Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   178
I CİLD (2)

Yazılı nitqdə norma. 
Yazılı nitqdə norma qəbul edilmiş icbari qaydalarla tənzim 
olunur. Bu onu şifahi nitqdən fərqləndirir. Yazılı nitqdə norma kimi qəbul edilmiş həmin 
qaydalar dilin quruluşunun uzun müddət sabit qalmasını təmin edir. Bununla belə, dilin 
funksional reallığı olan şifahi nitq daim yazılı nitqə təsir edir və yeni normalar əmələ gətirir. 
Bu normalar dilin bütün səviyyələrinə: fonetik, leksik, morfoloji və sintaktik vahidlərə aiddir. 
Məsələn, dildə olan bütün leksik vahidlər fərqli tələffüz olunmasına baxmayaraq, 
vahidlik prinsipinə uyğun olaraq eyni cür yazılır. Alınma sözlərin yazılışında və tələffüzündə 
fonetik, qrafik və orfoqrafik qaydalar tətbiq edilməklə vahid icbari normalar yaradılır .Eləcə 
də morfoloji və sintaktik vahidlərdə də yazı normaları icbari qaydalarla tənzimlənir.
Şifahi nitq normalarının əsasını tarixilik, ardıcıllıq, nitq intensivliyi
;
yazılı nitq normalarının əsasını icbarilik
prinsipi
təşkil edir. Məsələn, hal 
şəkilçilərinin, qoşmaların yazılışında, cümlədə söz sırasının düzülüşü müəyyən normalara 
əsaslanır. Yazılı nitqdə norma dilin strukturunun uzun müddət sabit qalmasını təmin edir.
Ədəbi dildə normanı müəyyən edən meyarlar.
Müasir dilçilikdə norma meyarı 
haqqında anlayışlar tam dəqiqləşdirilməmişdir.
Ədəbi dil normalarının müəyyənləşdirilməsində istifadə olunan meyarlar: 
dürüstlük, 
düzgünlük, dəqiqlik, asanlıq, sadəlik, vahidlik, eynilik, sabitlik, ahəngdarlıq, səlislik, fəsihlik 

davamlılıq.
Bu xüsusiyyətlər ilə şərtlənən ədəbi dil pozulmaz sayılır və pozulmasına yol 
verilmir. 
Ədəbi dil normalarını müəyyən edən 
əsas meyarlar
aşağıdakılardır: 
1.
Təbilik.
Hər bir normanın dil hadisəsinə uyğun olması, onun təbiiliyi ən başlıca 
meyardır. Dilin təbiətinə yad, süni norma dildə sabitləşə bilmir.
2.
İşləklik.
Hər hansı dil hadisəsinin normaya çevrilməsi onun dildə geniş istifadəsi ilə 
bağlıdır, əks halda dil norması nitqdə işlənə bilməz. Bununla belə hər zaman geniş istifadə 
olunan dil hadisəsi də norma hüququ qazanmır.
Dilin sistem təşkil etməsi onun sabitliyinin qorunmasında mühüm rol oynayır.
3.
Sabitlik.
Dil normaları müəyyən zaman kəsiyi üçün müəyyənləşdirilmir. Sabitlik, 
maksimum dəyişilməzlik norma üçün səciyyəvidir. Dil norması, onun xarakteri və formaları 
tarixən dəyişkəndir. Bu dəyişmələr nitqin asanlaşması üçün baş verir və dildə dəyişmələr 
nitqin özü tərəfindən tənzimlənir və qaydaya salınır.
4.
Zərurilik.
Dildə yaranan hər bir ədəbi norma müəyyən zərurət, tələbat nəticəsində 
yaranır. Ehtiyac olmayanı dil özündə yaşatmır. Buna görə zərurilik, gərəklik normanın əsas 
meyarlarından biridir.
Ədəbi dilin normalarına məsələn,orfoqrafik normalara əməl etmək hamının borcudur. 
Məsələn, Azərbaycan dilinin orfoqrafiya qaydalarında baş verən dəyişmələr kimi. Bu 
qaydaların bəzilərinin dəyişilməsini mütərəqqi (apostrofun ləğvi) hesab etmək olar.
Dilin quruluşunda daima dəyişiklik olduğu üçün normada da bu dəyişiklik baş verir. 
Dildə baş verən tarixi dəyişmələrin səbəbləri müxtəlif olur.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin