Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   114   115   116   117   118   119   120   121   ...   178
I CİLD (2)

 
 
ƏDƏBİYYAT 
1.
Azərbaycan sovet ensiklopediyası. IV cild. Bakı, 1980. 
2.
Azərbaycan dilinin izahlı lüğəti, II cild. Bakı, Elm, 1980. 
3.
Леонтьев А.А. Психология обучения. М, 1997. 
4.
Введенская А.А., Павлова Л.Г, Кащаева Е.Ю. Русский язык и культура речи. (учебное 
пособие для вузов). Ростов-на Дону. Феникс, 2005. 
5.
Лингвистический энциклопедический словарь. М., 1990. 
6.
Михальская А. К. Основы риторики. Мысль и слова. Учебное пособие. М., 1996. 


7.
Винокур Т.Г. Говорящий и слушающий. Варианты речевого поведения. М., 1993. 
8.
Клюев Е.В. Речевая коммуникация: Учебное пособие для университетов и вузов. М., 
1998. 
9.
Грайс Г.П. Логика и речевое обучение// Новое в зарубежной лингвистике. Вып. 16. 
М., 1985. 
10.
Современная психология: Справочное руководство. М., 1999. 
11.
Русско-английские соответствия (Н.И. Формановски, С.В. Шведова). М., 1990 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NATİQLİK SƏNƏTİNİN ƏSASLARI
 
Natiqlik sənəti anlayışı haqqında.
Natiqlik sənəti termini (lat. oratoria) antik 
mənşəlidir və yunan mənşəli ritorika (yun. rhetorike) sözü ilə sinonimdir.
“Ritorika (yun) natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm; bəlağət elmi; bəyan” 
// məc. Qəliz, ibarəli, təmtəraqlı üslub. Ritorikaya qapılmaq // Bu nəzəriyyənin əsaslarını izah 
edən dərs kitabı (6, 545). 
Natiqlik sənəti ifadəsi bir neçə mənada işlənir. İlk öncə natiqlik sənəti kütləvi çıxışlarda 
yüksək sənətkarlıq göstərmək mənasında başa düşülür. Yüksək keyfiyyətli natiq nitqi canlı 
sözdən məharətlə istifadə etmək bacarığıdır. Natiqlik sənəti auditoriyaya arzulanan təsiri 
göstərmək üçün nitqin qurulması və ifadəsidir (1, 19). 
Natiqlik sənətinin təfsilatlı izahı hələ antik dövrlərdən verilmişdir. Məsələn, Aristotel 
ritorikanı hər bir predmetə dair mümkün inandırmaq üsulunu tapmaq bacarığı kimi müəyyən 
edir, qiymətləndirirdi. 
Gözəl danışıq (bəlağət) və natiqlik sənəti e.ə. V əsrdə Qədim Yunanıstanda yaranmış, 
III-II əsrlərdə orada, e.ə. I əsrdə isə Romada sistemə düşmüşdür. Aristotel, Siseron, Kvintilian 
ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşlar. Natiqlik sənəti qədim Romada güclü siyasi 
qüvvə hesab olunurdu. Siyasi karyerasına hazırlaşan, özünü dövlət xadimi görmək istəyən hər 
kəs auditoriyanı inandırmaq bacarığını yüksək qiymətləndirirdi. E.ə. II əsrdə Romada yunan 
ritorları natiqlik məktəbi açarkən gənclər ora axışır. Amma yunan natiqlik məktəbləri hamı 
üçün əlçatan deyildi. Ritor dərsləri bahalı idi və ondan yunan dilini mükəmməl bilənlər 
bəhrələnə bilərdi. Bu məktəblərdə yalnız sonradan hakimiyyət başına keçəcək zadəganların 
uşaqları oxuya bilərdi. Buna görə hakimiyyət yunan məktəblərinə manəçilik törətmir, onlara 
xeyirxahlıqla yanaşırdı. Lakin b.e.ə. I əsrdə latın dilində ritorikanı tədris edən məktəb açılarkən, 
senat narahat olur. Onlar oğullarının öyrənmək istədikləri “silahın” başqa sinfin 
nümayəndələrinin əlinə keçməsinə yol vermək istəmirdilər. 92-ci ildə “Latın ritorika 
məktəblərinin qadağan edilməsi” haqqında edikt çap olunur. 
Natiqlik karyerası Romada şərəfli və gəlirli idi. 


Yunanıstan və Romanın məşhur natiqləri həm də tanınmış dövlət xadimləri idi. İlk 
Roma natiqlərindən biri dövlət xadimi b.e.ə. III-II əsrlərdə Böyük Mark Katon olmuşdur. 
Karfaqenin barışmaz düşməni Katon Senatdakı hər çıxışını sonralar qanadlı ifadəyə çevrilmiş 
belə ifadə ilə tamamlayırdı: “Hər halda belə hesab edirəm ki, Karfagen dağılmalıdır”. İndi bu 
ifadə düşmən və ya hər hansı maneə ilə amansız mübarizədə işlədilir. Bir qədər sonrakı dövrdə 
məşhur dövlət xadimləri və aqrar islahatlarının tərəfdarları Tiberiy və Kay Qrakxi də görkəmli 
natiq olmuşlar. Roma siyasi xadimi və sərkərdəsi Mark Antoni də Roma natiqləri arasında 
görkəmli yer tuturdu. Amma o dövrün ən məşhur siyahi xadimi Mark Tulliy Siseron olmuşdur. 
Siseron yazırdı ki, insanı şöhrətin ən yüksək pilləsinə çatdıran iki sənət var: bu yaxşı 
sərkərdəlik sənəti və yaxşı natiqlik sənətidir.
Bu, Siseronun natiqlik sənətinə baxışını ifadə edirdi. Sonrakı dövrlərdə də böyük 
natiqlər, tanınmış dövlət xadimləri olmuşdu. 
Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və bədii cəhətdən
bəsit əsər, nitq, sözcülük mənasında işlədilmişdir (4,159). 
M. Speranski yüksək bəlağətli nitqin qaydalarını izah edərkən yazır: “Yüksək natiqlik 
qəlblərə öz ehtirasını, hisslərini verərərək onu titrətmək, onlarda öz düşüncələrinin obrazını 
yaratmaq istedadıdır” (5,82). 
Ənənəvi olaraq yüksək natiqlik sənəti incəsənətin bir növü kimi qiymətləndirilib. Onu 
tez-tez poeziya və aktyorluq sənəti ilə müqayisə edirdilər (Aristotel, Siseron, M.V.Lomonosov, 
V.Q.Belinskir, A.F.Koni və b.). 
Bir çox müasir tədqiqatçılar natiqlik sənətinə insan fəaliyyətinin spesifik növlərindən 
biri kimi baxırlar.
Natiqlik sənətinin sosial hadisə kimi obyektiv yaranma səbəbi ictimai əhəmiyyət kəsb 
edən məsələləri açıq şəkildə müzakirə etmək ehtiyacından yaranmışdır. Bu və ya digər nöqteyi-
nəzəri əsaslandırmaq, irəli sürülən ideya və hərəkətləri həyata keçirmək, öz mövqeyini 
qorumaq üçün söz sənətinə yiyələnmək, dinləyicilərini inandırmaq, onlara öz seçimlərini 
etməyə təsir göstərmək lazımdır. 
Qeyd etmək lazımdır ki, natiqlik sənəti həmişə müəyyən sosial siniflərə, qruplara, ayrı-
ayrı şəxslərə xidmət etmişdir. O eyni dərəcədə həm düzgünlüyə, həm yalana, əxlaqa və əksinə 
məqsədlərə xidmət edə bilər. Hələ antik dövrdən “Natiqlik sənəti kimə və necə qulluq 
etməlidir?”-sualı hamını düşündürürdü. Bu sualın cavabından asılı olaraq natiqlik sənətinə, 
elminə və natiqə münasibət müəyyənləşdirilirdi. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin