Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   178
I CİLD (2)

Nitqin zənginliyini
şərtləndirən başlıca amil nitqdə işlənən dil ünsürlərinin 
“müxtəlifliyi, rəngarəngliyi və çoxluğu ilə səciyyələnir. Qrammatik vasitələrdən, sintaktik 
konstruksiyalardan, sinonim söz və ifadələrdən frazeoloji birləşmə və ibarələrdən, məcazlardan
məharətlə istifadə etmək, zəngin nitqin əsasını qoyur. Söz ehtiyatının kasadlığı, işlətdiyi söz və 
ifadələrin mənasını bilməyən şəxsin nitqi kasıb görünür. Nitqin zəngin olması üçün müntəzəm 
mütaliə etmək lazımdır. Klassik yazıçı və şairlərin əsərlərini oxumaq dili zənginləşdirir, çoxlu 
şeir əzbərləmək yaddaşı möhkəmləndirir, gənclərin gələcəkdə gözəl natiq kimi yetişməyinin 
əsasını qoyur.
Nitqin zənginliyində fəal iştirak edən semantik kateqoriyalardan biri sinonimlərdir. 
“Sinonimlər danışıq dilini zənginləşdirir, dili incələşdirir, mənanı qüvvətləndirir, dildə emosiya 
yaradır, nitq mədəniyyətində həlledici rol oynayır, fikri ifadə etmək üçün onu aydınlaşdırırb 
dəqiqləşdirir” (14, ). 
Nitqin zənginliyi üçün sinonimlərin zəruriliyini hələ antik dövrün alimləri qeyd 
etmişdir. Anaksimen bu barədə belə söyləmişdir: “Nə cür olursa-olsun, fikir müxtəlif şəklə 
salınmalıdır. Bunun üçün ifadələri dəyişdirmək lazımdır ki, eyni fikir eyni sözlərlə təkrar 
olunmasın. O zaman nitqimiz yaxşı təsir bağışlar”(11,171) . 
Çeşidli, rəngarəng sinonimik cərgələr xəzinəsinə malik olan hər bir ədəbi dil zəngin və 
ifadəli dildir. Müasir Azərbaycan ədəbi dilimiz tarixi təşəkkül və inkişaf nəticəsində 
formalaşmış sinonimlər sisteminə yiyələnmişdir ki, bu da onun ifadə zənginliyi və gücünü 
açıqca sübuta yetirməkdədir. 
Söz üzərində aparılan iş birinci növbədə sinoim cərgədən münasib sözün axtarılması ilə 
bağlıdır. 
Q.Kazımov sözlərin sinonimliyinin insan təfəkkürünün inkişafı ilə əlaqədar 
yarandığını, bu və ya digər predmetin yeni cəhətlərini kəşf etmək, öyrənmək və adlandırmaq 
cəhdinin nəticəsi kimi meydana çıxdığını söyləmişdir (15, 189).
Azərbaycan dilinin lüğət tərkibi zəngin söz ehtiyatına malikdir. Azərbaycan dilində 
eyni bir mənanı ifadə edən şəkilcə müxtəlif, həmçinin müxtəlif mənaları olan eyni sözlər vardır. 
Dilimizi dərindən bilən hər bir kəs üçün bu zəngin mənbədir. Bu həm təkrara yol 
verilməməsinə, həm də deyilənlərin estetik gücünü, təsir qüvvəsini artırmağa xidmət edir. 
Azərbaycan dilində sinonim sözlərdən geniş istifadə edilir. Bəzilərində bu tam bir üslub 
xüsusiyyəti, başqalarında isə təsadüfi bir keyfiyyət kimi təzahür edir.
S.Vurğun yaradıcılığında 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin