Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   178
I CİLD (2)

natiqin sadəliyi (təvazökarlığı)
da nitqin sadəliyinə təsir göstərən 
amildir və bu obrazı tamamlayır. Natiqin öz bilik və bacarığının yüksək səviyyədə olmasını 
həm nitqində, həm də davranışında nümayiş etdirməsi nitq mədəniyyətində qəbul edilmir. 


Təkəbbürlü olmaq, tez-tez auditoriyanı aşağılayan, heysiyyətinə toxunan hallara qəti yol 
vermək olmaz.
Nitqin təmizliyi
mədəni nitqin başlıca şərtlərindən biridir. Bu kateqoriya ədəbi dilin 
normalarına uyğunluq əsasında qurulur.

Nitqin təmizliyi nitqin yüksək keyfiyyətlərindən biri olduğu üçün burada ədəbi dil 
normalarına uyğun olmayan söz və ifadələrin –jarqon və arqo sözlərin, vulqar, loru, mənası 
çətin anlaşılan sözlərin, yersiz alınmaların, terminlərin, yerli dialekt və şivə ünsürlərinin, 
arxaizmlərin işlənməsinə yol verilmir. Nitqin təmizliyi nitqdə artıq, yersiz sözlərin, tüfeyli, 
nitqi korlayan sözlərin işlədilməsinə də icazə vermir. Əslində dildə belə sözlər yoxdur. Onlar 
danışanın nitqində tez-tez, yersiz işlənməsinə görə belə adlanır. Təəssüf ki, çoxları öz 
nitqlərində özlərinin “sevimli sözlərini” tez-tez işlədirlər: 
necə deyərlər, belə deyək, ən əsası, 
şəxsən mən, görürsünüz, mənə bax, başa düşürsüz (sən), hə, belə,
kiməsə, işarə edərək 
“bu”
demək və s. Danışıq zamanı heç də tez-tez nitqdə belə sözlərin işlənməsi xoş təəssürat 
yaratmır.
Tüfeyli, parazit sözlər heç bir məna yükü, məlumat, informasiya daşımır. Onlar sadəcə 
danışanın dilini zibilləyir, qavramanı zəiflədir, deyilən fikirlərin məzmunundan yayındırır. 
Eyni zamanda nitqdə həddindən artıq işlənən belə sözlər dinləyiciyə psixoloji təsir edir və çox 
vaxt dinləyici şifahi nitqdə belə sözləri saymağa başlayır. Hər halda nə üçün bu cür sözlər 
bizim dilimizdə işlənir? Bu həm danışıq zamanı həyəcandan, kütləvi çıxışlar zamanı sərbəst 
düşünə bilməmək, ictimai düşüncə, öz fikirlərini ifadə edərkən lazımi sözləri seçə bilməmək 
və əlbəttə ki, danışanın söz ehtiyatının zəif olmasından irəli gəlir. Nitqin təmizliyinə qayğı nitq 
fəaliyyətinin keyfiyyətini artırır. Nitqin təmizliyi nitq mədəniyyətinin tərkib hissəsi olduğu 
üçün onun normalarının müəyyənləşdirilməsində nitq mədəniyyəti mühüm rol oynayır.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin