Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   178
I CİLD (2)

nitq intensivliyinə 
malik mütəxəsislər nitq etiketlerinə əməl 
etməli olurlar.Bu isə eyni zamanda 
tərbiyəvi əhəmiyyət
daşıyır. Çünki bu tələbat istər-istəməz 
cəmiyyətin həm danışıq, həm də davranış mədəniyyətini formalaşdırmağı şərtləndirir. Nitq 
etiketi qaydalarına mütləq əməl olunması idarə, müəssisə, təşkilat,ofis, firma işçilərinin 
cəmiyyətdə, öz həmkarları, müştəriləri,təsisçiləri yanında müsbət imicini qoruyur, onlar 
haqqında xoş təəssürat yaradır. 
Nitq etiketlərinin formalaşmasını müəyyən edən faktorlar.
Hansı faktorlar nitq 
etiketlərinin formalaşmasını, ondan istifadəni müəyyən edir? 
İlk növbədə nitq etiketləri işgüzar əlaqəyə girən tərəflərin xüsusiyyətləri,işgüzar danışıq 
aparan şəxslərin sosial statusu, xidməti mövqeyi, sənəti, ixtisası, milliyyəti, mentaliteti, dini 
görüşləri,yaşı, cinsi, xarakteri, ierarxiya nəzərə alınmaqla qurulur. 
Nitq etiketinin müəyyən edilməsində ünsiyyətin baş verdiyi şərait də, situasiya da əsas rol 
oynayır.Bu konfrans, müşavirə, təqdimat (prezentasiya); iqtisadi, maliyyə məsələlərinin 
müzakirəsi; təşkilatın, müəssisənin, ümumi vəziyyətinin müzakirəsi; işə qəbul və azad etmə; 
məsləhət, yubiley tədbiri və s. ola bilər. 
Nitq etiketi 
milli səciyyə
daşıyır.Hər bir xalq özünəməxsus nitq etiketi; danışıq davranışı 
sistemi yaratmışdır.Məsələn; V.Ovçinnikov “Vetka sakurı” kitabında yaponların nitq etiketinin 
özünəməxsusluğunu belə təsvir edir: 
“İnsanlar danışıq zamanı hər yolla “yox”, “bacarmıram”, “bilmirəm” sözlərindən qaçmağa , 
eyhamla, dolayı yolla cavab verməyə çalışırlar, sanki bu söyüşdür, yaxud birbaşa deyiləcək söz 
deyil;” 
Hətta ikinci fincan çaydan imtina edərək qonaq “yox,çox sağ olun “ ifadəsinin əvəzinə 
“mənə belə də çox xoşdur” ifadəsini işlədir; 
Yaxud siz yapona zəng edərək, saat altıda press-klubda görüşməyi təklif edirsiniz. Bu 
zaman əgər siz qarşılığında “Ay, saat altıda?”, “Ay, press-klubda?” və daha başqa, nəsə 
anlaşılmaz bir cavab eşidirsinizsə, elə həmin an, mütləq “əgər bu sizə uyğun deyilsə, başqa 
vaxtda, başqa yerdə söhbət etmək olar” deməlisiniz. Onda sizin həmsöhbətiniz böyük 
məmnuniyyətlə “yox” əvəzinə “hə” deyəcək və ona münasib ilk təkliflə razılaşacaq. 
İ.Erenburq fransız dili, fransızların danışıq xüsusiyyətləri barədə belə deyir; “... fransızlar 
konkretliyi, dəqiqliyi, aydınlığı sevirlər.Fransızca “o cavabında gülümsədi” , bu zaman “o əlini 
yellətdi” deyə bilməzsən.Çünki onun qəmli, istehzalı,mülayim yaxud qəzəblə gülümsədiyini 
izah etməlisən; niyə, necə əlini yellədi: təəssüfdən, etinasızcasına yoxsa kədərdən? Fransız dili 


uzun müddət diplomtik dil adlanırdı, ondan istifadə isə, yəqin ki, diplomatların işini 
çətinləşdirirdi, çünki fransızca fikri ort-basdır etmək çətindir, burada sözü axıra qədər 
deməmək çətindir” (И.Э. Гренбург Индия. Япония. Греция). 
Nitq etiketlərinin formalaşması məsələsinə Amerikada da çox ciddi yanaşılır.Hətta 
Amerika məktəblərində belə bir fənn tədris olunur: “Public relation-shir” –“Qarşılıqlı 
münasibətlərin qurulması”. Burada uşaqlar qarşılıqlı münasibətlərin əsaslarını 
öyrənir.Məsələn; əgər sənin uşağının ad gününə dostları gəlirsə, sən mütləq onların hər birinə 
cavab “açıqcası” yazmalısan. “Çox sağ ol ki, sən gəldin, “Sənin hədiyyən çox gözəl idi” və ya 
“Çox sağ ol. Ən yaxşı hədiyyə səninki idi”. 
Rus dilində “Nitq etiketi” adlı məlumat kitabı dərc olunur.Burada bir çox xalqların nitq 
etiketlərinin fərqli xüsusiyyətləri dəqiqliklə göstərilmişdir.Rusca-ingiliscə, rusca-fransızca, 
rusca-almanca məlumat kitablarında bu dillərdə sabit nitq etiketləri ifadələrinin qarşılıqları 
detallarınadək verilmişdir. Məsələn: “Русско –английских соответствии ” (tərtibçilər 
N.İ.Formanovski və S.V. Şvedova . M, 1990) rus və ingilis dillərində salamlaşma, təşəkkür 
etmə, üzrhaqlıq, təbrik; tanış və yad adamlara rus və ingilis dillərində müraciət formaları ilə 
yanaşı, ingilis dilində bu və ya digər ifadənin işlənmə xüsusiyyətləri də verilmişdir. Məlum 
olur ki, ingilis dilində “sən” və “siz” formaları arasında formal fərq yoxdur. Bu formaların 
məna incəliyi “ you” əvəzliyində cəmlənmişdir, qalanlar isə başqa dil vasitələri, məsələn, 
intonasiya ilə verilir. 
Rus dilində isə “sən” və “siz” müraiət formalarına münasibət daha ciddidir. Azərbaycan 
dilində də bu müraciət formalarına həssaslıqla yanaşılır.
Adətən rəsmi şəraitdə bir neçə şəxsin iştirak etdiyi söhbətdə hətta yaxından tanışlıq, 
dostluq münasibətləri olan şəxslər bir-birinə “siz” deyə müraciət edir. 
Lakin bu hal bütün situasiyalarda mümkündürmü? 
Bəzən teleiziya verilişlərində məşhur aparıcı ilə ondan da az məşhur olmayan alim, dövlət 
xadimi arasında ictimai əhəmiyyət kəsb edən danışıq aparılır və aparıcı söhbətə başlamazdan 
əvvəl sanki auditoriya ilə məsləhətləşərək, həmsöhbəti ilə çoxdan tanış olduqlarını və bu 
müraciətin onlar üçün bir növ adət olduğunu deyərək, “həmsöhbətinə sən deyə müraciət edə 
bilərmi?” ritorik sualını auditoriya verir. Bundan sonra onlar “sən”ə keçirlər. Bu zaman nitq 
etiketi pozulurmu? Buna yol vermək olarmı? 
Əlbəttə, hər bir qaydada, normada istisnalar olur.Bu tip verilişlər onların iştirakçıları 
arasında rəsmi münasibətləri nəzərdə tutur.Lakin tamaşaçılar bunu bir növ baxımlı qəbul 
edir.”Sən” müraciəti rəsmiliyi azaldır, söhbəti təbii axara aparır, bu da öz növbəsində verilişi 
daha cəlbedici edir. 
Milli etiketlərin xüsusiyyətlərini bilmək, danişıq formullarını bu və ya digər ölkənin, 
xalqın işgüzar ünsiyyət spesifikasını bilmək danışıqlar, xarici partnyorlarla əlaqə, münasibət 
qurarkən, müqavilə imzalayarkən uğur qazanmağa kömək edir. Müasir dövrümüzdə bu 
məsələyə mədəni davranışın, mədəniyyətin tərkib hissəsi kimi baxılır, ona çox önəm verilir. 
İstənilən 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin