Mədəniyyət! Sənsiz necə
əməl
soldu,
Neçə
arzu,
neçə murad, neçə dilək?
Dünənki
təntənə
,
büsat, təmtəraq.
Susmuş bir ilhamsız rübab sayağı.
S.Vurğunda sinonim sözlər bəzən dilin leksik təbiətini sanki mühafizə edə bilmir,
sintaktik kateqoriyaya çevrilir, ifadə olunmuş müəyyən bir fikrə yeni bir əlavə kimi səslənir:
O yenə də
sükut edir, danışmayır
o bir anlıq,
Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq.
Birinci misradakı
süküt edir
və
danışmayır
sözləri eyni məna ifadə etsələr də,
onlardan ikincisi susmağın daha yüksək dərəcəsini bildirir. Eyni mənalı bu sözlərin köməyi ilə
xitabət kürsüsünün arxasında dayanmış vüqarlı bir şəxsi görürük.
Şeir dilində sinonimlərdən geniş istifadə olunduğu halda omonimlərdən istifadə
məhduddur. Omonimin bir növü olan omoformlara R.Rza yaradıcılığında rast gəlinir:
Xəfəlikdən boğulsun deyə insan
qəlbi
.
Pəncərəsi qayrılmış insan
boyundan
qəlbi
.
Sinələrdə qövr edən.
Dərin bir
yaradır
.
Bu elə bir ömürdür ki,
Ürəklər ölümsüz
Bir iztirab
yaradır.
Bədii təzadlar yaratmaq üçün seçilmiş
antonim cərgələr,
bədii gözəllik və məna
incəlikləri üçün işlədilən sinonimlər sırası şairin poetik dilinə bir əlvanlıq verir, onu ahəngdar
edir. Şair bu bədii ifadə vasitələrini tək-tək işlətmir, onların bir neçəsini birdən sintetik şəkildə
misallara cəlb edir ki, bu da sözün bədii təsir gücünü, emosionallığın qat-qat artırır.
Qaranlıq gecələr... aydın gündüzlər...
Sərxoş
qəhqəhələr... gülməyən
gözlər...
Dostları ilə paylaş: