Natiq və onun auditoriyası
Kütləvi çıxışlarda məharətli natiq nitqinin effektivliyini
təmin edin ən başlıca
keyfiyyət
dinləyici ilə
əlaqə
qurulmasıdır. Bütün təcrübəli natiqlərin söylədiyi kimi, bu,
natiqlərin ən müqəddəs arzusudur. Doğrudan da, nitq onu dinləmək, düzgün qavramaq, yadda
saxlamaq üçün söylənir. Əgər natiq dinlənilmirsə, çıxış zamanı auditoriya “öz işi” ilə
məşğuldursa, onda natiqin əziyyət və zəhməti boşa çıxır , belə nitqin təsiri isə sıfra bərabərdir.
Psixoloqa görə əlaqə auditoriya və natiq arasında ümumi psixoloji vəziyyətdir. Bu çıxış
edən və dinləyən arasında qarşılıqlı anlaşmadır. Nəyin nəticəsində bu ümumi anlaşma yaranır.
İlk öncə birgə düşüncə fəaliyyəti yaranmalıdır. Yəni, natiq və dinləyici eyni problemi həll
etməli, eyni məsələni müzakirə etməlidir: natiq öz çıxışının məzmununu izah edərək, dinləyici
isə onun fikirlərinin inkişafını izləyərək. Əgər natiq bir şey, dinləyici isə başqa şey haqqında
düşünürsə, deməli, natiq ilə dinləyici arasında kontakt, əlaqə baş tutmayıb. Natiq və
auditoriyanın birgə düşüncə fəaliyyətini alimlər
intellektual şəriklik
adlandırırlır.
Bu əlaqənin yaranması üçün
emosional şəriklik
də mühümdür, yəni natiq və dinləyici
çıxış zamanı eyni, oxşar hissləri keçirməlidir. Danışanın nitqin predmetinə münasibəti, marağı,
inamı dinləyiciyə ötürülür, onlarda cavab reaksiyası yaradır.
Beləliklə, natiq və dincəyici arasında əlaqə o zaman yaranır ki, hər iki tərəf eyni
düşüncə fəaliyyəti ilə məşğuldur və eyni oxşar hissləri keçirirlər.
Bu əlaqənin baş tutduğunu necə müəyyən etmək olar? Zahirən əlaqənin baş tutduğunu
bilmək auditoriyanın davranışından, eləcə də natiqin özündən asılıdır.
Nitq söyləmək.
Müxtəlif şəraitdə, müəyyən məqsədlə nitq fəaliyyətdə olur. Buna görə
nitq öz forma və məzmununa görə müxtəlif olur. Cəmiyyətdə geniş yayılmış nitq formaları
aşağıdakılardır:
1
.İctimai-siyasi natiqlik:
a) dövlət quruculuğu, iqtisadiyyat, hüquq, etika, mədəniyyət, mövzularda məruzələr və
s.
b)iclaslarda,qurultaylarda,konfransda hesabat məruzəsi,
ç)siyasi nitq,
c)xulasə(icmal) nitq,
d)mitinqdə söylənilən nitq,
e)təbliğatçı və təşviqatçı nitqi.
Dostları ilə paylaş: |