Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   178
I CİLD (2)

mənəvi mədəniyyət
isə şüur, mənəvi 
istehsal (idrak, mənəviyyat, tərbiyə və maarif, hüquq, fəlsəfə, elm, incəsənət, mifologiya, dil 
və b.) sahələrini əhatə edir” (2,480). 
Mədəniyyət
termini dar mənada yalnız adamların mənəvi həyat sahəsinə aid edilir. Eyni 
zamanda termin həm də xalqın mənəvi həyatını – dilini, bədii ədəbiyyatını, tarixini
incəsənətini əks etdirir. Bu anlayışların sintezi xalqın milliyətini təmsil edir. Lakin xalqın 
mənəvi həyatı onun iqtisadi və ictimai həyatı ilə bağlı olduğuna görə hər ikisi birləşmiş şəkildə 
milli mədəniyyətin yaranmasına xidmət edir. Bu proses ən əvvəl dil vasitəsi ilə gerçəkləşdiyi 
üçün birinci növbədə məhz dildə öz əksini tapır. Xalqın ümumi inkişafı ilə əlaqədar ən əsas 
ünsiyyət vasitəsi olan milli dil hər cəhətdən zənginləşir, formalaşır, yetkinləşir, dolğunlaşır. 
Milli dil zəngin lüğət tərkibini, yetgin semantikanı, mürəkkəb sintaksisi və müxtəlif çalarlı, 
çeşidli intonasiyanı özündə cəmləşdirir. Bu zənginlik isə dil mədəniyyətinin əsasını təşkil edir. 
A.Tolstoy vaxtilə yazırdı: “Təkcə ideyaları, anlayışları yox, həm də ən mürəkkəb, ən incə 
çalarlı lövhələri sözlərlə verə bilirəm. Belə çıxır ki, sanki insan beynində nəsə minlərlə, bəlkə 
milyonlarla klavişlər var, danışan insan da elə bil gözəgörünməz barmaqları ilə beyin 
klaviaturunda çalır, qulaq asanın başında isə həmin simfoniya yaranır. Bax, gör dil necə 
mürəkkəb bir şeydir. Dil bəşəriyyətin ən yüksək mədəniyyətidir”.


Məlumdur ki, dil öz-özlüyündə nə inkişaf edir, nə də zənginləşir. Bu proses nitq sayəsində 
reallaşır. Çünki dil sistemdir, həm də olduqca mürəkkəb bir sistem. Dil fonetika, morfologiya, 
leksika, sintaksis və üslublardan ibarət sistemlər sistemidir. Bu mürəkkəb sistemi hərəkətə 
gətirən, işə cəlb edən nitqdir. Nitq dilin fəaliyyət formasıdır. Məhz həmin fəaliyyət 
prosesində dil tərəqqi edir, çox növlü, çeşidli və rəngarəng ifadə imkanlarına nail olur, yəni 
şəraitdən asılı, məlumatın xarakterinə uyğun vəziyyət və üsluba müvafiq nitq bu dil 
sistemindən hər dəfə zəruri leksik və qrammatik vasitələri seçib fikrin ifadəsini təmin edir
ünsiyyətin yaranmasına səbəb olur. Ona görə də dil nə qədər zəngin olsa, bir o qədər də nitq 
üçün əlverişlidir, faydalıdır. Çünki məhz dil nitqin zənginliyini təmin edir. Eyni zamanda nitq 
də öz növbəsində dili daima zənginləşdirir, onun ifadəlilik imkanlarını artırır, genişləndirir. 
Ona görə dil və nitq dialektik bir vəhdət, birlik təşkil edir. Dilin və nitqin ayrılmaz rabitəsi 
əsasında dil mədəniyyəti yaranır, dil mədəniyyəti üzərində isə nitq mədəniyyəti. 
Yalnız yüksək və zəngin dil mədəniyyətinə sahib olan dilin nitq mədəniyyəti mövcuddur. 
Dünyanın zəngin və qədim dillərindən biri sayılan Azərbaycan dilinin dil mədəniyyəti olduğu 
üçün yüksək nitq mədəniyyəti var və onun tarixi qədimdir. İnsan fəaliyyətinin ictimai 
sahələrinə uyğun müxtəlif üslublarda, məsələn, danışıq-məişət, rəsmi-işgüzar, elmi, publisistik, 
bədii üslublarda çıxış edən ədəbi dilimizin nüfuz dairəsi gündən-günə genişlənməkdədir. İndi 
dünya ədəbiyyatının ən dəyərli əsərləri dilimizə tərcümə edilmiş, dilimizin qrammatik quruluşu 
haqqında saysız-hesabsız araşdırmalar aparılmış, müxtəlif lüğətlər nəşr edilmiş, orfoqrafiya və 
orfoepiya qaydaları, ədəbi normaları əsasən təyin edilmişdir. Hal-hazırda tamamilə milli 
dilimizdə yayımlanan radio və televiziya verilişləri nitq mədəniyyətinin, xüsusilə də şifahi 
nitqin inkişafında müsbət rol oynayır. Nitq mədəniyyətinin ümumi inkişafı isə ilk növbədə 
bədii üslubla, bədii yaradıcılıqla sıx şəkildə əlaqəli olduğu üçün ayrı-ayrı yazıçı və şairlərin 
nitqi bədii üslubu zənginləşdirərək, ədəbi dilimizin də ümumi inkişafına kömək göstərir. Bu 
həm yazılı, həm şifahi şəkildə baş verir. Bunun nəticəsi olaraq ədəbi dil mədəniyyəti yüksək 
bir formada zənginləşərək nitq mədəniyyətinin inkişafını istiqamətləndirir, onun daha böyük 
nailiyyətlər qazanmasına imkan yaradır. 
Nitq mədəniyyəti bir elm kimi dilçiliyin yeni bir sahəsidir. Bu sahə yalnız son zamanlar 
müntəzəm şəkildə öyrənilir. Uzun illər dilçiliyin bu sahəsi gah üslubiyyat, gah da natiqlik sənəti 
ilə qarışdırılırdı. Ancaq XX əsrin 50-ci illərində “Вопросы языкознания” jurnalının 
səhifələrində uzun-uzadı gedən müzakirələrdən sonra bu iki elmin, yəni, dilçilik üslubiyyatı və 
nitq mədəniyyətinin tədqiqat obyekti, məqsəd və vəzifələri müəyyənləşdirildi. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin