sahələrinin əksəriyyəti Bakı aqlomerasiyasında yerləşir. Digər tərəfdən qeyd etmək yerinə düshə ki, ölkədə mövcud olan digər sənaye şəhərlərinin də ölkə iqtisadiyyatında payı sovet doru ilə müqaisədə dəfələrlə azalmışdır. Bakı aqlomerasiyasında yerləşən Bakı və Sumqayit şəhərləri və Gəncə, Şirvan, Mingəçevir, Naxçıvan kimi sənaye şəhərləri ölkə ərazisinin 3%-ni təşkil etsələrdə, olkə əhalisinin 32% məhz bu 6 şəhərdə yaşayır. Ölkəmizdə şəhər əhalisinin artım dinamikası 1997-ci ildən sonra azalma ilə müşahidə olunur. Cədvəldən göründüyü kimi, 2007-ci ildə respublikada fəaliyyət göstərən təsərrüfat subyektlərinin ümumi sayının 50% qeyd etdiyimiz şəhərlərin payına düşür ki, bunun da böyük hissəsi Bakı şəhərindədir. Digər tərəfdən ümumi məhsul buraxılışında Bakı şəhərinin 80,8% bərabər olan payı əsasən neft amilinin Azərbaycan iqtisadiyyatındakı əsas mövqeyi ilə izah oluna bilər. Eyni səbəbdəndir ki, sənaye məhsulunun istehsalında, pərakəndə əmtəə dövriyyəsində və əsas kapitala investisiyalarda Bakı şəhəri əsas paya malikdir.
Sənaye şəhərlərininı onların sosial-iqtisadi səviyyəsinə görə, ranqlaşdırılması konkret regionun inkişafı və bu əsnada yürüdülən iqtisadi siyasət baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, konkret şəhərin müəyyən meyarlar (kriteriyalar) əsasında aparılmış ranqlaşdırma nəticəsində tutduğu mövqe həmin şəhərin inkişafı üçün yürüdüləcək sosial-iqtisadi siyasətin forma və məzmununu müəyyən edir. Dissertasiya işində 27 göstərici əsasında BMT İP tərəfindən təklif edilmiş metodologiya əsasında Azərbaycanda sənaye şəhərləri ranqlaşdırılmışdır.



Burada, Ii- i göstəricisinin inkişaf indeksi, Xi- i göstəricisinin qiyməti, Xmin- i göstəricisinin minimum qiyməti, Xmax - i göstəricisinin maksimum qiymətidir.

Yüklə 261,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin