Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə92/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   178
I CİLD (2)

. Düzgün nitq.
Düzgün nitqin başlıca tələbi ədəbi dilin normalarına riayət etməkdir. 
2. 
Kamil nitq.
Kamil nitqi xarakterizə edən amillər: nitqin aydınlığı, nitqin yığcamlığı, 
nitqin təmizliyi, nitqin düzgünlüyü, nitqin sadəliyi, nitqin zənginliyi, nitqin orijinallığı, nitqin 
münqasibliyi, nitqin rabitəliyi, nitqin ifadəliliyi və s. Kamil nitqi xarakterizə edən amillər 
mədəni nitqə verilən tələblərin şərtini ödəyir. 
Bu keyfiyyətlərin hər birinə ayrı-ayrılıqda nəzər yetirərək onların nitqdəki mövqeyini 
müəyyən etmək olar. 


Mədəni nitqə verilən tələblər 
Nitq mədəniyyəti müəyyən prinsiplərə tabedir. Bu prinsiplər normativ nitq anlayışını 
müəyyən edir. Belə ki, nitq düzgün, dəqiq, məntiqli, aydın, rəngarəng, münasib, məqsədli və 
s. olmalıdır. Fikrin ifadəsi üçün bu keyfiyyətlərin dialektik vəhdəti əsas şərtlərdəndir. Həmin 
keyfiyyətlərin əmələ gəlməsində dilin bütün səviyyələri yaxından iştirak edir: həm fonetika, 
həm qrammatika, həm də intonasiya. Bununla belə, bu və ya digər keyfiyyətin meydana 
çıxmasında dilin bu və ya digər səviyyəsinin üzərinə daha çox ağırlıq düşür. 
Məsələn, 
nitqin ifadəliliyi, obrazlılığı, emosionallığı
danışan və yazanın özünü ifadə 
etməsinə xidmət edir,

münasiblik
dil və nitq vasitələrindən istifadənin nə dərəcədə məqsədəuyğun olduğunu,
məntiqilik
və 
dəqiqlik,
məlumatın verilməsinin strukturunu müəyyən edir,
nitqin düzgünlüyü
və 
təmizliyi 
anlaşmaya xidmət edir.
Nitqin ən başlıca keyfiyyəti isə onun 
zənginliyidir.
Nitqin zənginliyi 
müəllifin müxtəlif 
dil və nitq vasitələrindən istifadə etmək bacarığı, onun ümumi mədəniyyətinin yüksək 
səviyyəsidir. 
Dilin zənginliyi dilin bütün səviyyə vahidlərinin müxtəlifliyidir. Dilin zənginliyi nitqin 
zənginliyi üçün əsas, eyni zamanda ümumi mədəniyyətin, eləcə də ünsiyyət mədəniyyətinin 
göstəricisidir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin