Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


söz uzayın bən,ey sərvər! Toquzunun başın kəsdi o sərvər! Yemək,içmək,delim işrətlər oldu, Söz ögiş



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   178
I CİLD (2)

söz uzayın
bən,ey sərvər!
Toquzunun başın kəsdi o sərvər!
Yemək,içmək,delim işrətlər oldu,
Söz ögiş, 
qırq düni-kün toylar oldu
Fikrin ifadəsində yığcamlıq Azərbaycan dilinin təbiətində var.Dilimizdə bu cəhəti 
təmin edən imkanlar olduqca genişdir; az sözlə çox şey demək,yeri gəldikdə,məsəl 
çəkmək,müqayisələr vermək,hikmətli sözlərə,şirin ibarələrə müraciət edib, fikri və düşüncəni 
obrazlı və yığcam şəkildə ifadə etmək keyfiyyəti Azərbaycan dilinə xas olan 
daxili məziyyətdir. Şifahi xalq yaradıcılığı nümunələri bayatılar, atalar sözləri, frazeoloji 
ifadələr, zərb-məsəllər, tapmacalar, lətifələr, yanıltmaclar, dodaqdəyməzlər, qoşmalar, və s. 
xatırlamaq kifayətdir. 
Yığcamlıq ilk növbədə sözə qənaətlə olmalıdır.Dilin yığcamlığa xidmət edən 
imkanlarından məharətlə istifadə isə o qədər asan deyil.Bunun üçün xüsusi istedad və bacarıq 
lazımdır.
Nərgis ki, göz açdı bağa girdi,
Bir baxmağilən özün itirdi. Füzuli 
Bu gələn kimsənəmdi,
Kimin yox,kimsənəmdi.


Nə kimin kimsəsiyəm,
Nə kimsə kimsənəmdi. Sarı Aşıq
Göründüyü kimi kimsəsizlik,yalqızlıq,təklik kimi hissləri ifadə etmək üçün cəmi beş 
söz kifayət edib: 
bu,gəl(mək),kim(sə),yox, nə.
Lakin bu sözlər dildə elə idarə olunub,onlar 
arasında qrammatik,məntiqi və ritmik əlaqələr elə yaradılıb ki, tam bitkin əsər alınıb. O qədər 
kamil və bitkindir ki, tamlığına, yetkinliyinə tarixən toxunulmayıb. Atalar sözləri,el 
mahnıları,laylalarda olduğu kimi bunlar daha çox ritmlə,musiqi ilə bağlıdır,ona görə də 
möhkəmdir, sabitdir, dəyişilməzdir.
Azərbaycan poeziya dili tarixində yığcamlıq, sözə qənaət yüksək sənətkarlıq keyfiyyəti 
kimi realist nəsr dilinə də təsir etmişdir. M.F.Axundovun "Aldanmış kəvakib", 
C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"və bir çox başqa əsərlər bədii sənətdə, 
dilimizdə yığcamlığın klassik nümunələridir.
Nitqin yığcamlığı danışandan dərin bilik,həssas düşüncə, zəngin lüğət (söz) ehtiyatı 
tələb edir."Sözçülük isə nitqdə eyni mənalı söz və ifadələrdən təşkil olunmuş tərkiblərin 
işlənməsini,"parazit" "tüfeyli" söz və ifadələrdən istifadə edilməsini,eyni məzmuna malik 
cümlə və ifadələrin ardıcıl işlədilməsi kimi məqamları nəzərdə tutur"( 4 ,38). 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin