ilə də poetik əsərlərin dili təqlid edir. Məşhur söz sənətkarlarının əsərləri ilə tanışlıq bu
cəhətdən heyrət doğurur. Onların yaradıcılığında müxtəlif quruluşlu rəngarəng dinamikaya,
ritmikaya malik olan nitq növləri ilə rastlaşırıq. Və bura leksik-semantik zənginlik də daxil
olduqda əsər qeyri-adi bir estetik təsir bağışlayır. Məsələn, aşağıdakı şeir parçasında bunu açıq-
aydın görmək olur, xüsusi ilə də müvafiq intonasiya ilə səsləndiyi zaman:
Bu dostluğu
Şeirin səsi,
Şeirin nəfəsi,
Şeirin duzu bərkitdi. (R.Rza, Qızıl gül olmayaydı…)
Başqa bir misal:
Bir rəngin yox, göylərin min rəngini sevirəm.
Bir gülü yox, güllərin çələngini sevirəm.
Mən çıxmağa təpə yox, uca dağlar istəyirəm.
Həyatı həyat kimi yaşamaq istəyirəm. (B.Vahabzadə, Dalğa şəlalə kimi)
Dostları ilə paylaş: