a)yubileylərdə söylənilən nitq,
b)masa arxasında söylənilən nitq,
ç)qəbrüstü nitq.
5
.Dini natiqlik: moizə və xütbə nitqi.
Məhkəmə natiqliyi.
Natiqlik sənətində ən qədim tarixə malik məhkəmə natiqliyi
demokratik əsaslar üzərində qurulan bir anlayış ifadə edir. Antik dövrün məhsuludur. Qədim
yunan hökmdarlarının Solon islahatlarından özünümüdafiənin yaranması ilə məhkəmə natiqlik
sənətinin bünövrəsi qoyuldu. Qədim Yunanıstanda Demosfen, Lisi, Lsey, Romada Siseron,
Fransada andlı məhkəmələr Lemetr, Demonj, Rusiyada Plevako, Koni kimi natiqlər yetişdi.
Məhkəmə natiqliyinə prokuror, vəkil, müttəhim, şahid, xalq hakiminin nitqi daxildir.
Bu nitq formalarının bir qismi (prokuror, məhkəmənin nitqi) ittihamedici, digər qismi (vəkil
və müttəhimin nitqi) müdafiəedici olur. Məhkəmə natiqliyi müttəhimin müdafiəsi üzərində
qurulur. Ədalətin qələbəsi üçün vəkil nitqi kimi hüquqi əsaslarla səciyyələnir. Və məhkəmə
zamanı gizli qalan hadisələr, obyektiv, subyektiv cəhətlər elmi şəkildə araşdırılır. Məhkəmə
natiqliyini fərqləndirən cəhət onun hüquq, psixologiya, məntiq, pedaqogika, dil, ədəbiyyat və
digər elmlərlə bağlı olmasıdır.
Prokurorun nitqi.
Prosesdə əsas rol oynayır. O, dövlət ittiamçısıdır, müttəhimin
törətdiyi cinayətə görə cəza almasını hakim tələb edir. Prokuror qanun keşikçisidir. Onun nitqi
ədalətin bərpası, hadisələrin düzgün təhlili şərhi istiqamətində qurulmalıdır.
Dostları ilə paylaş: