Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Ədəbi dilin normalarının əsas xarakteristikası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   178
I CİLD (2)

Ədəbi dilin normalarının əsas xarakteristikası 
Ədəbi dili xarakterizə edən başlıca keyfiyyət onun müəyyən normalara malik olmasıdır. 
Müasir Azərbaycan ədəbi dili dünyanın inkişaf etmiş dillərindən biri kimi sabit normalara 
malikdir. Bu normalar müəyyən tarixi təkamülün nəticəsidir. Ədəbi dilin normaları dilin daxili 
quruluşunun əsasını təşkil edən səs tərkibi, lüğət tərkibi və qrammatikasına uyğundur. 
Ə.Dəmirçizadə dilin normalarından danışarkən yazır: “Dil normaları dilin daxili inkişaf 
qanunlarına uyğun gələn və həmin dildə danışanlar arasında məqbul sayılıb ümumiləşmiş olan 
qaydalardan ibarətdir” (4,13). O göstərir ki, ədəbi dilin özünəməxsus xüsusiyyətlərindən biri 


onun müəyyən bir qaydaya salınan normalarının olmasıdır. Ədəbi dil bu normalara sahib 
olmaqla ümumxalq dilindən və eyni zamanda dialektlərdən fərqlənir. Ə.Dəmirçizadə ədəbi 
dilin inkişafı ilə əlaqədar normaların da dəyişdiyini qeyd edir: “Dil, onu yaradan və yaşadanlara 
xidmət edən ünsiyyət vasitəsi olduğu üçün, onun qayda-qanunları da həmin dildə danışanların 
inkişafı ilə əlaqədar sürətlə inkişaf edir və təkmilləşir. Məhz buna görə də bu və ya digər bir 
dilin normalarını müəyyən etmək üçün həmin dildən istifadə edənlərin nəyi məqbul sayıb-
saymadıqlarını hesaba almaq zəruridir” (4,13).
Normalar məsələsi bir tərəfdən müstəqil elm sahəsi kimi nitq mədəniyyəti, digər 
tərəfdən üslubiyyatla sıx əlaqədardır. Bunlar yalnız elmi cəhətdən deyil, xüsusilə dilin 
öyrənilməsi metodikası üçün məsələn, müəyyən sahənin mütəxəssisi üçün nitq səhvlərini 
bilmək, ayırd etmək, onları təkrarlamamaq üçün vacibdir.
Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur: 
1)fonetik normalar: 
a)orfoepik normalar
b) orfoqrafik normalar
3)leksik normalar; 
4)onomastik normalar 
5)semantik normalar 
6)frazeoloji normalar; 
7)derivatoloji normalar; 
8)morfoloji normalar; 
9)sintaktik normalar; 
10)üslubi normalar. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin