Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Nitqin ifadəli olmasını şərtləndirən əsas amillər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   178
I CİLD (2)

Nitqin ifadəli olmasını şərtləndirən əsas amillər:
1.Ünsiyyət situasiyası; 
2.Dilin struktur sahələri
3.Təfəkkürün,düşüncənin müstəqilliyi; 
4.Natiqin nədən danışdığını nə danışdığını, kimə danışdığını müfəssəl və mükəmməl 
bilməsidir, danışdığına laqeyd olmadığı kimi dinləyici auditoriyasına da laqeyd olmamasıdır; 
5.Dili və onun ifadə vasitələrini, imkanlarını yaxşı bilməkdir; 
6.Ədəbi dilin funksional üslublarına-bədii, elmi, publisistik, işgüzar, danışıq-məişət 
üslublarına bələd olmaqdır.
Nitqin münasibliyi (uyğunluğu)
dilin şəraitinə, məqsədinə və şərtlərinə uyğun 
qurulması, konkret situasiyaya münasibliyi təmin edən dil ünsürlərinin seçilməsidir. Uyğun 
nitq mövzuya, onun məntiqi və emosional məzmununa, dinləyicilərin tərkibinə, informasiyanın 
tərbiyəvi, estetik məqsədlərinə münasibliyidir. Bu keyfiyyətin nitq üçün zəruri olmasını hələ 
qədim yunan və Roma alimləri xüsusi vurğulamışlar. M.T.Siseron belə hesab edirdi ki, hər 


hansı çıxışın müvəffəqiyyəti, natiqin dinləyicini inandırmaq və özünə tabe etmək bacarığı ilk 
növbədə nitqin uyğunluğundan asılıdır. Nitq ancaq münasib məqsədə uyğun olduqda ünsiyyət 
yarana bilər, xüsusilə siyasətdə. O yazırdı: “Natiq qarşısında neçə məqsəd varsa, o qədər də
natiqlik növü vardır. Həyatda olduğu kimi nitqdə də uyğun olanı görməkdən çətini yoxdur... 
Lakin nəzərdə tutmaq lazımdır ki, nə uyğundur: bu həm haqqında danışılan işin məğzindən, 
həm də danışan və qulaq asan şəxslərdən asılıdır”. 
Funksional keyfiyyət olan nitq uyğunluğu ədəbi dilin üslublarına, dilin üslub sisteminə, 
onlara xas olan sözü işlətmə qanunauyğunluqlarına bələd olmağı tələb edir. Burada hər hansı 
dil vahidinin işlənilməsində fərdi zövqün də əhəmiyyəti vardır: “Əsl zövq filan sözün, filan 
ifadənin kortəbii rədd edilməsində yox, yalnız uyğunluq və münasiblik duyğusundadır” 
(A.S.Puşkin). 
Məharətli natiq nitqində, çıxışlarında ədəbi dilin bütün funksional üslubları vəhdətdə 
götürməlidir. Mövzudan, auditoriyanın tərkibindən və səviyyəsindən asılı olaraq üslub 
uyğunluğu gözlənilməlidir. Elmi yığıncaqda, konfrans və simpoziumlarda elmi üslub ünsürləri, 
ədəbiyyat və incəsənət xadimləri ilə görüş, yubiley, tədbir və qurultaylarda bədii üslub; dövlət 
və hökümət, aparat işçiləri ilə görüşdə daha çox işgüzar, ictimai-siyasi üslub, beynəlxalq dövlət 
səviyyəsində olan görüşlərdə, xarici ölkələrdə səfərdə olarkən rəsmi, diplomatik üslub əsas 
götürülürsə, sadə insanlar, kənd zəhmətkeşləri, sakinlər, fəhlə və qulluqçularla görüşlərdə 
çıxışlar və nitqlərdə məişət-danışıq üslubu aparıcı rol oynayır.
Danışanın məqsədinə xidmət etməyən, yaxud bu məqsədə mane olan nitq konkret 
situasiya üçün münasib olmayan nitq adlanır. Məharətli natiq, yaxud hər kəsin öz nitqini 
konkret şəraitə uyğun qurmasına ekstralinqvistik, həm də intralinqvistik amillər mane ola bilər: 
mövcüd şəraitdə gərginlik, dinləyicilərin replikası, nitqin düşünülmüş şəkildə qurulmasını 
çətinləşdirir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin