Hər hansı müəyyən şəraitdə başqa bir şəxslə necə əlaqə qurmaq, saxlamaq və ya əlaqəni
kəsməyi aydınlaşdırır;
Nitq etiketləri danışan və onun adresatı haqqında, onların tanış olub-olmamaları, yaş
bərabərliyi, şəxsi münasibətləri, xidməti vəziyyəti, ünsiyyətin rəsmi və qeyri-rəsmi şəraitdə baş
verməsi haqqında sosial məlumat ötürür.
Etiket formalarına nəzarət (sağ olun, təşəkkür edirəm, üzr istəyirəm, bağışalayın və s.)
salamlaşma və sağollaşma (salam, sağ ol, görüşənədək və s.) sözləri daxildir.
Nitq etiketi
mənasında işlənib hazırlanmış nitq davranışlarının qaydaları, ünsiyyətin
sistemli danışıq formulları nəzərdə tutulur.
Nitq etiketlərinə yiyələnmək bacarığı, onları mənimsəmə dərəcəsi, insanın öz işində
gərəkliyini təmin edir, peşəkarlığını müəyyən edir. Bu səriştə, bacarıq ilk növbədə iş fəaliyyəti
sahəsində daim insanlarla ünsiyyətdə olan dövlət qulluqçularına, məmurlara, siyasətçilərə,
müəllimlərə, həkim, hüquqşünas, sahibkar, jurnalist və xidmət sferasında çalışan işçilərə
aiddir. Nitq etiketi özünü təqdim edən şəxsin bir növ vizit kartıdır. Nitq etiketi qaydalarını
bilmək, onlara əməl etmək, insanı sərbəst, inamlı hiss etməyə, ozünə əmin olmağa sövq edir,
sıxılmaqdan, düzgün olmayan davranışdan, narahatlıqdan, gülünc vəziyyətə düşməkdən
qoruyur.
Özünün fəaliyyəti sahəsində
Dostları ilə paylaş: