etikanın spesifikliyi ondadır ki, əxlaq onun yeganə tədqiqat obyektidir.
Etikanın başlıca
predmetini əxlaq, onun təşəkkül qanunauyyğunluqlarının tədqiqi
təşkil edir. Burada
nəzəri və
normativ etika vəhdət halında götürülür. Etika
əxlaqın mənşəyini son nəticədə cəmiyyətin iqtisadi münasibətlərində axtarır. Çünki cəmiyyətdə
iqtisadi-siyasi münasibətlərin dəyişməsilə yeni əxlaqi münasibətlər, davranış normaları
yaranır. Əxlaq cəmiyyətdə insanlar arasında qarşılıqlı münasibətləri tənzim etmək tələbatından
doğmuşdur, özünün ictimai funksiyasını yerinə yetirərkən isə ictimai rəyə, könüllülüyə
əsaslanır. Əxlaqi münasibətlər, şüur və fəaliyyətin əsas ünsürləri öz təcəssümünü etikanın
kateqoriyalarında tapmışdır.
Müasir
nitq etiketi anlamında müxtəlif ünsiyyət şəraitində nitq davranışının müxtəlif
qaydaları nəzərdə tutulur.
Etika insanın daxili aləmi, mənəvi zənginliyi, əxlaqi normaların təcəssümünü;
Nitq etiketləri xarici etik davranış normalarını
nəzərdə tutur.
Etiket sozü fransız mənşəlidir (etiquette) mərasim, təşrifat. Bu söz ilk əvvəllər məhsulun,
malın üstünə yapışdırılan, üzərində onun adı, qiyməti və s. olan yarlıq (etiket) mənasını
daşıyırdı. Lakin sonralar saray mərasimləri, təntənələri belə adlandırılmağa başladı. Fransız
mərasimləri və təntənələrinin Avstriya sarayında qəbul edilməsindən sonra etiket sözü ikinci
mənada başqa dillərdə də qəbul olundu. Hal-hazırda etiket sözü 1)monarx saraylarında,
diplomatik dairələrdə və s.-də qəbul edilmiş davranış qaydaları; 2) hər hansı bir cəmiyyətdə
qəbul edilmiş davranış , nəzakət forması mənalarında işlənir (1, 109). Bu sözlə yanaşı, hər hansı
fəaliyyət sahəsində davranış üçün müəyyən olunmuş qaydaların cəmi mənasında