ünsiyyətin sonunda olan
nitq formaları durur. Bunlar vidalaşma, ayrılıq, ünsiyyətin sonu anlamını verən nitq formalarıdır.
Bu nitq formaları müxtəlif anlamları ifadə edir:
-arzu, istək: Sağ olun! Sağlıqla qalın!
-yeni görüşlərə ümid : Axşama qədər(sabaha qədər); Ümid edirəm tezliklə
görüşəcəyik; Yeni görüşlərə qədər; Tezliklə görüşənədək.
-tezliklə görüşmək ümidi olmadıqda, uzun müddətə ayrıldıqda : Əlvida! Çətin bir
də görüşək. Yaxşılıqla xatırlayın və s.
Salamlaşmadan sonra adətən
işgüzar söhbət başlanır. Bu zaman nitq etiketi şəraitdən
asılı olaraq, bir neçə başlanğıcı şərtləndirir. Daha çox 3 situasiya tipikdir: 1) Təntənəli; 2)
Hüznlü, kədərli; 3) İşgüzar.
1.
Təntənəli . Bura dövlət tədbirləri, müəssisələrin, təşkilatların, əməkdaşların yubileyi,
mükafatların təqdimatı; ofislərin və mağazaların açılışı; təqdimat, müqavilə, kontrakt və
sazişlərin bağlanması və s. aiddir.
Dəvətnamə. İstənilən təntənəli tədbirə, əlamətdar hadisələrə görə dəvətnamə və
təbriklər hazırlanmalıdır. Tədbirin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olaraq dəvətnamə
və təbriklərin klişeləri dəyişir:
-Mənim ən səmimi (isti, alovlu); dost təbriklərimi qəbul edin;
-(Kollektivin,
dostların,
şəxsin)
adından
ən
səmimi(atəşli,
alovlu)
təbrikləri(təbriklərimizi) qəbul edin;
-Səmimi qəlbdən (ürəkdən) təbrik edirəm.
2.
Hüznlü, kədərli , qüssəli, bədbəxt hadisələrlə və s. bağlı şəraitdə. Bu zaman baş
sağlığı bildirilir:
-İcazə verin sizə ən dərin(səmimi) başsağlığı verim.
-Sizinlə birlikdə çox kədərlənirik;
-və daha emosional-ekpressiv ifadələr...
Faciəli, kədərli və xoşagəlməz situasiyalarda insanlar onların kədərinə, dərdinə şərik
olmağı, gələcəyə ümidverici, kədərin keçici olduğunu bildirən sözlər eşitmək istəyirlər. Bu
şəraitə uyğun nitq formalarından istifadə xüsusi həssaslıq, diqqət tələb edir. Bu şəraitdə baş
verən nitq etiketləri çox vaxt işgüzar söhbətlərə keçməyərək elə bu cür bitir.
3. Gündəlik
işgüzar şəraitdə də müəyyən nitq etiketlərindən istifadə olunur. Məsələn,
müəyyən işin nəticələrini yekunlaşdırarkən, sərgidə, təqdimat xarakterli satışlarda iştirakın
təşkilini təmin etmək; müxtəlif tədbirlərin təşkilindən sonra kimlərəsə təşəkkür etmək, iradını
bildirmək üçün müəyyən nitq formalarından istifadə edilir. İş prosesində, təşkilatçılıq zamanı
məsləhət vermək, təklif irəli sürmək, xahişlə müraciət etmək, razılığını bildirmək, icazə
vermək, qadağan etmək, imtina etmək, kimi hər bir konkret şəraitə uyğun nitq klişelərindən
istifadə edilir.