uzun müddət diplomtik dil adlanırdı, ondan istifadə isə, yəqin ki, diplomatların işini
çətinləşdirirdi, çünki fransızca fikri ort-basdır etmək çətindir, burada sözü axıra qədər
deməmək çətindir” (И.Э. Гренбург Индия. Япония. Греция).
Nitq etiketlərinin formalaşması məsələsinə Amerikada da çox ciddi yanaşılır.Hətta
Amerika məktəblərində belə bir fənn tədris olunur: “Public relation-shir” –“Qarşılıqlı
münasibətlərin qurulması”. Burada uşaqlar qarşılıqlı münasibətlərin əsaslarını
öyrənir.Məsələn; əgər sənin uşağının ad gününə dostları gəlirsə, sən mütləq onların hər birinə
cavab “açıqcası” yazmalısan. “Çox sağ ol ki, sən gəldin, “Sənin hədiyyən çox gözəl idi” və ya
“Çox sağ ol. Ən yaxşı hədiyyə səninki idi”.
Rus dilində “Nitq etiketi” adlı məlumat kitabı dərc olunur.Burada bir çox xalqların nitq
etiketlərinin fərqli xüsusiyyətləri dəqiqliklə göstərilmişdir.Rusca-ingiliscə, rusca-fransızca,
rusca-almanca məlumat kitablarında bu dillərdə sabit nitq etiketləri ifadələrinin qarşılıqları
detallarınadək verilmişdir. Məsələn: “Русско –английских соответствии ” (tərtibçilər
N.İ.Formanovski və S.V. Şvedova . M, 1990) rus və ingilis dillərində salamlaşma, təşəkkür
etmə, üzrhaqlıq, təbrik; tanış və yad adamlara rus və ingilis dillərində müraciət formaları ilə
yanaşı, ingilis dilində bu və ya digər ifadənin işlənmə xüsusiyyətləri də verilmişdir. Məlum
olur ki, ingilis dilində “sən” və “siz” formaları arasında formal fərq yoxdur. Bu formaların
məna incəliyi “ you” əvəzliyində cəmlənmişdir, qalanlar isə başqa dil vasitələri, məsələn,
intonasiya ilə verilir.
Rus dilində isə “sən” və “siz” müraiət formalarına münasibət daha ciddidir. Azərbaycan
dilində də bu müraciət formalarına həssaslıqla yanaşılır.
Adətən rəsmi şəraitdə bir neçə şəxsin iştirak etdiyi söhbətdə hətta yaxından tanışlıq,
dostluq münasibətləri olan şəxslər bir-birinə “siz” deyə müraciət edir.
Lakin bu hal bütün situasiyalarda mümkündürmü?
Bəzən teleiziya verilişlərində məşhur aparıcı ilə ondan da az məşhur olmayan alim, dövlət
xadimi arasında ictimai əhəmiyyət kəsb edən danışıq aparılır və aparıcı söhbətə başlamazdan
əvvəl sanki auditoriya ilə məsləhətləşərək, həmsöhbəti ilə çoxdan tanış olduqlarını və bu
müraciətin onlar üçün bir növ adət olduğunu deyərək, “həmsöhbətinə sən deyə müraciət edə
bilərmi?” ritorik sualını auditoriya verir. Bundan sonra onlar “sən”ə keçirlər. Bu zaman nitq
etiketi pozulurmu? Buna yol vermək olarmı?
Əlbəttə, hər bir qaydada, normada istisnalar olur.Bu tip verilişlər onların iştirakçıları
arasında rəsmi münasibətləri nəzərdə tutur.Lakin tamaşaçılar bunu bir növ baxımlı qəbul
edir.”Sən” müraciəti rəsmiliyi azaldır, söhbəti təbii axara aparır, bu da öz növbəsində verilişi
daha cəlbedici edir.
Milli etiketlərin xüsusiyyətlərini bilmək, danişıq formullarını bu və ya digər ölkənin,
xalqın işgüzar ünsiyyət spesifikasını bilmək danışıqlar, xarici partnyorlarla əlaqə, münasibət
qurarkən, müqavilə imzalayarkən uğur qazanmağa kömək edir. Müasir dövrümüzdə bu
məsələyə mədəni davranışın, mədəniyyətin tərkib hissəsi kimi baxılır, ona çox önəm verilir.
İstənilən
Dostları ilə paylaş: