məcazlar da əhəmiyyətli rol oynayır.
Məcazlar sistemi . Söz insanı əhatə edən bütün predmet, hadisə və hərəkətləri
adlandırmaq üçün xidmət edir. Lakin söz həm də estetik funksiyaya malikdir, yəni o əşyanı,
hərəkəti və keyfiyyəti adlandırmaqla yanaşı, onun haqqında da obrazlı təsəvvür yaratmaq
imkanına malikdir. Sözün obrazlı ifadə olunması onun məcazi mənası ilə bağlıdır. Sözün
məcazi mənada işlənməsində istifadə olunan metafora, metonimiya, sinekdoxa şifahi nitqdə,
natiqlik sənətində geniş istifadə olunur.
Məişətdə biz öz nitqimizdə saat dayanıb, isti münasibət, iti baxış, dəmir iradə kimi
metaforalardan geniş istifadə edirik. Lakin bu metaforalar öz obrazlılığı itirərək məişət
xarakteri daşıyır.
Nitqdə, natiqlik sənətində istifadə olunan metaforalar orijinal, qeyri-adi olmalı,
emosional assosiasiya yaratmalı, baş verən hadisələri dərindən dərk etməyə kömək etməlidir.
Məsələn, görkəmli fizioloq, akademik A.A. Uxtomski I kurs tələbələri qarşısında çıxış edərək
görün hansı metaforalardan istifadə edir: Hər il universitetə çox müxtəlif yerlərdən öz
sələflərini əvəz etmək üçün yeni gənclik dalğaları gəlir. Biz onların bu müqəddəs ocağın
divarları arasında olmaq üçün necə kədər və məhrumiyyətlər keçərək, maneələri dəf edərək
gəldiklərini xatırlayarkən başa düşürük ki, hansı qüdrətli küləklər bu dalğaları bura qovur.
Fənclər instinkt gücü ilə bura can atır. Bu öyrənməyə can atmaq, daha dərindən və çox
öyrənmək instinktidir.
Hələ aristotel: “həddindən artıq parlaq kəlmənin xarakter və fikirləri gözə görünməz
etdiyini” yazırdı. Metafora bolluğu dinləyicini nitqin məzmunundan yayındırır, auditoriyanın
diqqətini məzmununa yox, ifadənin formasına yönəldir.
Şeir dilində isə məcazlar əhəmiyyətli rol oynayır.
Baxıram,baxıram gözlərim doymur.
Heyrətə salır məni
Payızın zərgər işi.
Qızıla bax! Zümrüdə bax! Yaquta bax!
Sallanıb gilə-gilə,
Düzülübdür budaq-budaq (R.Rza).
Məharətli natiqlər,ədiblər fikir və hisslərinə məcaz,müqayisə və sintaktik təkrarlardan
ustalıqla istifadə etməklə yüksək ifadəlilik verə bilirlər:
İstərsən,yuxuna gələrəm sənin,
Gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
Çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm sənin,
Səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
Öpərəm dəniz kimi.
Adını qəlbimin sahillərinə
Yazaram dəniz kimi.
"Sevirəm"söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,susaram dəniz kimi...
Mətndə ifadəliliyin əks olunmasında