Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə83/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   178
I CİLD (2)

Orfoepik normalar.
Dilin orfoepik normaları şifahi nitqlə tənzimlənir, bu proses 
birdən-birə deyil, tarixən formalaşır, sabitləşir, milli dilin norması kimi müəyyən olunur. 
Orfoepik normalara uyğun tələffüz ünsiyyət prosesini sadə və anlaşıqlı edir. Müasir 
dövrümüzdə şifahi nitqin cəmiyyətdə geniş ünsiyyət vasitəsi kimi rolunun artması, elmi 
məclislərdə, qurultay, konfrans və yığıncaqlarda ondan istifadə düzgün tələffüzün sosial rolunu 
artırmışdır. Düzgün ədəbi tələffüz qaydaları hansılardır? 
Ümumiyyətlə, orfoepiya müxtəlif məqam və şəraitdə işlənən sözlərin qabığını təşkil 
edən səslərin yerinə görə necə, hansı məxrəcdə, hansı çalarlıqda tələffüz normaları sistemidir 
(3,188).
Azərbaycan dilçiliyində orfoepik normalara aid bəzi tədqiqatlar aparılmışdır.
Müasir Azərbaycan dilinin 
orfoepik qaydalarına sait və samitlərin (fonemlərin) 
tələffüzü, qrafik şəraitdə tələffüz, morfoloji şəraitdə tələffüz, sintaktik şəraitdə tələffüz 
daxildir.
Fonemlərin tələffüzünə aid normalara
saitlərin uzun, qısa, uca, alçaq tələffüzü, 
samitlərin karlaşması və cingiltiləşməsi, tələffüz zamanı səsin düşməsi və s. daxildir.
Saitlərin orfoepik normalarının
müəyyənləşdirilməsi başlıca şərtdir. Saitlər dilin 
lüğət və qrammatik vahidlərini formalaşdırıb təzahür etdirən mühüm fonetik ünsürlərdir. 
Saitlərlə bağlı qanunlardan olan saitlər ahəngi, saitlərlə samitlərin ahəngi qanunlarının məna 
və ahəngdarlıq baxımından, məsələn, şəkilçilərin yazılış və tələffüzündə çox mühüm rolu var.
Ədəbi tələffüzdə sözlərin düzgün tələffüzü ilə yanaşı, ifadə və cümlələrin də tələffüzü 
nəzərdə tutulur. Burada da saitlərin rolu böyükdür. Çünki vurğu və intonasiya ilə əlaqədar
saitlərin vurğulu, vurğusuz, ucadan,alçaqdan, uzun, qısa və s. tələffüzü əsasdır.
Samitlərin tələffüzü
də orfoepik normalar baxımından zəruridir. Ə.Dəmirçizadə 
samitləri dilin maddi vəsaiti, saitləri isə dilin formalaşdırıcı vəsaiti adlandırır (5,187). 
Samitlərin dəyişməsi dilin əsas vahidləri hesab olunan sözlərin dəyişməsinə, bu isə sözlərlə
ifadə olunan mənaların dəyişməsinə səbəb olur: at, ad, al, az, aş, as, aç, ac, ar, an və s. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin