verilib, yoxsa müdir kiməsə verib. Belə yalnışılıq cümlələrdə də ola bilər. Bəzən cümlə də
fərqli şəkildə başa düşülə bilər.
Dəqiqlik keyfiyyətinin nitq mədəniyyəti üçün rolu böyükdür. Antik dövrün alimləri bu
keyfiyyəti yüksək qiymətləndiriblər. Onların fikrincə, nitq dəqiq olmasa, natiq, danışan
məqsədinə çatmaz. Məhz ilk dəfə o dövrün alimləri nitqin dəqiqliyini fikrin dəqiqliyi,
ardıcıllığı ilə bağlamışlar. Bu keyfiyyət nitqdə ən əvvəl dilin leksik sistemi ilə əlaqədardır, yəni
sözlərin və ifadələrin mənaları adlandırdıqları əşya və hadisələrə tam uyğun olmalıdır. Bu işdə
əsas ağırlıq söz sırasının pozulmamasını, köməkçi nitq hissələri və ara sözlərin yerli-yerində
işlənməsini, sözlər, birləşmələr və cümlələr arasında fikir əlaqəsini, mətnin abzaslara
parçalanmasını, əsərin kompozisiyasının mükəmməl quruluşunu tələb edir.
Dostları ilə paylaş: