Şəkil 1
Azərbaycanda sənaye şəhərlərinin reytinq sırası
Alınmış nəticələrdən də göründüyü kimi 2009-cu ildə sosial-iqtisadi inkişaf səviyyəsinə görə reytinqin birinci pilləsində Bakı şəhəri, sonuncu pillədə isə Naftalan şəhəri dayanır (şəkil 1).
Bakı aqlomerasiyasının inkişafında müəssisələrin bura təmərküzləşməsi və bununla əlaqədar məhsuldar qüvvələrin axını nəticəsi olaraq urbanizasiyanın sürətlənməsini müşahidə etmək olar. Lakin bu tendensiya regionların sosial-iqtisadi inkişafı baxımından heç də ürəkaçan deyil. Bu baxımdan, regionlarda mövcud olan sənaye şəhərlərinin inkişaf etdirilməsi iri şəhərlərin çox yüklənməsinin və məhsuldar qüvvələrin mərkəzə inteqrasiyasının qarşısının alınması, qeyri-neft sektorunun inkişafının, regionların mövcud potensialının istifadəsi nökteyi nəzərindən məqsədəuyğundur.
Dissertasiya işinin ikinci fəsli “Sumqayit şəhərinin sosial-iqtisadi inkişafinin müasir vəziyyətinin təhlili və inkişaf imkanlarinin qiymətləndirilməsi” adlanır. Bu fəsildə Sumqayıt şəhərinin sosial-iqtisadi və ekoloji xarakteristikası, iqtisadi inkişafının mövcud vəziyyətinin təhlili, sosial infrastukturunun vəziyyəti və onun inkişaf imkanları tədqiq olunmişdur.
Paytaxt Bakı şəhərinin yaxınlığında yerləşməsi və böyük sənaye potensialı, Sumqayıt şəhərində əhalinin məskunlaşmasında əhəmiyyətli səbəb kimi göstərmək olar. Təsadüfi deyildir ki, Sumqayıt şəhərinin tikintisi zamanı əsrin sonuna qədər burada əhalinin sayının 150 min olması nəzərdə tutulurdusa, hal-hazırda bu rəqəm iki dəfə fərqlənir.
Cədvəl 1
Sumqayıt şəhərində əhalinin sayı (ilin sonuna, min nəfərlə)
|
1995
|
2005
|
2006
|
2007
|
2008
|
2009
|
Sumqayıt şəhəri
|
277,7
|
292,5
|
294,4
|
296,9
|
308,7
|
312,0
|
Ölkə üzrə göstəricidə payı, faiz
|
3,6
|
3,4
|
3,4
|
3,4
|
3,5
|
3,5
|
Abşeron İR üzrə göstəricidə payı, faiz
|
75,4
|
78,0
|
77,8
|
76,4
|
60,2
|
60,3
|
Mənbə: ADSK
Sumqayıt şəhərinin əhalisi 2009-ci ilin sonuna 312 min nəfər olmaqla, ölkə əhalisinin 3,5 faizini, region əhalisinin isə 60,3 faizini təşkil edir. 1995-ci ildə region üzrə göstəriciyə nisbətən 2009-cu ildə azalma Abşeron rayonunda əhalinin miqrasiya hesabına kəskin artımının nəticəsidir. 2009-cu ildə 1995-ci ilə nisbətən əhalinin artımı 12,4 faiz təşkil etmişdir ki, ölkə üzrə müvafiq göstərici 16,5 faiz təşkil edir.
Cədvəl 2
Sumqayıt şəhərinin əsas sosial-iqtisadi göstəriciləri
|
Şəhər üzrə göstərici
|
Ölkə üzrə göstəricidə payı, faiz
|
Region üzrə göstəricidə payı, faiz
|
Ərazi, min kv.m.
|
0,08
|
0,1
|
2,4
|
01.01.2010-cu ilə əhalinin sayı, min nəfər
|
312
|
3,5
|
60,3
|
Hüquqi şəxslər, nəfər
|
3379
|
3,8
|
66,0
|
Fiziki şəxslər, nəfər
|
15709
|
5,8
|
71,8
|
İqtisadiyyatda muzdla işləyənlərin orta illik sayı, min nəfər
|
55
|
4,0
|
68,8
|
Məhsulun ümumi buraxılışı mlyn. Manat
|
312,5
|
0,8
|
49,8
|
Sənaye məhsulunun həcmi, min manat
|
156685,1
|
0,7
|
62,3
|
Cəmi kənd təsərrüfatı məhsulu, min manat
|
812
|
0,05
|
1,1
|
bitkiçilik
|
246
|
0,02
|
5,4
|
heyvandarlıq
|
566
|
0,1
|
0,8
|
Pərakəndə əmtəə dövriyyəsi, min manat
|
376399,3
|
3,2
|
72,0
|
Əsas kapitala investi-
siyalar, min manat
|
79740,7
|
1,0
|
42,1
|
Mənbə: ADSK
Sumqayıt şəhərində ümumi məhsulunun 2009-cu ildə 50,1 faizi sənayenin, 0,3 faizi kənd təsərrüfatının, 49,6 faizi isə digər sahələrin payına düşmüşdür. 2009-cu ildə 2005-ci ilə nisbətən Sumqayıt şəhərində əsas iqtisadi göstəricilərdə düşüş qeydə alınmışdır. Belə azalma əsasən, dünya maliyyə böhranının nəticəsində həm sənayedə, həm də tikintidə istehsalın azalması ilə əlaqədar olmuşdur. Belə ki, 2009-cu ildə Sumqayıt şəhərində ümumi məhsulunun həcmi 2005-ci ilə nisbətən təqribən 19,8 faiz azalmışdır . Belə azalma Sumqayıt şəhərinin ölkənin ümumi nəhsul buraxılışında payını 2005-ci ildə 1,5 faizdən 2009-cu ildə 0,8 faizə qədər azalmasına səbəb olmuşdur.
Əsasən pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə pullu xidmətlərin həcmi, əmək haqları artmışdır. Əhalinin həyat səviyyəsini xarakterizə edən göstəricilərdən biri də məşğulluğun səviyyəsidir. Muzdla işləyənlərin sayının artması, nəinki ölkə, həm də ayrı-ayrı şəhər və rayonlar üzrə məşğulluğun artırılmasını səbəbləndirir.
Yeni açılmış iş yerləri, nəfərlə
|
Açılmış iş yerlərinin sayı, cəmi
|
ondan daimi iş yerləri:
|
o cümlədən:
|
digər tədbirlər üzrə (mütəlif beynəlxalq və yerli layihələr, mövsümü və abadlıq işləri və.s)
|
yeni yaradılmış müəssisə və təşkilatlarda
|
mövcud müəssisə və təşkilatlarda
|
fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda
|
fiziki şəxslərdə
|
Azərbaycan Respublikası üzrə - cəmi
|
42141
|
35284
|
5397
|
5355
|
220
|
24312
|
6857
|
Abşeron iqtisadi rayonu üzrə - cəmi
|
5382
|
4275
|
377
|
412
|
-
|
3486
|
1107
|
Sumqayıt şəhəri
|
2642
|
2642
|
179
|
358
|
-
|
2105
|
-
|
Mənbə: ADSK
2009-cu ildə Sumqayıt şəhərində 2642 yeni iş yeri anılmışdır ki, onun da 100% daimidir. Onu da qeyd etmək məqsədəuyğun olardı ki, fiziki şəxslər tərəfindən açılmış iş yerlərinin sayı üstünlük təşkil edir. Məşğul olan əhalinin 32% sənayedə, 0,2% kənd təsərrüfatında, 12.6% tikinti, nəqliyyat, ticarət, 0,8% pul-kredit təşkilatlarında, 44.3% səhiyyə, təhsil, mədəniyyət və incəsənətdə və elm səhərlərində, 3,2% mənzil-kommunal təsərrüfatda, 1,8% İdarəetmə orqanlarının aparatında və 5,1% isə digər sahələrdə fəaliyyət göstərir. Rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı 719 nəfərdir. Sumqayıt şəhərində muzdla işləyən işçilərin orta aylıq nominal əmək haqqının artım tempi ölkə üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə geri qalır. Bu isə əsasən, neft və qaz hasilatı və bunlarla əlaqədar sahələrdə orta aylıq əmək haqqı iqtisadiyyat üzrə orta göstəricidən yüksək olması ilə izah olunur.
Respublikanın ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərinin ümumi məhsul buraxılışında sənayenin payı 2009-cu ildə 50,1 faizə 2007-ci ildə 75,2 faizə, 2006-cı ildə 71 faizə bərabər olmuşdur. Lakin bunu da qeyd etmək lazımdır ki, bu nəticələri 1990-cı ilin rəqəmləri ilə müqayisə etdikdə, siyasi-iqtisadi amillərin təsiri nəticəsində ölkə səviyyəsində tənəzzül, Sumqayıt şəhəri üzrə sənaye məhsulunun həcmində təqribən 5 dəfəyə qədər azalmaya səbəb olmuşdur.
Son illər Sumqayıt şəhərində sənaye məhsulunun həcmindəki artım, şəhərin ölkənin sənaye məhsulunda payında əks olunmur. Onu da qeyd edək ki, sənaye istehsalında əvvəlki ilə nisbətən inkişaf dinamikasında da müşahidə olunan azalma, əsasən, yeni yaranan müəssisələlərlə, bağlanan müəssisələr arasındakı fərqlə izah olunur. Eyni zamanda buna səbəb kimi, rəqabətqabiliyyətli mal istehsalında müəssisələrin səviyyəsinin aşağı olması qeyd edərək, bu da son nəticədə, sənaye üzrə hazır məhsul qalığının artımına səbəb olur. Bundan başqa, son illərdə Sumqayıt şəhərində əsasən kiçik müəssisələrin yaradılması və fəaliyyət göstərməsi, maliyyə imkanlarının məhdudluğu, istehsalın texniki-iqtisadi səviyyəsinin aşağı və rəqabətqabiliyyətli məhsul istehsalı imkanlarının zəif olması ilə əlaqədar, müəssisələrin yalnız respublika bazarı təyınatlı məhsul istehsalını təşkil edir. Son illərdə xüsusi bölmənin ümumi daxili məhsulda və sənaye məhsulunda ilbəil artması ölkədə dövlət mülkiyyətinin özəlləşdirilməsi və xüsusi sahibkarlığın inkişafının dəstəklənməsi ilə izah oluna bilər. Amma buna baxmayaraq, Sumqayıt şəhərində hələ də bir sra iri müəssisələrin özəlləşdirilməməsi burada dövlət bölməsinin payını artırır. Sənaye müəssisələrinin sayının artması ilə hər müəssisəyə düşən məhsul istehsalı azalmışdır.
Sumqayıt şəhərində sənayedə çalışanların sayında azalma qeyd olunmuşdur. Əgər 2009-ci illə 2000-ci ili müqayisə etsək burada 27,5 faiz azalma öz növbəsində sənayenin inkişafı baxımından mənfi haldır. Ümumilikdə bu hal nəinki işçı qüvvəsinə, eyni zamanda müəssisələrə də təsir göstərir. Şəhərdə işçi qüvvəsinin azalması və sənaye məhsulunun həcminin artması öz növbəsində əmək məhsuldarlığının artmasına səbəb olmuşdur.
2009-ci ildə Sumqayıt şəhərində sənayedə işləyənlərin orta əmək haqqı 232,3 manat təşkil etməklə əvvəlki illə müqayisədə azalsa da, 2000-ci illə müqayisədə 4,8 dəfə artmasına baxmayaraq, ölkə üzrə göstəricidən nəzərəçarpacaq dərəcədə fərq mövcuddur.
Qeyd etdiyimiz kimi, şəhər sosial strukturun təmərküzləşdiyi məkandır. Şəhərlərdə iqtisadi həyatın təşkilini həyata keçirərkən, istehsalın yerləşdirilməsi, miqrasiya, demoqrafiya, məşğulluğun strukturu, məhsuldar qüvvələrin mobilliyi, ekologiya və digər məsələlərlə yanaşı, şəhər infrastrukturu da əhəmiyyətlidir. Şəhər infrastrukturu bilavasitə sosial sferaya xidmət edir.
Yüksək ixtisaslı kadrların yetişdirilməsi bilavasitə təhsil sisteminin üzərinə düşən məsələ olduğundan, bu sistemin inkişafı öz növbəsində iqtisadi səmərəliliyin əldə edilməsində əhəmiyyətlidir. Elmi-texniki tərəqqi ixtisaslı kadrların mövcudluğunu zəruri edir ki, bu da bilavasitə respublikamızda təhsil sisteminin yüksəldilməsini tələb edir. Belə ki, respublikamızda 1999-cu ildə əhalinin siyahıya alınmasına görə 6 yaşdan yuxarı ümumi əhalinin savadlılıq səviyyəsi 87,6 faiz olmasına baxmayaraq, elmi-texniki tərəqqinin ölçü meyarı hesab edilən texnoloji nailiyyətlər indeksi 0,379-a bərabərdir. Bu da istehsal və xidmət sferasında yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında ixtisaslı kadrların çatışmazlığına səbəb olur. Sumqayıt şəhərində 2009-cu ildə 17 xəstəxana, 29 ambulator klinika, 57 məktəbəqədər müəssisə, 51 məktəb, 20 kitabxana, 1 informasiya təlim mərkəzi, 2 muzey, 1 teatr, 4 kino-teatr və 2 mədəniyyət və istirahət parkı və digər sosial obyektlər fəaliyyət göstərir. Onların əsaslı təmiri yüksək xidmət göstərmələri üçün stimul ola bilər. Bundan başqa, Sumqayıt şəhərində ölkə əhəmiyyətli 1 arxeoloji, 1 bağ-park, monumental və xatirə tipli abidələr, yerli əhəmiyyətli 3 memarlıq, 1 arxeoloji, 3 bağ-park, monumental və xatirə tipli abidələr mövcuddur.
İşin «Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının perspektivləri» adlı üçüncü fəslində tədqiqat obyekti seçilən şəhərdə iqtisadi inkişafın yüksəldilməsi imkanları və onların reallaşdırılması yolları, sosial inkişafın sürətləndirilməsi istiqamətləri müəyyən olunmuşdur.
İstənilən region üçün sənayenin inkişafının əhəmiyyət kəsb etməsi əsasən onun məşğulluq probleminin həllinə kömək etməsi, mineral-xammal resurslarına əsaslanan sənaye sahələrinin, kənd təsərrüfatı xammalının emalına xidmət edən müəssisələrinin yaradılması bu sahənin inkişafına səbəb olması, əhalinin sənaye məhsullarına olan tələbatı ödənilməsi, regionlararası və regiondaxili iqtisadi əlaqələr, o cümlədən xarici iqtisadi əlaqələr təkmilləşməsi və son nəticədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə xarakterizə olunur. Respublikamızda yüksək inkişaf potensiyalına malik sənaye mərkəzi olan Sumqayıt şəhərində iqtisadi artım və struktur siyasəti iqtisadi inkişafın və insanların həyatının bütün tərəflərini əhatə etməlidir. Ölkədə gedən sosial-iqtisadi inkişaf Sumqayıt şəhərinə öz təsirini göstərmişdir ki, bu da özünü iqtisadi və invesisiya fəallığnda özünü göstərir. Sumqayıt şəhərinə investisiyaların cəlb edilməsi mexanizmlərinin realizə edilməsi istiqamətində əsas vəzifələr investisiyaların cəlb edilməsi üzrə fəaliyyətin təşkilati, informasiya və metodoloji müşayiətinin təmin edilməsidir. İnvestisiya cəlbediciliyinin yüksəldilməsi, şəhərin inkişaf proqramının (investisiyaların cəlb edilməsi strategiyasının) uğurlu reallaşdırılması əsasən investisiya prosesinin idarə edilməsinin balanslaşdırılmış sisteminin mövcudluğu və fəaliyyəti ilə müəyyən olunur. Bu gün şəhərdə olan investisiyaların cəlb edilməsi formatı dövlət sektorunda bu sahədə kifayət qədər təcrübənin və maddi-texniki təminatın çatışmaması səbəbindən investisiya fəaliyyətinin inkişafı məsələlərini operativ həll etməyə imkan vermir. Buna görə də hesab edirik ki, beynəlxalq təcrübəyə uyğun olaraq şəhərdə investisiyaların cəlb edilməsi prosesinin idarə edilməsinin xüsusi modelinin yaradılması zəruridir.
Müasir şəraitdə dövlət Sumqayıt şəhərində sosial-iqtisadi inkişafa nail olmaq məqsədi ilə özəl bölmənin inkişafını stimullaşdırmalı, dövlət tənzimlənməsi vasitələrindən səmərəli istifadə etməli, münasib bazar və istehsal infrastrukturlarının formalaşdırılması və təsərrüfat subyektlərinə səmərəli fəaliyyəti üçün zəruri olan xidmət sahələrinin inkişafı istiqamətində kömək göstərməlidir. Qeyd edilənlərlə yanaşı, dövlət yeni müəssisələrin yaradılmasında və onların inkişaf etdirilməsində iştirak edə bilər və ya bəzi müəssisələr tamamilə dövlət mülkiyyətində yaradıla bilər. təhlil göstərir ki, müasir dövrdə (xüsusilə, regionlarda) xüsusi sahibkarlıq ölkənin iqtisadi inkişafı qarşısında duran bir çox məsələləri həll etmək iqtidarında deyildir. Bu baxımdan, dövlət, özünün səfərbəredici imkanlarından istifadə edərək, iqtisadi inkişafa əhəmiyyətli təsir göstərən iri müəssisələri dövlət mülkiyyətində və sahibkarlarla əməkdaşlıq şəklində yarada bilər. Qeyd edilən vəzifələr içərisində mühüm əhəmiyyət kəsb edəni işgüzar təşəbbüslərin artımına səbəb olacaq əlverişli sahibkarlıq mühitinin yaradılması yolu ilə özəl sektorun fəaliyyətini, yeni müəssisələrin yaradılmasını stimullaşdırmaq və onların fəaliyyətini dəstəkləməkdir.
Sumqayıt şəhərində mövcud sənaye müəssisələrinin əksəriyyətinin uzun müddət işləməməsi və maliyyə çətinlikləri ilə əlaqədar onların texniki-iqtisadi səviyyəsinin aşağı düşməsi bu müəssisələrin bəzilərinin profilinin dəyişdirilməsini, bəzilərinin isə köklü şəkildə yenidən qurulmasını tələb edir. Sənaye müəssisələrinin yenidən qurulmasına mane olan əsas amillər ilk növbədə yerli sahibkarlığın zəif inkişaf etməsidir. Sahibkarların maliyyə imkanlarının məhdudluğu, həmçinin onların biliklərinin xarici bazarlarda səmərəli fəaliyyət baxımından arzuolunan səviyyəyə çatmaması xarici ticarətdən asılı sənaye müəssisələrinin bərpasına maneəçilik törədən amillərdəndir. Təhlil göstərir ki, sənaye müəssisələrinin əksəriyyəti (kimya və metallurgiya müəssisələri istisna olmaqla) daxili bazara istiqamətlənmişdir. Belə şəraitdə, dövlət özünün səfərbəredici imkanlarından istifadə etməli və şəhərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən müəssisələrin inkişafı istiqamətində tədbirlər həyata keçirməlidir.
Sumqayıt şəhərində yerli əhalinin istehlak qabiliyyətliliyinin və məşğulluğunun təmin edilməsinin zəruriliyini nəzərə alaraq, yüngül sənayenin tikiş, toxuculuq, trikotaj sahələrinin inkişaf etdirilməsi məqsədəuyğundur.
Sumqayıt şəhərində real sektorun prioritet sahələrinin inkişafı və məhsulların rəqabətqabiliyyətinin artırılması innovasiya tədbirlərinin həyata keçirilməsindən birbaşa asılıdır. Fikrimizcə, müəssisələrin mövcud vəziyyətini nəzərə almaqla innovasiyaların tətbiqinə geniş şəraitin yaradılması üçün aşağıdakı istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
- innovasiyaların tətbiqinin kompleks dəstəklənməsi və istehsal edilən məhsulların rəqabətqabiliyyətinin artırılması sisteminin yaradılması;
- informasiya təminatı sistemi, ekspertiza sistemi, maliyyə sistemi və eləcə də kadrların hazırlanması da daxil olmaqla innovasiya prosesinin infrastrukturunun inkişafı;
- istehsalın səmərəliliyinə və rəqabətqabiliyyətinə əhəmiyyətli təsir göstərən uyğun sahələrdə yeni texnologiyalara keçidin təmin edilməsi.
Azərbaycanda qeyri-neft sektorunda istehsal səviyyəsini qaldırmaq, işsizlik səviyyəsinin azaldılması, idarəetmə sisteminin təkmilləşdirilməsi, əhalinin alıcılıq qabiliyyətinin artırılması, lazımi iqtisadi şəraitin yaradlması kompleks tədbirlərin həyata keçirilməsini zəruri edir
Hər bir regionun inkişafında nəqliyyat sektoru, xüsusilə avtomobil nəqliyyatı mühüm rol oynayır. Buna görə də Sumqayıt şəhərində fəaliyyət göstərən bütün nəqliyyat növlərinin və müvafiq infrastrukturların müasir standartlara uyğun təkmilləşdirilməsi zəruridir. Dəmir yolu stansiyalarında yüklərin ötürülməsini təmin etmək üçün stansiyalardaxili dəmir yollarının təkmilləşdirilməsi və mexanik-ləşdirməsinin genişmiqyaslı tətbiqi həyata keçirilməlidir.
Sumqayıt şəhərində sosial-iqtisadi inkişafa, əlverişli sahibkarlıq mühitinin yaranmasına nail olmaq üçün bazar və istehsal infrastrukturu sahələrinin inkişaf etdirilməsi zəruridir və aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
Müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşması və inkişafı yerli təchizat-satış fəaliyyətinin səmərəliliyindən də əhəmiyyətli dərəcədə asılıdır. Bununla əlaqədar olaraq, Sumqayıt şəhərində təchizat-satış işinin düzgün qurulması və inkişaf etdirilməsi.
Şəhər iqtisadiyyatının maliyyə-kredit mexanizmlərinin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində bank sektorunun fəaliyyətini təkmilləşdirmək zəruridir. Ölkədə makroiqtisadi inkişafın təmin edilməsi, əhalinin real pul gəlirlərinin artım tendensiyası, regionların sosial-iqtisadi inkişafı üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, azad sahibkarlığın və rəqabətin genişləndirilməsi, bütövlükdə real sektorun, ticarət və xidmət sektorlarının inkişafı maliyyə bazarının inkişafı üçün zəmin yaradır. Sumqayıt şəhərində sığorta sektorunun inkişaf etdirilməsi problemləri spesifik deyil, əhali gəlirlərinin səviyyəsi və real sektorun inkişafı ilə xarakterizə olunur
Dövlət büdcəsi sahəsində mövcud olan problemlər əsasən real sektorla sıx bağlı olduğundan, onların həlli bir növ real sektorun inkişafından asılıdır. Bu baxımdan Sumqayıt şəhərinin mərkəzi büdcədən asılılığının çox yüksək olması əslində regionda real sektorun zəif inkişafı ilə əlaqədardır.
Şəhərin fiskal sektorunun ən vacib və maraqlı cəhətlərdən biri də büdcə proqnozlarının icra səviyyəsi ilə bağlıdır. Yerli gəlirlərin yüksək səviyyədə icra olunması onun real artımı deməkdir ki, bu da şəhər büdcəsinin mərkəzi dotasiyalardan asılılığının aradan qaldırılmasının ən ümdə şərtlərindən biridir.
Sumqayıt şəhərində bələdiyyələrin maliyyəsi ilə bağlı apardığımız təhlillər, bu sektorda mövcud olan problemlərin, ümumiyyətlə, daha çox bələdiyyə sisteminin özü ilə bağlı çatışmazlıqlarla əlaqədar olduğunu göstərir. Bələdiyyələr öz maliyyə imkanlarını formalaşdırmadıqları halda, dövlət büdcəsindən bələdiyyə büdcələrinə ayrılan dotasiyaların həcmi azaldılmamalıdır.
Sumqayıt şəhərində sosial sahənin inkişafı təhsil sistemində və səhiyyə sistemində yeni binaların tikintisi və ya köhnə binaların təmiri, təhsil və xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə maddi-texniki baza ilə təminat, kadrların ixtisas səviyyəsinin yüksəldilməsi və s. tədbirlərin həyata keçirilməsi zəruridir. Abşeronun bütün dənizkənarı ərazisi istirahət, müalicə və turizmin təşkili üçün zəruri təbii və iqtisadi resurslara malikdir. Abşeron iqtisadi rayonunda yerləşən və gələcəkdə tikilib istifadəyə veriləcək turizm müəssisələrində turistlərin istirahətinin maksimum təmin edilməsi üçün ideal şəraitin yaradılmasını nəzərə alaraq, burada müasir tələblərə cavab verən mehmanxanaların tikilməsi məqsədəuyğun sayılır.
Sumqayıt şəhərində əhalinin təbii artımı və real işsizlik səviyyəsi məşğulluq probleminin həllini daha da aktuallaşdırır. Bu problemin həlli birbaşa olaraq real sektorun inkişafının, yəni, yeni müəssisələrin yaradılması və mövcud müəssisələrin təkmilləşdirərək inkişaf etdirilməsi, məhsulun ixracının genişləndirilməsi, mənfəətin reinvestisiyası, yəni yığım prosesinin stimullaşdırılması, iqtisadiyyatın sahə quruluşunun təkmilləşdirilməsindən asılıdır.
Dissertasiya işinin əsas müddəaları və işlənib hazırlanan əməli xarakterli tövsiyələr dərc olunmuş aşağıdakı elmi əsərlərdə öz əksini tapmışdır:
Məmmədov B.Ə. Keçid iqtisadiyyatlı ölkələrdə korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən bəzi islahatlar. Azərbaycan İqtisadçılar İttifaqının və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi–praktik konfrans. Bakı, 2008, s. 178.
Məmmədov B.Ə. Ölkənin sosial-iqtisadi inkişafında şənaye çəhərlərinin rolu. AMEA-nın İqtisadiyyat İnstitutu, “Elmi əsərlər” I buraxılış, Bakı, 2009, s. 341-345.
Məmmədov B.Ə. Sosial–iqtisadi inkişafda şəhərlərin xüsusiyyətləri. AR Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi. Azərbaycan Elmi-Tədqiqat Kənd təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu “Elmi əsəsrləri” II buraxılış, Bakı, 2009, s. 122-124.
Məmmədov B.Ə. Sənaye şəhərinin infrastrukturunun yaradılması və ona təsir edən amillərin təhlili. AMEA-nın «Xəbərləri», «İqtisadiyyat elmləri» seriyası №2. Bakı, «Elm», 2009, s.178-181.
Məmmədov B.Ə. Cəmiyyətin sosial-iqtisadi inkişafında urbanizasiya amili. AR Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi. Azərbaycan Elmi-Tədqiqat Kənd təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu “Elmi əsəsrləri” III buraxılış, Bakı, 2009, s. 97-99.
Мамедов Б.А. Роль промышленности в развитии городов в Азербайджане. «Экономика и производство» журнал организаторов производство №5, Москва, 2009.
Məmmədov B.Ə. Azərbaycanda modernləşdirilmiş sənaye iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi. AMEA İqtisadiyyat İnstitutu və İİN İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda milli iqtisadiyyatın modernləşmə problemləri: mövcud vəziyyət və gələcək prespektivlər” mövzusunda elmi-praktik konfrans. Məruzə. Bakı, 2011.
Məmmədov B.Ə. İnnovasiyali iqtisadiyyatin şəhərlərin inkişafina təsiri. AMEA-nın «Xəbərləri», «İqtisadiyyat elmləri» seriyası №4. Bakı, «Elm», 2010.
Мамедов Б.А. Tекущее состояние и перспективы развития экономики города Cумгаит. Межрегиональная общественная организация "Фонд развития науки и культуры" Журнал «Перспективы науки». Mартовский номер, Тамбов, 2011. (Nəşr olunmaqdadır)
Dostları ilə paylaş: |