sözdən düzgün istifadə norması
adlanır. Təəssüf ki,
hələ də dilimizdə sözdən mənasına uyğun olmayan şəkildə işlədilir.Məsələn, təsvir, təsəvvür
sözlərinin qarışdırılması, “belə deyək”, “nöqteyi-nəzər”, “ən əsası” və s. kimi söz
birləşmələrinin işlədilməsi ədəbi dil normasına görə qüsur hesab olunur.
Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu
yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən
mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz
şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada
işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi-leksik
norma pozulacaq.
Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.
Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlərdə də çox ehtiyatlı olmağı
tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan
edir.
Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional
işlədilməsi də leksik normanın tələblərindəndir.
Dil sünilik sevmir, onun qanunlarından kənara çıxmaq, öz təbii axarından çıxarıb,
məcrasını dəyişmək olmaz. Müstəqillik illərində dilimizə saysız-hesabsız sözlər, terminlər
daxil olmağa başladı. Bu təbiidir. Lakin bəzən yeri gəldi-gəlmədi, ehtiyac oldu-olmadı dildə
yeni sözlər işlədilir. Məsələn, müvəffəqiyyət əvəzinə başarı, müstəqillik əvəzinə bağımsızlıq,
yazıçı əvəzinə yazar, nömrəli əvəzinə saylı, orijinal əvəzinə özgün və s.
Lakin dilin öz qanunları var. O özünəuyğun olanı “seçir”, qalanlarını unudur.
Müvəffəqiyyət
sözünün əvəzinə
“başarı”,
işlənməsi “təkid olunsa da”
uğur
sözü daha geniş
yayıldı, çünki, bu söz xalq dilindən gəlirdi.
Müstəqillik əvəzinə “bağımsızlıq” sözün də dil qəbul etmədi, əslində bağımsızlıq
sözünün dilimizdə başqa məna yükü var. Yaxud
Dostları ilə paylaş: |