Biz, tədqiqat işində qeyd etmişik ki, İsgəndər yunan fəlsəfəsinin öz əsasını
“Avesta”dan götürdüyünü bildiyi üçün
əsası, ilk mənbəyi- “Avesta”nı
yandırıb. Elə natiqlik
sənəti, dünyanın ən qədim, məşhur natiqlərindən söz düşəndə də yunan və Roma natiqlərinə
istinad edilir
.
Halbuki elə həmin yunan mənbələrinin özündə iskit-türk natiqlik sənətinə böyük
rəğbət görünür, onu istinad edilir.
M.ö. son minillikdə yunan qaynaqlarında iskit-sak-türk dilinin dəyərlərindən söz açılır,
bu dilin yığcamlığı, səlisliyi barədə ilkin nəzəri fikirlər də söylənilir.
Diogenin verdiyi
məlumata görə, m.ö. VI əsrdə yaşayıb, yazıb-yaratmış iskit-sak filosofu Anakar (Anaxarsis)
ana dilində gözəl danışırmış, öz nitqilə filosofları heyran edirmiş, o əlavə olaraq
ellin dilini də
bilirmiş.
Yunan qaynaqlarında Anakarın nitq və davranış mədəniyyətinə, natiqlik məharətinə aid
belə bir nəzəri fikri də xatırlanır: “Yaxşı və gözəl fikir nitqi çəkib aparanda pis olmur. İskitlər
nitqi o vaxt pis sayır ki, məzmunu zay olur” (8).
“İskit kimi danışır” məsəli ilə yunanlar bu dilə rəğbətlərini bildirirdilər. Bu m.ö. son
minillikdə yunanların İskit-türk dilinə verdiyi qiymət idi. Göründüyü kimi yunan filosofları bu
reallığı etiraf etmiş, bu fakt onların diqqətini cəlb etmişdi. Ona görə yunan mənbələrində bu dil
yaxşı, sərrast dil nümunəsi kimi xatırlanır.
Dostları ilə paylaş: